Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


TÜRK İSLAM BİRLİYİ »

  • Türk-İslam birliyinin qurulması üçün Ramazan ayı ərzində dua etməyi unutmayaq


    Bu ay bütün İslam aləminin hər il böyük həyəcanla gözlədiyi mübarək Ramazan ayı ilə şərəflənəcəyik. Bütün müsəlman qardaş-bacılarımıza bərəkət, xeyir, əmin-amanlıq gətirməsini səmimi qəlbdən istədiyimiz bu mübarək ayın xeyirlərə səbəb olmasını diləyirik. İslam dünyasında Ramazan ayı yardımlaşma və həmrəyliyin daha çox ön plana çıxdığı mühüm aydır. Birlik və bərabərliyin daha vacib olduğu bu günlərdə heç kim “mənim köməyimlə, cəhdimlə nə olar?” deyə düşünmədən Türk İslam Birliyinin qurulması üçün səmimi niyyətlə cəhd etməlidir. Əsla unutmamalıdır ki, bu cəhdləri uğurla nəticələndirən və iman gətirənlərin dualarına qarşılıq verən sonsuz qüdrət və şəfqət sahibi Allahdır.

    TÜRK İSLAM BİRLİYİ RAMAZANDA MÜSƏLMANLARIN DİLİNDƏN DÜŞMƏMƏLİDİR

    ADNAN OKTAR: “Hər yerdə həll yolu İttihadi-İslamdır. İstər Efiopiyada, istərsə digər yerlərdə olsun, Somalidə, İraqda, Əfqanıstanda, Çadda – hər yerdə əzab-əziyyət var. Cənub-şərqi Anadoluda da müsəlmanlar çətinlik çəkirlər. Türk-İslam Birliyi, yəni İttihadi-İslam Ramazanda müsəlmanların dilindən düşməməlidir. Məscidlərdə din xadimləri müsəlmanlara müntəzəm olaraq bunun üçün dua etdirsinlər, bacı-qardaşlarımız dua etsinlər. Hər kəsə çatdırılsın, hamının dilində olsun, hamıdan tələb edilsin. İsrarlı istəklər nəticələnir, bilirsiniz. Məsələn, bir şey israrla tələb edilərsə, olur. İsrarla bu da tələb edilərsə, bu da olar. Çox uyğundur, ancaq israrlı tələb çox vacibdir.” (2 avqust 2011, A9 TV röportajından)

    “Ramazanın hər günü bayramdır. Müsəlmanlar üçün nemətdir, şəfadır. Allahın rizasını qazanmaq üçün mühüm vasitədir, inşaAllah. Allah davamını gətirsin…”

    (Cənab Adnan Oktar, 2 avqust 2011, A9 TV)

    İzlənmə sayı: 985