Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


İZAHLI AYƏLƏR »

  • “Əraf” surəsi, 200-202


    Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir. Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman (Allahı) xatırlayıb düşünərlər və dərhal görərlər. (Şeytanlar) isə öz qardaşlarını azğınlığa sürükləyər. Sonra da onlardan əl çəkməzlər.(Əraf surəsi, 200-202)

    Yuxarıdakı ayələrdə Allah insanları şeytandan gələn şübhələrə, vəsvəsələrə qarşı xəbərdar edir və insanı şeytanın vəsvəsələrinə qarşı müqavimət göstərmək üçün düşünməyə çağırır. Çünki insanın Allahın ayələri və ətrafındakı yaradılış möcüzələri üzərində dərin düşünməsi onu boş düşüncələrdən, vəsvəsədən xilas edər.

    Şeytan möminlərin zehnini boş düşüncələrlə məşğul etməyə çalışır. Məqsədi iman gətirən insanları məşğul edib Allahın rizasını qazanmaq üçün faydalı işlər görmələrinə mane olmaqdır. Möminlər hər an Allahı razı etmək üçün çalışırlar.

    Mömin hər işi: “İmkanım, ağlım, gücüm, sağlamlığım yerində ikən ən yaxşısını edim ki, Allahın razılığını qazanım”, – deyə düşünərək edər. Şeytan xeyirli işlərdən çəkindirmək üçün müxtəlif vəsvəsələrlə möminin ağlına girməyə çalışır.

    Bu vəsvəsələr, əsasən, axirəti unudub dünyəvi məsələlərə aludə olan insanlara daha çox təsir edir.Çünki şeytan qürur, qısqanclıq, bağlılıq, təkəbbür kimi tamamilə dünyəvi hisslərlə insanı aldadır.Halbuki Allah rizası üçün saleh əməllər edən və axirət üçün çalışan insanın təkəbbürlü olması və dünyəvi mənfəətlərə can atması mənasızdır. Bu cür hisslər tamamilə şeytanın oyunudur. Mömin belə bir vəsvəsəyə qarşı dərhal şeytandan Allaha sığınmalıdır. Ardınca Allahın ayədə bildirdiyi kimi, yaxşı-yaxşı düşünüb Allahı zikr etməlidir.

    Ayədəki “və dərhal görərlər” sözləri ilə Rəbbimiz bu cür davranmağın möminin ağlını və vicdanını açacağını bildirir. Allahın Quranda göstərdiyi bu qəti həll yolunu seçməyib bilə-bilə Allaha sığınmaqdan çəkinən və israrla vəsvəsənin içinə dalan insanlar ayədə bildirildiyi kimi, şeytanın ardınca gedib doğru yoldan uzaqlaşırlar.

    İnsan şeytanın bu oyununu görməli və Quran əxlaqı ilə buna qarşı müqavimət göstərməlidir. Əks təqdirdə, bilərək dünya və axirətdə özünü zərərli sistemə salar. Bunun yerinə, Allahın bildirdiyi həll yolunu seçməsi və şeytanın tələsini zərərsizləşdirməsi isə çox asandır. Bu əxlaq Allahın iznilə insana dünya və axirətdə həm Allahın rizasını qazandırar, həm də bütün nemətlərin qapısını açar.

    Ayənin sonunda şeytanın vəsvəsə və təlqinlərinə qulaq asan insanların şeytanın qardaşları olduğu, səmimi düşünməyən, Allahı xatırlamayan bu insanların şeytanın onları sürüklədiyi yerə gedəcəyi bildirilir.

    İzlənmə sayı: 1196