Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


BİTKİLƏR DÜNYASI »

  • Suzanbağlarındakı “Ağıl”...


    Torpaqdaki kiçik çiçəklər bütün mükəmməlliklərinə baxmayaraq, insanlar tərəfindən adi qarşılanır. İnsanların bu çiçəklərdəki yaradılış möcüzələrini qavramalarına mane olan isə onları hər gün, hər yerdə görmələrinin əmələ gətirdiyi vərdişdən başqa bir şey deyil. Fərqli yerdə, fərqli şəraitdə yetişən və başqa ölçülərdə olan çiçəklər, “adətkarlıq eynəyi” olmadan qiymətləndiriləcəklərindən Allahın varlığının dərk edilməsinə daha da kömək olacaqdır.

    Torpağın üzərindəki kiçik çiçəklər bütün mükəmməlliklərinə baxmayaraq, insanlar tərəfindən adi qarşılanır. İnsanların bu çiçəklərdəki yaradılış möcüzələrini qavramalarına mane olan isə onları hər gün, hər yerdə görmələrinin əmələ gətirdiyi vərdişdən başqa bir şey deyil. Fərqli yerdə, fərqli şəraitdə yetişən və başqa ölçülərdə olan çiçəklər, “adətkarlıq eynəyi” olmadan qiymətləndiriləcəklərindən Allahın varlığının dərk edilməsinə daha da kömək olacaqdır.

    Amazon çayının dibini örtən, palçıqda yetişən suzanbaqları insanlardakı bu “adətkarlıq eynəyini” aradan qaldıra bilmə qabiliyyətindədirlər. Çünki insanların adət etdikləri, hər gün şahid olduqları formada deyil, çox fərqli həyat mübarizəsi ilə həyatlarını davam etdirirlər.

    Bu çiçəklər Amazon çayının dibindəki bataqlığın içində böyüməyə başlayır və daha sonra çayın səthinə doğru uzanırlar. Məqsədləri, yaşaya bilmələri üçün lazım olan işığa çatmaqdır. Suyun üzərinə çıxdıqları zaman isə böyüməyi dayandırır və burada üstü tikanlı yumru tumurcuqlar əmələ gətirirlər. Tumurcuqlar bir neçə saat kimi qısa müddətdə boyu təxminən iki metr olan böyük yarpaqlara çevrilirlər. Nə qədər çox yarpaqla çayın üzərini örtərsə, o qədər çox günəş işığından faydalanacaqdır. Bu suzanbaqları günəş işığından daha faydalanaraq fotosintez etmə imkanı tapırlar. Əks təqdirdə isə çayın dibində işıq çatışmamazlığı səbəbindən həyatlarını davam etdirə bilməyəcəklərini “bilirlər”. Bir bitkinin belə bir “ağıllı” metoddan istifadə etməsi, əlbəttə, düşündürücüdür.

    Ancaq günəş işığı suzanbaqları üçün hər şey demək deyil. Eyni nisbətdə oksigenə də ehtiyacları var. Çünki köklərin olduğu palçıqlı ərazidə istədikləri oksigen yoxdur. Bu səbəbdən zanbaqlar köklərindən çıxan sapları yuxarıya, yarpaqlarının olduğu su üzərinə doğru uzadırlar. Bəzən boyu 11 metr olan bu saplar, yarpaqlara bağlanır və yarpaqla kök arasında oksigen daşıyan kanal vəzifəsini görürlər.

    Bəs çayın dərinliklərində yaşamağa təzə başlayan tumurcuq işığa və oksigenə ehtiyac duyduğunu, işıq və oksigenin olmadığı vəziyyətdə yaşaya bilməyəcəyini və ehtiyacı olan şeylərin suyun üzərində mövcud olduğunu haradan bilir? Yaşamağa təzə başlayan bitki, nə o suyun bitmə nöqtəsinin olduğundan, nə günəşin, nə də oksigenin varlığından xəbərdar olar.

    Buna görə də təkamül nəzəriyyəsi tərəfdarlarının məntiqi ilə baxsaq, bu bitkilərin çoxdan mühit şərtlərinə məğlub olub, nəsillərinin kəsilməsi lazım idi. Lakin suzanbaqları bütün mükəmməlliyi ilə bugün də qarşımızdadır.

    Suzanbaqlarının həyat mübarizəsi suyun üzərindəki işığa və oksigenə çatdıqdan sonra da davam edir. Böyük yarpaqlarının sularla dolub batmaması üçün kənarlarını yuxarıya doğru əyirlər.

    Gördükləri bütün bu tədbirlərlə həyatlaını davam etdirə bilərlər, ancaq nəsillərinin davam  etməsi üçün daha artığına ehtiyac duyduqlarının da fərqindədirlər. Tozcuqlarını başqa bir zanbağa daşıyan canlıya ehtiyac duyurlar. Bu canlılar da qınqanadlı böcəklərdir. Çünki bu böcəklər ağ rəngə qarşı həssas yaradılıblar. Buna görə də, qonmaq üçün Amazon çayının onlarla cazibəli çiçəyinin yanında ağappaq olan zanbaqları seçirlər. Suzanbaqları da nəsillərinin davamını təmin edən bu qonaqlar gəldiyi zaman bütün yarpaqlarını bağlayaraq çıxa bilməmələri üçün onları həbs edir və onlara çoxlu tozcuq verirlər. Onları ertəsi gecəyə qədər saxladıqdan sonra sərbəst buraxır və təkrar eyni tozcuqları öz üzərlərinə gətirməmələri üçün rənglərini dəyişdirirlər. Ağappaq olan bu görkəmli zanbaqlar artıq çəhrayı rəng kimi Amazon çayını bəzəməyə başlayırlar.

    Heç şübhə yoxdur ki, bütün bu qüsursuz və incə hesablanmış planlar hər şeydən xəbərsiz tumurcuğun əsəri deyil, onu yaradan Allahın ağlının əsəridir. Burada qısaca izah olunmağa çalışılan bütün bu xırdalıqlar, kainatdakı hər varlıq kimi bitkilərin də ancaq və ancaq bir Yaradıcı tərəfindən ən uyğun sistemlərlə yaradılmış olduğunu göstərir.

    İzlənmə sayı: 943