Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


HEYVANLAR ALƏMİ »

  • Quşlar qidalarını necə gizlədir?- Gizlətmə Üsulları


    Meşə palıdında yaşayan ağacdələn yaz boyu quru ağac kötüyündə davamlı olaraq "oyuqlar" açır və payızda bu oyuqları qışda yeyəcəyi palıd qozaları ilə doldurmağa başlayır. Palıd qozalarını hər oyuğa bir dənə olmaqla sanki çəkiclə vururmuş kimi yerləşdirir. Lakin bu proses ağacdələn üçün olduqca uzun vaxt aparır, çünki əvvəlcədən hazırladığı oyuqların ölçüsünə uyğun qozalar tapıb yerləşdirməyə çalışır. Əgər oyuq böyük olub qoza kiçik olarsa, boş yerləşən qoza digər quşlar tərəfindən rahatlıqla çıxarıla bilər. Əgər oyuq kiçik olub, qozanı güclə oyuğa salmaq istəsə onda da qoza zərər görər. Buna görə də sınama-yanılma üsulunu tətbiq edən ağacdələnin işi çox uzun çəkir. Zaman keçdikcə qozalar quruyur və kiçilir. Bu səbəblə yenidən bunların əvəzinə yenilərinin yerləşdirilməsi lazımdır. Beləliklə, ağacdələnlər böyük bir ağacda 50 000 qoza ehtiyatı yığa bilirlər. Alaqarğa yemək üçün topladığı qozaları bir-bir torpağa basdırır. Əvvəlcə bir oyuq qazıb qozanı içinə qoyur və daha sonra digər heyvanların bunu görməməsi üçün etinayla oyuğun üstünü bağlayır. Bu yerləri daha sonra yenidən tapa bilmək üçün ehtiyatla işarələyir. Müəyyən ağacları, çıl-çırpı, daş-kəsəyi işarə kimi istifadə edir. Hətta bəzən həmin yerlərə kiçik daş parçaları da daşıyır. Quşların bir çoxu toxumları bu üsulla gizlədir. Bəzi növlərin gündə mindən çox toxum gizlədiyi qeyd edilmişdir. Fındıqqıranlar bir mövsümdə 100 000 kimi yüksək miqdarda toxum yığırlar. Aparılan təcrübələr quşun 9 ay sonra basdırdığı toxumun yerini tapdığını göstərib. İti yaddaşı olmasına baxmayaraq, bu quşların basdırdığı palıd qozalarını unutduqları yerlər də var. Bu da palıd cücərtilərinin yenidən pöhrələnərək torpaqdan çıxmasını təmin edir.

    İzlənmə sayı: 830