Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


HEYVANLAR ALƏMİ »

  • Palçıq vannasında təmizlənən kərgədanlar


    Hər biri ayrı bir yaradılış dəlili olan canlıların istifadə etdikləri qəribə təmizləmə üsullarından biri də palçıq vannası qəbul etməkdir. Olduqca iri bədənləri olan kərgədanlar təmizlənmək və dərilərini zərərli parazitlərdən qorumaq üçün palçıqdan istifadə edən heyvanlardandır. Palçıq vannası kərgədanın təmiz və sağlam qalmasını təmin edir.

    Məsələn, qalın palçıq təbəqəsi gənə və başqa həşəratların dəriyə yapışmasının qarşısını alır. Bununla yanaşı, bu təbəqə kərgədanı böcək, milçək kimi canlıların sancmasından və Afrikanın yandırıcı günəş şüalarından da qoruyur. Həmçinin palçıq qızmar istilərdə günəş şüalarından qoruyucu təsir göstərdiyi kimi, sərinlədici təsir də göstərir.

    Kərgədanlar bədənlərini palçıqla örtdükdən bir müddət sonra günəş şüalarının güclü təsirilə palçıq quruyur. Ancaq bu mərhələdə də kərgədanlar möcüzəvi bir davranış nümayiş etdirirlər. Kərgədanlar üzərlərindəki palçıq tökülsün deyə özlərini ağaca sürtürlər. Palçığın tökülməsi ilə birlikdə isə kərgədanların dərisində olan, ölmüş böcəklər və ölü dəri də qopub tökülür. Beləliklə, palçıq vannasından sonra təmiz və sağlam dəriyə qovuşurlar. Kərgədanların parazitlərdən xilas olmaq üçün istifadə etdikləri digər bir üsul isə quşlarla gördükləri iş birliyidir. Quşlar kərgədanların dərilərinə yapışan gənə kimi parazitləri təmizləyirlər. Kərgədanlar da beləcə quşlara yem təmin edərək həm onlara etdikləri təmizliyin qarşılığını verir, həm də dərilərindəki parazitlərdən qurtulurlar.

    Şübhəsiz, kərgədanların təmizlik əsnasında göstərdikləri bu ağıllı davranışlar təbiətdəki bütün canlılar kimi kərgədanların da sonsuz elm sahibi olan uca Rəbbimizin ilhamı ilə hərəkət etdiklərinin dəlillərindən yalnız biridir.

    İzlənmə sayı: 713