Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


HEYVANLAR ALƏMİ »

  • Üstün Görmə Qabiliyyətləri


    Suda yaşayan canlılarla qidalanan quşların mühüm qabiliyyətləri var. İşıq şüası su mühitinə keçərkən və çıxarkən sınır. Bu səbəblə quşların suyun üstündə yaxşı-yaxşı müşahidə aparmaları lazımdır. Afrika zərricəsi külək olmasa belə, havada "sabit qala bilmə" xüsusiyyətinə malikdir. Bu da havada asılı qala bilməyən digər zərricə növləri arasında ona böyük üstünlük verir. O, balıq ovlamaq üçün budağın üstündə gözləmək məcburiyyətində deyil. Balığın olduğu hər yerdə ov edə bilir. Kingfisher adlı quş gölün üstünə uzanan bir budağa qonub gözləyərkən aşağıda suyun içində balıq görən kimi dərhal hərəkətə keçir. Əgər budaq suya çox yaxındırsa, quş əvvəl yuxarıya doğru havaya qalxaraq yüksəklir, beləcə suya dalmaq üçün sürətini artıra biləcəyi məsafə qazanır. Aşağı doğru endikcə qanadlarını çırparaq sürətini daha da artırır. Qanadlarını arxaya açıb genişləndirərək suya dalır və balığı tutur. Suyun içində də qanadlarını çırparaq yüksəlməyə çalışır və suyun səthinə çıxıb yenidən budağına qayıdır.

    İzlənmə sayı: 951