Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


HEYVANLAR ALƏMİ »

  • Səhvsiz saya bilən Afrika antilopları


    Bəzi canlı növləri bədənlərini təmizləmək üçün dişləri ilə gəmirmə üsulundan istifadə edirlər. Afrika antilopları da bu canlı növlərindən biridir. Gəmirmə üsulunda dişləri ilə dərilərini qaşıyaraq gənə kimi parazitləri təmizləyirlər. Ancaq ağızları çatan nahiyələri qaşıya bilsələr də, baş və boyun hissələrini qaşımaq üçün köməyə ehtiyac duyurlar. Belə olduqda alimlər antilopların əməkdaşlıq edərək bir-birini qaşıdıqlarını müşahidə ediblər. Bu hadisənin möcüzəvi tərəfi antilopların bir-birilərini hər dəfə eyni nisbətdə qaşımalarıdır. Alimlərin Şərqi və Cənubi Afrikanın çöllərində və vəhşi bölgələrində, həmçinin San Dieqo heyvanat parkında apardıqları bütün müşahidələr eyni nəticəni vermişdir. Kaliforniya Universitetindən Fiziologiya və Davranış Elmi Üzrə professoru, baytar həkim Ben Hart bu möcüzəni belə açıqlayır:

    "Etdiyimiz tədqiqatlar göstərir ki, antilopların qaşıma prosesi proqramlaşdırıb. Qaşımanın nisbətini müəyyən edən bioloji saat var." (www.nwf.org/internationalwildlife/1998/grooming.html)
    Bu möcüzə mütəxəssislər tərəfindən, eyni zamanda, təbiətdəki ən nəzərə çarpan qarşılıqlı fədakarlıq nümunəsi kimi göstərilir. Əgər Afrika antilopu tərəfdaşını altı dəfə dişləri ilə qaşıyarsa, tərəfdaşı də qarşılıqlı olaraq altı dəfə onu qaşıyır. Professor Ben Hart bu yaradılış dəlili ilə bağlı sözlərinə belə davam edir:

    "Gəmirmə tamamilə qarşılıqlıdır... Həmçinin ən təəccüblü olan antilopların qaşıma sayını belə hesablamalarıdır".

    Afrika antiloplarının qaşıma xüsusiyyətlərindəki digər bir maraqlı məqam isə yeni doğulan körpə antilopların da doğuşlarının ikinci həftəsindən etibarən gəmirmə sayını hesablamağa başlamalarıdır. Afrika antiloplarının mütəxəssislər tərəfindən "proqramlaşdırılmış" olaraq adlandırdıqları bu xüsusiyyətləri və fədakarlıqları son dərəcə heyranedicidir və uca Rəbbimizin elminin canlılar üzərindəki təzahürlərindən yalnız biridir.

    İzlənmə sayı: 389