Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


İZAHLI AYƏLƏR »

  • “Taha” surəsi, 82


    Mən, həqiqətən də, tövbə edib, iman gətirib yaxşı işlər görən, sonra da doğru yolu tutanları bağışlayıram. (Taha surəsi, 82)

    Bir insanın günah etməsi onun artıq doğru yola qayıtmayacağı demək deyil. Allah ayədə günahlarına görə səmimi tövbə edən, bağışlanma diləyib artıq o günahı etməməyə çalışan, saleh işlər görən, Quran əxlaqı ilə yaşayıb doğru yolu tapan hər kəsi bağışlayacağını bildirir.

    Allah insanlara səhvlərinə və günahlarına görə həmişə bağışlanma diləmək və tövbə etmək imkanı verir. Səmimi şəkildə səhvlərini görüb düzəldən və Allah`a tövbə edən insan Allah`ın onu bağışlayacağına ümid bəsləyə bilər. Allah Quranda bir çox ayədə əfv edən, bağışlayan, qoruyan, mərhəmət edən olduğunu bildirir. Allah`ın Təvvab (tövbələri qəbul edən), Qəffar (bağışlayan), Rəhman (mərhəmət edən) kimi uca sifətləri peşman olan və tövbə edən hər kəsin üzərində təcəlli edir. Allah bir ayədə: “Qullarıma xəbər ver ki, Mən, həqiqətən, bağışlayanam, rəhm edənəm!” (Hicr surəsi, 49) -deyə buyuraraq qullarını müjdələyir.

    Allah`ın şəfqətini, mərhəmətini, bağışlayan olduğunu qulaqardı edən şəxs özünə zülm edir, eyni zamanda, Quran əxlaqının tələbini yerinə yetirmir. Səhvlərini dərhal görən və Qurana uyğun davranaraq bunları düzəldən səmimi möminlər üçün bu səhvlər axirətdəki dərəcələrini yüksəldən, onları kamilləşdirən, qüsurlarını və acizliklərini, Allah`a olan qulluqlarını daha yaxşı dərk etmələrinə səbəb olan vəsilələrdir. Əsas odur ki, insan günahında israr etmədən dərhal peşman olub tövbə etsin.

    Möminin tez-tez tövbə etməsi onun təvazökarlığının və Allah qarşısında acizliyini bilməsinin əlamətidir. Allah`ın rizasına uyğun hərəkətdir. Bu ibadətin əvəzində də Allah çox tövbə edən insanların qəlbinə rahatlıq verir, onların üzərindəki ağırlığı götürür, şüurlarını açır.

    İzlənmə sayı: 1145