Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


ELM DÜNYASI »

  • Toxumaların daxilini görən texnologiya icad edilib


    Gəmiricilər üzərində tədqiqat aparan mütəxəssislər insan orqanizmini tamamilə şəffaflaşdıran metod kəşf ediblər.

    “Cell” adlı elmi jurnalda bu metodun heç bir toxumanı zədələmədən orqanizmdəki əsas orqanları və rabitələri göstərdiyi bildirilir.

    Elm adamları bu yolla hər orqanın digərləri ilə əlaqəsinin vizual cəhətdən daha yaxşı öyrəniləcəyini və yeni nəsil müalicə metodlarının yolunun açılacağını deyirlər.

    Bu metoddan virusların və xərçəng hüceyrələrinin toxumalara nə qədər yayıldığını müəyyən etmək üçün istifadə ediləcəyi qeyd edilir.

    Elm adamları, demək olar ki, yüz ildir orqanların daxilini görmək üçün metodlar axtarırdılar. Lakin bu metodlardan çoxu toxumalara zərər verdiyinə görə, tibbi təcrübələr aparıla bilmirdi.

    “Bioloqun yuxusu”

    Hüceyrələrdəki yağlı lipid molekulları zəif şüaları sındıraraq toxumaların arxasının görünməsinə mane olur.

    Lakin lipidləri həll edən proseslər də orqanları əhatə edən toxumaları zədələyərək tədqiq olunan toxumanın formasız kütləyə çevrilməsinə səbəb olur.

    Son tədqiqatı aparan Kaliforniya Texnologiya İnstitutundan olan mütəxəssislər tapdıqları metodla “bioloqun yuxusu”nu reallaşdırdıqlarını deyirlər.

    Bundan əvvəlki tədqiqatlardan da faydalanan qrup üç mərhələli metod icad edib:

    Yumşaq plastikə bənzər torla toxumalara dəstək verilir.

    Sonra qana qarışdırılan molekulyar yuyucu maddə lipidləri əridərək orqanları şəffaflaşdırır.

    Ən əsas rabitələri görmək üçün istifadə edilən mayeyə izləmək üçün boyalar və ya işarələnmiş molekullar qarışdırılır.

    Bu metodu gəmiricilər üzərində sınaqdan keçirən tədqiqatçılar heyvanların böyrək, ürək, ağciyər və bağırsaq kimi orqanlarını tək-tək üç gündə, bütün orqanizmini isə iki həftədə təmizləyə biliblər.

    Bundan əlavə, xərçəng xəstələrindən götürülən nümunələr üzərində həmin metodla keçirdikləri sınaqlar xəstəliyin nə qədər yayıldığını görməyə kömək edib.

    Lakin metod indiyə qədər yaşayan canlı üzərində sınaqdan keçirilməyib, bütün sınaqlar ancaq ölü siçanlar və əməliyyatlar zamanı insanlardan götürülən hissələr üzərində aparılıb.

    Mühüm irəliləyiş

    Elm adamları bu metodun gələcəkdə uzun sinir toxumalarının beyindən orqanizmin digər yerlərinə necə getdiyindən müxtəlif virus növlərinin toxumaların hansı hissəsində gizləndiyini öyrənməyə qədər bir çox məqsədlərə xidmət edəcəyini deyirlər.

    Tədqiqat qrupu indi digər elm adamları ilə əməkdaşlıq edərək demensiya xəstələrinin beyin toxumalarını tədqiq etməyə hazırlaşır.

    Bu nümunələri sağlam toxuma nümunələri ilə müqayisə edərək hüceyrələrin quruluşu və sayındakı potensial fərqləri dəqiq görəcəklərini düşünürlər.

    http://www.bbc.com/news/health-28582452

    www.biyomimetik.net

    http://www.cell.com/cell/abstract/S0092-8674%2814%2900931-

    90 milyon yaşında timsah fosili tapılıb

    Braziliyanın Minas Gerais əyalətindəki bir fermada aparılan qazıntı işlərində 90 milyon il yaşı olduğu təxmin edilən iki yetkin və bir bala timsah fosili tapılıb. Bu barədə Cihan informasiya agentliyi məlumat verdi.

    45 sm uzunluğunda hissəsi tapılan sürünənin indiyə qədər tapılan ən böyük timsah fosili olduğu bildirilib. Tədqiqatçılar fosilin dişlərinin yerində olduğunu və skeletinin yaxşı qorunduğunu deyirlər.

    Qazıntı aparılan paleontoloji bölgədə başqa heyvan növlərinə aid çoxlu sümüklə yanaşı, fosilləşmiş dörd yumurta da tapılıb.

    Sona çatan qazıntılarda əldə edilən fosillərin bölgənin quruluşu ilə bağlı elmi tədqiqatlara işıq tutacağı və haqqında müxtəlif məqalələr yazılacağı gözlənilir. Tapılan fosillər təhlillərdən sonra həmin bölgədə yerləşən dinozavr muzeyində nümayiş etdiriləcək.

    www.haber7.com

    Toxunduğu şeyləri hiss edən bionik əl

    Elm adamları xəstələrin barmaq uclarında həyatdakına bənzər hissləri qavrayan bionik əl icad ediblər. Qolun üst hissəsindəki sinirlərə birləşdirilən bionik qol İtaliyada bir əməliyyatla on il əvvəl fişəng qəzasında sol əlini itirmiş danimarkalı Dennis Aaboya taxılıb.

    Aabo laboratoriya sınaqlarında gözləri bağlı ikən də bionik qolla qaldırdığı cisimlərin formasını və yumşaqlığını ayırd edib. “Science Translational Medicine” tibbi jurnalında dərc olunan tədqiqatı beynəlxalq tədqiqat qrupu həyata keçirib. Tədqiqatda italyan, isveçrəli və alman robot firmalarından mütəxəssislər iştirak edib.

    Lozanna Federal Politexnik İnstitutu və Pizadakı Müqəddəs Anna Ali Tədqiqat Məktəbində çalışan professor Silvestro Misera: “İlk dəfə protezlə eynizamanlı toxunma hissi təcrübədən keçirilib”, -deyib. Tədqiqatdakı əsas elmi irəliləyiş bionik əl deyil, beyinə hiss impulslarını ötürən elektron sistem və proqramdır.

    Beyinə hiss ötürən elektron sistem

    Misera və tədqiqat qrupu süni ələ toxunma ilə bağlı informasiyaları müəyyən edib ölçən reseptorlar əlavə edib. Mütəxəssislər kompyuter alqorifmləri yolu ilə əldə etdikləri elektrik impulslarını sinirlərin hiss etdiyi qıcıqlara çevirib. Romada keçirilən əməliyyatda xəstənin qolunun üst tərəfindəki sinirlərə dörd elektrod yerləşdirilib. Sonra elektrodlar bionik əlin barmaqlarındakı süni reseptorlara birləşdirilib. Beləliklə, toxunma və təzyiq hissləri birbaşa beyinə göndərilib. Dennis Aabo bir ay davam edən laboratoriya sınaqlarında əvvəlcə elektrodların işləyib-işləmədiyini yoxlayıb. Sonra elektrodlar bionik ələ birləşmiş vəziyyətdə ikən sınaqlar keçirilib.

    İzlənmə sayı: 1106