Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


ELM DÜNYASI »

  • Tilov ipindən süni əzələ düzəldildi


    Tilov ipi kimi istifadə edilən kirişdən insan əzələsindən 100 dəfə güclü süni əzələ düzəldilib. Aralarında türklərin də olduğu beynəlxalq tədqiqatçılar tilov və tikiş sapının xammalından süni əzələ düzəldiblər. Ucuz başa gələn süni əzələdən protez bədən üzvlərində, tibb alətlərində, robotlarda və hətta paltarlarda istifadə olunacaq.

    Süni əzələ neylon liflərdən təşkil olunub. Bu liflər keçirici çubuğa möhkəm sarınıb. Çubuğun temperaturuna görə liflər büzülüb-genəldikcə süni əzələ gərilir. Tədqiqatçılar süni əzələnin gərilməsinin insan əzələsindən daha güclü olduğunu deyirlər. Belə ki, 100-200 dərəcə istilik verdikdə süni əzələ insan əzələsindən 100 dəfə artıq çəki qaldıra bilir.

    Süni əzələ protez bədən üzvlərini qüvvətləndirməklə yanaşı, “ağıllı” paltarların istehsalında da istifadə oluna bilər. Tədqiqatçılar süni əzələdən toxunulan paltarların isti havada genələrək bədəni sərin, soyuq havada isə büzülərək isti saxlayacağını bildirirlər.

    Şüur altındakı informasiyaları dərk edə bilərikmi?

    Ətrafımızda gördüklərimizin ancaq 10%-inin şüurumuzda yerləşdiyini bilirdinizmi? Elm adamları Barselonada yerləşən beyin tədqiqatları laboratoriyasında bu 10%-i artırmağa çalışırlar. Tədqiqatın əsas hədəfi informasiyalarla dolu dünyamıza qarşı beynimizdən daha sərfəli istifadə etməkdir.

    Elm adamları, əslində, informasiya toplamağın asan proses olduğunu, lakin bu məlumatları məna kəsb edən bir bütünə çevirməyin çətin olduğunu vurğulayırlar. Lakin heç bitməyən informasiya selinə məruz qalan insanlar çox vaxt bu məlumat yükündən bir məna çıxara bilmirlər. Tədqiqatçılar mürəkkəb virtual proqram vasitəsilə beyini kəşf etməyə çalışırlar.

    London Qoldsmits Universitetindən psixologiya professoru Conatan Friman (Jonathan Freeman) layihənin koordinatorudur. Friman tədqiqatın məqsədlərini belə açıqlayır:

    “Tədqiqatlarımız hafizə prosesini əsas hədəf seçərək ətrafımızda nəzərimizdən qaçan faydalı məlumatların xatırlanması mərhələsi üzərində çalışır. Beləliklə, daha çox məlumatı hafizədə saxlamağa və ya təhlükəli vəziyyətin daha tez fərqinə varmağa başlayırsınız.

    Məsələn, toxunma, görmə və eşitmə orqanları ilə ətrafımızdakı dünyanı hiss edirik və ona bir məna veririk. Bizim apardığımız tədqiqat bu qavrama prosesində şüur altına ötürülən bəzi qavrayışların oyandırılması və şüur səviyyəsinə çatdırılmasını hədəfə alır. Beyinin mürəkkəb quruluşu da kompleks süni zəka ilə ölçülür”.

    Kompyuter mühəndisi Pedro Omedas tədqiqatda istifadə etdikləri kompyuter sistemlərindən danışdı:

    “Burada müxtəlif texnologiyalardan istifadə edirik. Virtual reallıq platforması və qarışıq reallıq platforması məlumatları ekranda əks etdirməyimizə kömək edir. Sonra fərqli bir sistem vasitəsilə bu platformadakı məlumatları xülasələyirik. Məqsədimiz məlumat dolu mühitdə insanın necə davrandığını anlamaqdır. Psixoloji sensorlar ürək döyüntüləri və ya nəfəs alma prosesləri kimi bir sıra şüurlu və ya şüursuz hərəkəti bizə bildirirlər. Biz də bu mürəkkəb prosesin necə işlədiyini tədqiq edirik”.

    Pompeu Fabra Universitetindən neyrologiya professoru Anna Mura gələcəkdə insan beyninin funksiyasını artıracaqlarını deyib:

    “Sistem şüur altındakı məlumatları dərk etməyə və onu şüur səviyyəsinə çatdırmağa kömək edir. Bu yolla daha mürəkkəb məlumatları asanlıqla öyrənəcəyik və daha çox təfərrüatın fərqində olacağıq”.

    Bəs iki beyin bir beyindən daha yaxşı deyilmi? Tədqiqatçılar bir robotdan kömək istəyirlər.

    Pompeu Universitetindən psixologiya professoru Paul Verşur (Paul Verschur):

    “Beyin kənardan idarə edilən kompyuter deyil. İnsan orqanizminə sıx bağlı olan orqandır. Beyin və bədən fəaliyyətlərinə birlikdə qərar verirlər. Yəni beyini anlamaq üçün onu bədənlə birlikdə götürməliyik. Tədqiqatlarımızda istifadə etdiyimiz bədən arxamdadır. Yəni beyinin fəaliyyətlərini bu robotun bədən fəaliyyətləri ilə birlikdə anlamağa çalışırıq. Şüurun fiziki fəaliyyətlərinin kökünü araşdıran layihəmizdə növbəti addım beyinin necə işlədiyini öyrənməkdir”.

    Tədqiqatçılar bu addımla insan beyninin daha mürəkkəb məlumatlara qarşı daha sərfəli işləməsini təmin edən elmi vasitələr əldə etməyi düşünürlər.

    715 yeni planet kəşf edilib

    Kepler teleskopu ilə yeni planetlər kəşf edilib. ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Günəş sistemindən kənarda yeni kəşf edilən 715 planet olduğunu açıqlayıb.

    Planet ovçusu Kepler teleskopunun informasiyalarını dəyərləndirən elm adamları qalaktikadakı yeni planetlərin olduğunu deyirlər.

    Bu məlumatlara əsasən, qalaktikada planetlərin sayı təqribən 700-dür.

    Astronomlar 20 il əvvəl Günəşdən başqa ulduzların ətrafında fırlanan hər hansı planet tapmamışdılar.

    Kəşf edilən bütün planetlərin bir çox ulduzun ətrafında fırlandığı, bizim Günəş sisteminə bənzər sistemlərə aid olduğu bildirilib.

    İzlənmə sayı: 1019