Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


TÜRK İSLAM BİRLİYİ »

  • Sosial problemlər din əxlaqına uyğun yaşamaqla həll olunar


    Bəzi insanlar dünyada mümkün olduğu qədər çox qazanc əldə etməyə, öz istək və həvəslərini həyata keçirməyə, qısa ömrü məsuliyyətsiz başa vurmağa çalışırlar. Əxlaqlarını gözəlləşdirmək üçün səy göstərmirlər. Çünki bunun özlərinə heç bir faydası olmadığını düşünürlər. Belə ki, xeyirxah, şəfqətli, mərhəmətli, anlayışlı, vicdanlı insanları öz yanlış düşüncə tərzlərinə görə, “sadəlövh insan” kimi dəyərləndirirlər. Onların həyat fəlsəfəsi güclü olanın zəifi əzməsi, heç kimin haqqına hörmət etmədən insanlara istədiyi kimi zülm etmək üzərində qurulmuşdur.

    Bu cür cəmiyyətdə Allah rizası və ya Allah qorxusu kimi dəyərlər olmadığına görə, meydana gələn əxlaqi pozuntunun qarşısını alan heç bir sədd yoxdur. Adət-ənənələr, insanların və ya rəhbərlərin qoyduğu ictimai qayda-qanunlar müəyyən dərəcədə bunun qarşısını alsa da, bu qayda-qanunların insanlar tərəfindən qoyulması və kökündə Allah qorxusunun olmaması insanların vicdansız, mərhəmətsiz və insafsız davranmasına mane ola bilmir.

    Rəbbimizin bildirdiyi hədləri ölçü götürmədikdə əxlaqi dəyərlər hər kəsə görə dəyişəcək. Birisinə görə çox böyük əxlaqsızlıq olan bir məsələ digərinə görə normal görünə bilər. Ona görə də din əxlaqının hakim olmadığı cəmiyyətdə əxlaqi dəyərlər insandan-insana, yaşdan-yaşa, bölgədən-bölgəyə, şəhərdən-şəhərə və ölkədən-ölkəyə dəyişir. Vahid dəyər ölçüsü olmadığına görə, tez-tez əxlaqi ölçülərdə mübahisələr, qarşıdurmalar baş verir. Hər yeni nəsil əvvəlkinə görə əxlaqi cəhətdən daha çox pozulmuş olur.

    Ancaq ən əsası odur ki, dünya səviyyəsində baş verən əxlaqi pozuntu artır. İnsanlar çatışmayan Allah inanclarına görə, hər il daha da geriləyir, bir neçə il əvvəl cəmiyyətdə anormal qəbul edilən bir hərəkət və ya anlayış qısa müddət sonra adi qarşılanır. Lakin bununla dinsizliyin cəmiyyətə gətirdiyi pis əxlaq günbəgün daha da artır. Maraqlısı budur ki, əxlaqsızlıq müasirliyə bərabər tutularaq cəmiyyətə bu istiqamətdə təlqin verilir. “Müasir cəmiyyətin, XXI əsrin insanı azad, rahat olmalı və məhdudiyyət qoyulmamalıdır” kimi yanlış anlayış dinsiz ideoloqlar tərəfindən cəmiyyətə aşılanır. Əlbəttə, rahat yaşamaq bütün insanların təbii haqqıdır. Ancaq bu cür mühitdə din əxlaqı olmadan batil fəlsəfələrlə yaşamağın mümkün olduğunu irəli sürmək ağıldankənardır.

    Sağlam cəmiyyətin təməli həqiqi sevgi və hörmət üzərində qurulur

    Dinsizliyin insanlar üzərindəki ən əsas mənəvi təsirlərindən biri bu insanların sevgini və hörməti bilməməsidir. Bu cür insanlardan ibarət cəmiyyətin də, əlbəttə, nə yaşlısı, nə gənci, nə kəndlisi, nə də şəhərlisi bir-birinə sevgi göstərib dəstək olmur. Bu cür mühitdə insan özünü daima tənha və sevgisiz hiss edir. Şəfqət, mərhəmət olmadığına görə, hər kəs özünü düşünür. İnsanların bir-birlərinə qarşı hiss etdiyi sevgi və hörmət əsla Quranda nəzərdə tutulan həqiqi sevgi və hörmət deyil. Bunun ən böyük səbəbi isə həyatdakı bütün dəyərlərin mənfəət xarakterli münasibətlər üzərində qurulmasıdır.

    Kimsə kimsəyə həqiqi mənada səmimi hörmət etmir. Məsələn, müdirinə hörmət etməsə, işdən qovulacağını bilən insanın, müəlliminə hörmət etməsə, sinifdə qalacağını düşünən şagirdin, həyat yoldaşını qəzəbləndirsə, maddi cəhətdən onu təmin etməyəcəyini bilən qadının hörmət anlayışlarının ancaq mənfəət gözləntisi üzərində qurulduğu aydındır.

    Halbuki, kökündə din əxlaqı və bundan qaynaqlanan gözəl əxlaq olan həyat tərzində heç vaxt belə vəziyyət yaranmır. Allahı razı salmaq üçün cəhd edən, ancaq Allahdan qorxan möminə hər kəs təbii olaraq hörmət edər, sevgi bəsləyər. Onun hörmət görmək üçün mal-mülk, xarici görünüş kimi amillərə ehtiyacı yoxdur. Sevgi və hörmət görməsi üçün ancaq mömin olması, yəni Allahdan qorxub-çəkinməsi və Onu razı etmək üçün yaşaması kifayətdir.

    Din əxlaqı insana və cəmiyyətə nələr qazandırır?

    Din əxlaqı hər şeydən əvvəl Allah sevgisi qazandırdığına görə, bu, bütün insanlara çox müsbət və gözəl təsir edər. Hər kəs Allahın rizasını qazanmaq üçün gözəl əxlaqlı davranar, bir-birini Allah rizası üçün sevər, hörmət edər. Bütün cəmiyyətə şəfqət, mərhəmət, tolerantlıq hakim olar. İnsanlar Allahın əmrinə əsasən, xeyirli işlər görməkdə yarışar, bütün imkanlarını daha xeyirli fəaliyyət göstərməyə yönləndirərlər.

    Habelə, Allah qorxusu sayəsində hər kəs əxlaqsızlıqdan və pis işlərdən çəkinər. Əsrlər boyu qarşısı alına bilməyən hər cür pis şeylərə bir anda son qoyular. Din əxlaqının ab-havası hər yerə hakim olar. Əlbəttə, burada Quranda bildirilən həqiqi din əxlaqına uyğun yaşamaq nəzərdə tutulur.

    Quran əxlaqına uyğun yaşadıqda uşaqlarını din əxlaqı ilə böyüdərək dövlətə və millətə xeyirli insanlar olması üçün səy göstərən, öz aralarında da sevgi və hörmətlə davranan, hərəkətləri və danışıqları ilə uşaqlarına nümunə olan ata-analar üzə çıxar. Nəticədə də ata-anaya itaət edən, hətta Allahın əmrinə uyğun olaraq onlara: “Of”, - belə deməyən, doğru ilə yanlışı hələ kiçik yaşlarından etibarən ayırd edə bilən, vicdanını dinləyərək pis işlərdən çəkinən uşaqlar böyüyər. Lazım gələrsə, dövləti üçün canını təhlükəyə atar, dövlətinin, millətinin mənfəətini öz mənfəətindən üstün tutar. Milli-mənəvi dəyərlərini cidd-cəhdlə qoruyar.

    Din əxlaqının hakim olduğu mühitdə tələbələr də dövlətə, millətə hörmət və sevgi bəsləyər. Nəinki onlara qarşı mübarizə aparar, əksinə, dəstək olub yardım edər. Dövrümüzdə olduğu kimi, polisə hücum etməz, dövləti qoruyan və müdafiə edən bu mühafizəçilərə çox hörmət edərlər. Bütün cəmiyyət dövlətə və polisə tam etibar edər və sahib çıxar. Tələbə etiraz aksiyaları, qardaşlar arasında dava-dalaş, sağ-sol qarşıdurmaları kimi problemlər aradan qalxar. Çünki heç kimin bir-birilə yola getmədiyi, mübarizəyə təşviq edən məsələ qalmaz. İnsanlar Allahın bildirdiyi gözəl əxlaq anlayışını mənimsəyər, nəticədə, bir-birinin ziddinə getməz. Problemlərin həllində hər kəs özünü qarşısındakının yerinə qoyar, mərhəmət edər, anlayışla yanaşar. Beləliklə, hər problem qısa müddətdə xoşluqla həll olunar.

    Bu cür mühitdə dövlət də rahat idarə olunar. Ölkədə təhlükəsizlik və asayiş bərqərar olar. Rəhbərlər də insanlara qarşı çox ədalətli, mərhəmətli olar, hər cür ədalətsizlik aradan qalxar. Ona görə, özləri də hörmət görərlər. Nəticədə, dövlətin təməli də çox güclü və sarsılmaz olar.

    İnsanların rahat yaşaması ilə cəmiyyətdə hər sahəyə bərəkət gələr. Elmi fəaliyyətlər artar, yeni kəşflər edilər, texnologiya, mədəniyyət və rifah səviyyəsi çox yüksələr. Çünki insanların hiss etdiyi mənəvi təzyiq aradan qalxdıqda rahatlaşar, azad və rahat düşünmə qabiliyyətləri inkişaf edər. Gözəl əxlaqın yaşanması ilə insanların mallarına, gördükləri işlərə, ticarətə, kənd təsərrüfatına, sənayeyə bərəkət gələr. Hər sahə inkişaf edər.

    İncəsənətdə də irəliləyişlər baş verər. Gündəlik sıxıntı və problemlərdən təxəyyülləri, düşüncə üfüqü daralmış insanlar din əxlaqının yaşanması ilə bu sıxıntılardan xilas olar. Beləcə, incəsənət qabiliyyətləri inkişaf edər,düşüncələri zənginləşər. Allahın ona Öz ruhundan üfürdüyünü və içində əbədi qalacağı, min bir növdə nemətlərlə dolu Cənnət vəd etdiyini dərk edən insan, təbii ki, incəsənət və estetikadan ən yüksək səviyyədə zövq alar. Ruhunda bunun zövqünü dərindən yaşayar. Habelə, ətrafındakı insanlara qarşı hiss etdiyi sevgi və hörmət də bu insanlara gözəlliklər bəxş etmə əzmini artırar, onu şövqləndirər. Ona görə, din əxlaqının həqiqi mənada yaşandığı və Qurana tamamilə əməl edildiyi mühitdə hər cür incəsənət sahəsi sürətlə inkişaf edər.

    Din əxlaqına uyğun yaşamasaq…

    Din əxlaqına uyğun yaşamadıqda ata övlada, övlad ataya, qardaş qardaşa, işçi müdirə, müdir işçiyə düşmən olar. Bu cür anarxiya mühitində fabriklər, iş yerləri fəaliyyət göstərməz, zərər görər. Sosial anarxiya meydana gələr, kasıb təbəqələr varlılara hücum edər, varlılar kasıbları istismar edər. Cəmiyyətdə qarşıdurmalar, ziddiyyətlər, anarxiya baş verər. Bütün bunların kökündə isə insanların Allah qorxusunun olmaması durur. Allah qorxusu olmayan insanlar rahatlıqla haqsızlıq, ədalətsizlik edir, cinayət törədir, bənzərsiz zülm və qəddarlıq etməkdən çəkinmirlər. Habelə, vicdan əzabı belə çəkmədən etdikləri vəhşilikdən peşman olmadıqlarını da dilə gətirirlər. Halbuki, bunun qarşılığında axirətdə əbədi cəhənnəm əzabı olduğuna inanan insan əsla belə davranmaz. Quran əxlaqına uyğun yaşadıqda sadaladığımız hadisələrin heç biri baş verməz. Hər şey xoşluqla, ədalətlə, sakitliklə həll edilər.

    Din əxlaqına uyğun yaşamayan insanların ruhlarını zənginləşdirmək, gözəlləşdirmək kimi məqsədləri olmaz. Ətrafdakılara gözəl davranmaq üçün əsla şövqlənməzlər. Çünki ətrafdakı insanları meymundan törəyən və ölərək yox olub gedəcək varlıqlar kimi dəyərləndirirlər. Onların yeganə məqsədi nəfsani istəklərini, heyvani instinktlərini həyata keçirməkdir. Bu istəklərinin ardınca getmək isə insan ruhunu gözəlləşdirməz, əksinə, boğar. Bu cür insanların sənətə heç bir töhfəsi olmadığı kimi, gözəl sənətdən də zövq almazlar. İncəsənətdən zövq almayan, estetika anlayışı olmayan insanlardan ibarət cəmiyyətdə sənətkarlar da şövqlərini və əzmlərini itirərlər. Ancaq pul və mənfəət qarşılığında etdikləri üçün həqiqi sənət əsərləri ortaya çıxarmazlar.

    Ailə dövlətin ən əsas fərdidir. Güclü ailə quruluşu olan millətin dövlət quruluşu da güclü olar. Ailə quruluşu çökmüş, mənəvi dəyərlərini itirmiş, üzvləri arasında sevgi, hörmət, birlik və bərabərlik, sədaqət duyğuları kütləşmiş dövlətin güclü olması mümkün deyil. Xüsusilə cəmiyyəti dinsizləşdirməyi hədəf seçən dövlətlərdə bu mənəvi çöküntü daha da sürətlənir və əxlaqi degenerasiya cəmiyyətin hər pilləsində özünü göstərir. Əsasən də milli və mənəvi dəyərləri qorumaq lazım gəldikdə Allah qorxusu olmayan insanlar mütləq laqeyd davranacaqlar. Bu davranış vətənə və millətə xidmət etməkdən, vətən və millət uğrunda mübarizədən çəkinməyə, hətta bölücü fəaliyyətlərə qədər böyüyə bilər.

    Nəticə

    Beləliklə, səmimi şəkildə Quranda tərif edildiyi kimi, din əxlaqına uyğun yaşadıqda dünya bir növ cənnətə çevrilər. İnsanların əsrlərlə həsrətində olduğu, əldə etməyə çalışdıqları, ancaq çox uzaq gördükləri ictimai səadətəqovuşmamaq üçün heç bir səbəb qalmaz. Aşağıdakı ayədə Allahın insanlara bildirdiyi əxlaqi ölçülər çox açıq bildirilmişdir:

    Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohum­­lara verməyi əmr edir, iyrənc işlər görməyi, pis əməllər törətməyi və azğınlıq etməyi isə qadağan edir. O, sizə öyüd-nəsihət verir ki, bəlkə düşünüb ibrət alasınız. (Nəhl surəsi, 90)

    Quranın bu və buna bənzər ayələrindəki hökmləri bilən müsəlmanlar bu hədləri aşmazlar. Ona görə, inanan insanlardan təşkil olunmuş cəmiyyətdə əxlaqsızlıqların baş verməsinə də imkan olmaz.

    Əlbəttə, insan səhv etməyə uyğun yaradılmışdır və müstəsna hal kimi insanlardan qaynaqlanan mənfi hadisələr ola bilər. Ancaq hər cür səhv davranışın Quranın hökmləri ilə və müsəlmanların şəfqətli yanaşması ilə öhdəsindən gəlmək asandır. Müsəlmanlar cahil cəmiyyətdə olduğu kimi, əxlaqsızlığı təşviq etməz, yaymaz və buna qarşı laqeyd qalmazlar. Çünki əsl müsəlmanların ən əsas xüsusiyyətlərindən biri Quranda tez-tez vurğulandığı kimi, bir-birlərinə yaxşılığı əmr edib pislikdən çəkindirmələridir:

    Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır. Onlar yaxşı işlər görməyi əmr edir, pis işlərdən çəkindirir, namaz qılır, zəkat verir, Allaha və Onun Elçisinə itaət edirlər. Allah onlara rəhm edəcəkdir. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir. (Tövbə surəsi, 71)

    Allah Quranda din əxlaqına uyğun yaşayan insanlardan ibarət cəmiyyətin xüsusiyyətlərini belə bildirir:

    Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz, yaxşı işlər görməyi əmr edir, pis əməllərdən çəkindirir və Allaha iman gətirirsiniz… (Ali-İmran surəsi, 110)

    Şübhəsiz ki, belə bir cəmiyyətin əxlaqi cəhətdən din əxlaqına görə yaşamayan cəmiyyətdən nə qədər üstün olduğu aydındır.

    İzlənmə sayı: 1423