Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


TƏKAMÜL NƏZƏRİYYƏSİ »

  • Dilin təkamülü müəamması


    Tarixin təkamülü hekayəsini izah edərkən təkamülçülərin qarşısına çıxan bir çox vacib problemlər mövcuddur. Bunlardan biri insan şüurunun necə ortaya çıxdığı, digəri isə nitqin ilk olaraq necə meydana gəlməsidir. Bu iki məsələ insanı digər canlılardan ayıran əhəmiyyətli xüsusiyyətlərdir.
    İnsanlar danışarkən düşüncələrimizi dil sayəsində nizamlı qəliblərlə və qarşı tərəfin başa düşəcəyi formada mənalı ifadələrlə çatdırırıq. Bütün bunlar son dərəcə özəlləşmiş əzələ hərəkətləri və söz sırasını tələb etdiyi halda, biz bunlara diqqət vermirik. Biz sadəcə danışmaq istəyirik. 100-ə yaxın əzələnin həmahəng şəkildə yığılıb açılaraq səslər, hecalar və sözlər tələffüz etməsi ilə və isim, fel, əvəzlik kimi nitq hissələrinin uyğun sıralanması ilə qarşı tərəfin başa düşəcəyi cümlələr meydana çıxır. Bu qədər mürəkkəb mərhələlərə əsaslanan bacarıqdan istifadə etmək üçün bizim istəməkdən başqa, haradasa heç nə etməməyimiz nitqin bioloji quruluşla məhdudlaşan bir bacarıq olmadığını açıqca göstərir.
    İnsanın nitq bacarığı təkamül prosesinin xəyalən labüd olması ilə və yaxud xəyali mexanizmləri ilə açıqlanmayan son dərəcə mürəkkəb bacarıqdır. Təkamülçülər uzun müddətli araşdırmalara baxmayaraq, son dərəcə mürəkkəb bir bacarıq olan nitqin sadə heyvani ünsiyyət vasitələrindən təkmilləşdiyi istiqamətindəki iddialara dəlil göstərmək cəhdləri uğursuz olmuşdur. Pensilvaniya Universitetindən David Premakın “İnsan nitqi, təkamül nəzəriyyəsi üçün bir xəcalətdir”77 kimi sözləri bu uğursuzluğu açıq-aydın gözlər önünə sərir.
    Məşhur dilçi Derek Bikerton bu xəcalətin səbəblərini qısaca belə şərh etmişdir:
    Nitq insandan əvvəlki bir nəsildən gəlmiş ola bilərmi? Xeyr. Heyvanların ünsiyyət vasitələrinə oxşayırmı? Xeyr... Heç bir meymun gərgin təlim keçməsinə baxmayaraq, dilçiliyin qaydalarının əsaslarına yiyələnə bilməmişdir. Sözlər, söz sırası necə meydana gəldi? Bu problem nitqin təkamülünün özəyində qalır.78
    Yer üzərində mövcud olan bütün dillər mürəkkəbdir və bu mürəkkəbliyin mərhələli olaraq necə qazanılmış olması təkamülçülər üçün xəyal belə edilməzdir. Təkamülçü Riçard Dokinzə (Richard Dawkins) görə ən ibtidai qəbilə dilləri də daxil olmaqla, dünyadakı hər dil yüksək dərəcədə mürəkkəbdir:
    Bu mövzuda açıq misal nitqdir. Heç kim necə başlandığını bilmir... Semantika, yəni sözlər və mənalarının mənşəyi də eyni dərəcədə müəyyən edilməmişdir... Dünyadakı minlərlə dilin hamısı çox mürəkkəbdir. Bunun mərhələli olaraq inkişaf etdiyini düşünməyə meyilliyəm, lakin belə olmasının zəruriliyi tam olaraq açıq deyil. Bəziləri müəyyən bir yer və müəyyən bir zamanda tək bir zəka tərəfindən icad edildiyini və ani olaraq başlandığını düşünür.79
    V.K.Vilkins (W. K. Wilkins) və J. Veykfild (J. Wakefield) adlı iki beyin üzrə təkamülçü tədqiqatçı isə bu mövzu ilə əlaqədar bunları demişdir:
    Dilin təkamülünün mərhələləri ilə əlaqədar dəlil yoxdur. Buna baxmayaraq, alternativ fikirləri qəbul etmək çətindir. Əgər növün özünəməxsus xüsusiyyətləri hissələrə ayrılmış şəkildə təkmilləşmirsə, bu vəziyyəti izah etmək üçün iki yol vardır. Ya hələ kəşf etmədiyimiz bir güc, bəlkə də İlahi bir müdaxilə ilə lazımi formada yerləşdirilmişdir, ya da növlərin inkişafına nisbətən ani bir dəyişikliyin, bəlkə də bir növ öz-özünə əmələ gələn və ya geniş yayılmış mutasiyanın nəticəsidir… Amma belə təsadüfi bir mutasiyanın təsadüfi təbiəti bu iddianı şübhəli edir. Bundan əvvəl müəyyən edildiyi kimi (Pinker və Blum, 1990) dil kimi mürəkkəbə və görünüşə görə vəzifələrinə bu qədər ideal bir şəkildə uyğun bir sistemə yol açacaq mutasiyanın ehtimalı yox deyiləcək qədər aşağıdır.80
    Dilçi Noam Çomski də nitq qabiliyyətinin mürəkkəbliyi qarşısında düşüncələrini belə ifadə edir:
    Nitqin əmələ gəlməsi ilə əlaqədar bura qədər heç bir söz demədim. Səbəbi isə deyilməli çox az sözün olmasıdır. Kənardan görünən bir neçə səciyyəvi xüsusiyyətdən başqa, nitq böyük ölçüdə bir sirdir.81
    Təkamülçü ön mühakimələrdən asılıb qalmayan insan üçün isə nitq bacarığının qaynağı çox açıqdır. Bu qabiliyyəti insana verən uca Allah`dır. Allah insanlara nitqi ilham edir və onları danışdırır. Bu həqiqət bir Quran ayəsində belə xəbər verilir:
    ... (Dəriləri) deyəcək: “Hər şeyi danışdıran Allah bizi danışdırdı. Sizi ilk dəfə O yaratmışdır və siz Ona qaytarılacaqsınız”. (Fussilət surəsi, 21)
    Təkamülçülər dilin əsaslandığı bioloji quruluşların mürəkkəbliyini izah edə bilməyəcəkləri kimi, dili mümkün edən şüurun əsasını da izah edə bilmirlər. Maddəyə heç bir şəkildə reduksiya olunmayan insan şüuru və dildəki mürəkkəblik dili üstün bir ağılın yaratdığını göstərir. Bu üstün ağılın sahibi Rəbbimiz olan uca Allah`dır.
    Qeydlər:
    77. Swisher III, Roger Lewin, Java Man, Abacus, London, 2002, səh. 205
    78. Derek Bickerton, "Babel's Cornerstone," New Scientist (vol. 156, oktyabr 4, 1997), səh. 42
    79. Richard Dawkins, Unweaving the Rainbow Boston, Houghton-Miflin Co., 1998, səh. 294
    80. Wilkins, W.K. & Wakefield, J., Brain evolution and neurolinguistic preconditions. Behavioral and Brain Sciences 18 (1): 161-226
    81. Noam Chomsky, Powers and Prospects, səh. 16

    İzlənmə sayı: 1075