Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


KÖŞƏ YAZILARI »

  • Quranda 'Qadınları döyün' ifadəsi yoxdur


    Yaxın günlərdə bir neçə saytda “İslam alimləri”nin qadınları döymənin qaydaları ilə bağlı yazıları dərc edildi. Bu fətvaları verən sözdə İslam alimlərinin Qurandan bixəbər olduqlarını görmək heç çətin deyil. İlk növbədə Allah Quranda: “Dində məcburiyyət yoxdur”.(Bəqərə surəsi, 256) - deyə buyurur. Dinimiz asanlıq dinidir, Allah dində çətinlik yaratmamışdır. Bir başqa ayədə isə “Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir”.( Bəqərə surəsi, 185) şəklində buyurulur. Bunun kimi ayələri və hədisləri çoxaltmaq olar. Amma dini çətinləşdirmək istəyənlər, dinə bir çox xurafatlar qataraq bu ayə və hədisləri görməzdən gəlib, ayələrə sırf öz nəfslərinə uygun şəkildə izahlar verirlər. Bu xurafatçıların məqsədi qadını alçaltmaq, ikinci dərəcəli varlıq yerinə qoymaqdır. Onların qadına düşmənçilikdə darvinistlərlə eyni fikirdə olduqlarını görürük. Darvinizm bunu elmi həqiqət adı ilə insanlara təlqin edirdisə, xurafatçılar da din adı ilə təqdim edirlər. Darvinizmin qadın düşmənçiliyinə bəzi nümunələr:

    “Bizim dövlətimizdə qadın nəzərə alınmır”. (Maria a. Macciocchi, Faşizmin Analizi)

    “Qadın boyun əyməlidir. Onun analiz gücü olsa da sintez gücü yoxdur. Qadın nə vaxtsa arxitektura əsəri yaradıbmı? Məbəddən danışmıram, qadından daxma qurmasını istəyin, öhdəsindən gələ bilməyəcək. Qadın bütün sənətlərin sintezi olan arxitekturaya yaddır və bəxti də elə burada bağlanır”. (Maria a. Macciocchi, Faşizmin Analizi , s. 126)

    "Davamlı yoldaşlıq (yaşlılıqda belə davam edən yoldaşlıq), sizinlə maraqlanacaq biri ‘itdən daha yaxşı əyləndirə bilən- ev və evin məsuliyyətlərini üzərinə götürəcək biri”. (Charles Darvin, The Autobiography of Charles Darvin 1809-1882 (Et. by Nora Barlow), New York: W. W. Norton & Company, Inc., 1958, s. 232-233)

    Qadin hec dostluq etmeyi bacarmir: qadinlar pisik ve qus kimidirler ve yaxsi halda ineye benzeyirler.

    Qadinlarin yanina gedirsiz? Qamcini goturmeyi unutmayin. (Fridrix Nitse) Allah, Quranda qadınlara qarşı şəfqətli olmağı, hörmət etməyi və onları qorumağı əmr etmişdir. Bununla yanaşı hz. Məryəm və Fironun arvadı kimi üstün əxlaqa sahib olan qadınları insanlara nümunə göstərmişdir. Allah qatında üstünlük insanların irqlərinə, cinsiyyətlərinə və ya mövqelərinə görə deyil, Allaha olan yaxınlıq və iman güclərinə görədir. Allah Quranın bir çox ayəsində bütün iman edənlərin, qadın-kişi ayrıseçkiliyi olmadan etdiklərinin qarşılığını alacaqlarını belə xəbər vermişdir:

    Mömin olmaqla bərabər, yaxşı işlər görən kişilər və qadınlar Cənnətə daxil olarlar. Onlara xurma çərdəyi qədər haqsızlıq edilməz! (Nisa surəsi, 124)

    Və məqaləmin son hissəsində qadınları döyməklə bağlı əsas olaraq gətirilən ayəyə verilən açıqlamaları diqqətinizə çatdırmaq istəyirəm.

    Qurani-Kərimdə qadınları döyün şəklində heç bir ifadə yoxdur. Nisa surəsinin 34-cü ayəsində ailə münasibətlərində qadınlar tərəfindən ortaya çıxan problemlərin öncə öyüd-nəsihət yolu ilə həll edilməyə çalışılması, bununla bir nəticə əldə edilməzsə yataqların ayrılması, əgər bundan da bir nəticə alınmazsa qadınların müvəqqəti olaraq evdən uzaqlaşdırılmaları nəzərdə tutulur.

    Ayədə keçən “darabə” felinin “döymək” mənası ilə yanaşı digər mənaları da var. Qurani-Kərimə baxdığımızda, “darabə” felinin Quranın bir çox ayəsində “səfərə çıxmaq” mənasında istifadə edildiyini görərik. Qurani-Kərimə və sünnəyə baxdığımızda Peyğəmbərimizin xanımlarının Hz.Muhammədlə (s.ə.v) bəzi zamanlar anlaşmazlıqlarının olduğunu, ancaq Peyğəmbərimizin heç zaman heç bir xanımına əl qaldırmadığını, lakin evi müvəqqəti olaraq tərk etdiyini görürük.

    Qurani-Kərimdə “darabə” felinin “səfərə çıxmaq” mənasında keçən ayələrinin bəziləri bunlardır:

    Ey iman gətirənlər! Allah yolunda SƏFƏRƏ ÇIXDIĞINIZ ZAMAN diqqətli olun! / Ya eyyühellezıne amenu iza DARABTUM fı sebılillahi... (Nisa surəsi, 94)

    SƏFƏRƏ ÇIXDIĞINIZ ZAMAN kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmaq sizə günah hesab edilməz. / VƏ İZA DARABTUM fil erdı fe leyse aleyküm cünahun en taksuru mines salah in hıftüm ey yeftinekümüllezıne keferu… (Nisa surəsi, 101)

    Ey iman gətirənlər! Sizlərdən hər hansı birinizi ölüm haqladıqda vəsiyyət vaxtı aranızdan iki ədalətli şəxsi, SƏFƏRDƏ OLDUĞUNUZ ZAMAN başınıza ölüm müsibəti gəldikdə isə özünüzdən olmayan iki nəfəri şahid tutun. / Ya eyyühellezıne amenu şehadetü beyniküm iza hadara ehadekümül mevtü hıynel vesıyyetisnani zevaadlim minküm ev aharani min ğayriküm in entüm DARABTUM fil erdı fe esabetküm müsıybetül mevt…(Maidə surəsi, 106)

    Aysel Canan Vəlizadə

    İzlənmə sayı: 1376