Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


KÖŞƏ YAZILARI »

  • Sonsuz kainat, yoxsa Biq Bənq?


    Elə bir insan yoxdur ki, kainat haqqında, onun necə meydana gəlməsi haqqında fikirləşməsin. Özünü dərk edən hər bir insan üçün çox vacib bir sualdır bu. Kainat necə yaranıb? Demək olar ki, tarixin hər dövründə bununla bağlı saysız-hesabsız fikirlər irəli sürülüb. Bunlardan birincisi "sonsuz kainat" anlayışıdır ki, materialistlərin fikirincə, kainat sonsuzdan bəri var olub, heç kəs tərəfindən yaradılmayıb və sonsuza qədər də mövcud olacaq. İkinci fikir isə kainatın bir Yaradıcı tərəfindən yaradıldığı, başlanğıcı olduğu və bir gün sona çatacağı ilə bağlıdır. Gəlin ikisini də elmi aspektən incələyək.

    Baxmayaraq ki, sonsuz kainat anlayışı 20-ci əsrin əvvələrinə qədər qəti şəkildə sübut olunmuş bir fakt kimi qəbul edilirdi, ancaq aparılan bütün müşahidələr və kəşflərin materialistlərin müdafiə etdiyi sonsuz və başlancığı olmayan kainat anlayışı ümidlərini yerlə bir etdi.

    1929-cu ildə aparılan müşahidələrdən çıxan nəticə elm dünyasına bomba kimi düşdü. Həmin il Kaliforniya Maunt Vilson (Mount Wilson) rəsədxanasında, amerikalı astronom Edvin Habl (Edwin Hubble) astronomiya tarixinin ən böyük kəşflərindən birini etdi. Habl nəhəng teleskopla kosmosu müşahidə edərkən ulduzların arasındakı məsafədən asılı olaraq qırmızı rəngə çalan işıq spektri yaydıqlarını müəyyən etdi. Bu kəşf həmin dövrə qədər məlum olan kainat anlayışını kökündən sarsıdacaqdı.

    Çünki məlum fizika qanunlarına görə, müşahidə aparılan nöqtəyə doğru hərəkət edən işıq spektri bənövşəyi, müşahidə aparılan nöqtədən uzaqlaşan işıqlar isə qırmızı rəngə çalır (müşahidəçidən uzaqlaşan qatarın fit səsinin getdikcə zəifləməsi kimi). Bu qanuna əsasən, Hablın müşahidəsi göy cisimlərinin bizdən uzaqlaşdığını göstərirdi. Habl çox keçmədən daha mühüm faktlarla qarşılaşdı; ulduzlar və qalaktikalar nəinki bizdən, bir-birilərindən də uzaqlaşırdılar. Elmi müşahidələr kainatdakı hər şeyin bir-birindən uzaqlaşdığını aşkar etmişdi. Bu isə bir nəticəni göstərirdi: kainat genişlənirdi!

    Hablın kainatın genişlənməsini göstərən kəşfi materialistlərin müdafiə etdiyi sabit, başlanğıcı olmayan kainat modelinin tam əksini göstərirdi. Kainat sanki şişirilən bir şar kimi genişlənir və göy cisimləri də şarın üzərindəki nöqtələr kimi bir-birindən uzaqlaşırdı.

    Kainat genişləndiyinə görə zaman içində geriyə doğru getdikdə daha kiçik kainat, daha da geriyə getdikdə bircə nöqtə olurdu. Aparılan hesablamalar kainatın bütün maddəsini içində saxlayan bu tək nöqtənin, güclü cazibə qüvvəsinin təsiri ilə sıfır həcmə malik olduğunu göstərdi. Kainat, sıfır həcmə malik bu nöqtənin partlaması nəticəsində meydana gəlmişdi. Bu partlayış "Big Bang" (Böyük Partlayış) adlandırıldı və nəzəriyyəyə də Big Bang nəzəriyyəsi adı verildi.

    Beləliklə, elm inkişaf etdikcə ortaya qoyulan faktlar «sabit kainat» nəzəriyyəsini tarixin arxivinə göndərdi. Bundan sonra isə daha vacib suallar meydana çıxmağa başladı ki, onların da ən önəmlisi Böyük Partlayışdan əvvəl nəyin olması ilə bağlı idi. Yəni "Bütün kainat Big Bang-dən sonra yaranmışdısa, bəs onda Big Bang-dən əvvəl nə var idi?"

    «Böyük Partlayışdan əvvəl nə var idi» sualının bircə cavabı mövcuddur: yerləri və göyləri böyük bir nizam içində yaradan üstün güc və qüdrət sahibi olan Allah. İnanıb-inanmamasından asılı ol-mayaraq, əksər elm adamları bunu qəbul etmək məcburiyyətindədirlər. Hətta elmi platformada bunu qəbul etməyi özlərinə sığışdırmasalar belə, bəzi fikir və ifadələri onları ələ verir. Məsələn, məşhur ateist filosof Entoni Flu (Anthony Flew) etirafın insanın ruhuna xeyirli olduğunu deyə-rək, bunları bildirir:

    "Etiraf etməyin insan ruhuna müsbət təsir etdiyini deyirlər. Mən də bir etiraf edəcəyəm – ateizm baxımından Big Bang modeli olduqca xoşagəlməzdir. Çünki elm dini mənbələr tərəfindən müdafiə edilən bir iddianı sübut etmişdir: kainatın bir başlanğıcı olduğu iddiasını." (Henry Margenau, Roy Abraham Vargesse. Cosmos, Bios, Theos. La Salla IL: OpeN Court Publishing, 1992, s. 241)

    Gəlin bir fikirləşək.. Hansı partlayış nizam yaradıb indiyənə qədər?! Bir partlayış xəbəri eşitdikdə narahat olur və meydana gətirdiyi zərərləri ilə maraqlanırıq. Ölənlər, yaralananlar, dağılan binalar, qırılan şüşələr və s… Yəni bir partlayış olduqda zərər və nizamsızlıq meydana gəlir. Nə qədər güclü olsa da, partlayıcı maddədən istifadə edərək bir şəhəri abad edə bilməzsiniz və ya bir təyyarəni daha təkmil texnoloji səviyyəyə çatdıra bilməzsiniz. Harada baş verməsindən asılı olmayaraq bir partlayışdan sonra həmin yerdə rəngarəng çiçəklərin olduğu, müxtəlif canlıların yaşadığı mənzərə ilə qarşılaşa bilməzsiniz…

    Aygün İbrahim

    İzlənmə sayı: 1290