Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net

    Darvinizm.info

KÖŞƏ YAZILARI »

  • İslamı xurafatdan ayıraq

    Dövrümüzdə bir çox müsəlman ölkəsində həqiqi İslam anlayışından uzaq, bayağı həyat tərzi var. Bu bayağılıq sadəcə bəzi nəzakət qaydaları və nəzakətdən uzaq davranışlar demək deyil. Bayağılıq Allahın qədrini layiqincə təqdir etməməkdən, həqiqi Quran əxlaqı ilə yaşamamaqdan qaynaqlanan yanlış həyat tərzidir. Bu yanlış həyat tərzi insanın düşüncə tərzindən zövqünə, həyatındakı hədəflərindən gözəllik, estetika və zarafat anlayışına, söhbət mövzularından mimikalarına qədər bütün həyatını əhatə edən geniş anlayışdır.
    İnternetdəki axtarış saytlarının şəkillər bölməsinə ingiliscə müsəlman sözü yazdıqda bayraq yandıran, bir-birinə hücum edən, üzlərində nifrət dolu qorxunc ifadə ilə bağıran insanların şəkilləri çıxır. Dünyada müsəlmanlar haqqında bu cür yanlış təsəvvür oyatmağa çalışırlar.
    Dünyadakı yanlış İslam anlayışının səbəbi Quranda bildirilən və Peyğəmbərimizin (s.ə.v) yaşadığı həqiqi İslama tabe olunmamasıdır. Bu, bir çox insanın bildiyi, ancaq tam anlamadığı vəziyyətdir. Çünki bəzi insanlar xurafatları dinimizdə varmış kimi göstərirlər. Bir çox müsəlman ölkəsində xurafatlarla dolu, sevgidən, anlayışdan, gözəllikdən, estetikadan, yəni keyfiyyətdən uzaq İslam anlayışı hakimdir və hətta bu qəbul edilir.
    Bu yanlış örnəklərə görə, bir çox insanın ağlına müsəlman dedikdə sərt, sevgisiz, bədbin, incəsənət anlayışından məhrum, elmə qarşı olan, zarafat anlayışı olmayan, geyinməyi bilməyən, musiqidən zövq almayan, nəzakətsiz, şəfqətsiz insanlar gəlir. Əlbəttə, bu, çox böyük xətadır və fərqində olmadan bir çox insana zərər verir, İslamdan uzaqlaşdırır.
    Bəzi insanların keyfiyyət anlayışı Allahın Quranda diqqət çəkdiyi keyfiyyətdən fərqlidir. Bu insanların keyfiyyət anlayışı bahalı avtomobil, markalı geyimlər, çox gözəl ev və yaxşı təhsillə məhdudlaşır. Əlbəttə, Allahın bəxş etdiyi nemət kimi bu sadalananlar gözəl və estetik görünüşə səbəb ola bilər. Lakin əsl keyfiyyət ruhən olmalıdır.
    Allah insana bütün digər varlıqlardan fərqli olaraq ruh vermişdir. Ona görə də insanın mənəviyyatındakı zənginlik çox böyük təsir oyadır. Bu zəngin mənəviyyat insanın keyfiyyətini artırır. İnsanın mənəvi aləmi nə qədər gözəldirsə, o qədər kübar olur. Mənəvi gözəllik isə Allahın şanını layiqincə təqdir edən, həmişə yüksək əxlaqla davranan səmimi müsəlmanda üzə çıxır. Allah qorxusu və Allah sevgisi ilə hərəkət etdiyinə görə, rəftarında və danışığında həmişə vicdanı, ağlı və iradəsi ilə hərəkət edən səmimi müsəlman Allahın Quranda əmr etdiyi kimi ən gözəl sözü söyləyir, ən gözəl şəkildə davranır. Nəticədə də elə bir insana çevrilir ki, hamı onunla birlikdə olmağı xoşlayır, ətrafına rahatlıq və sevinc verir.
    Belə bir insan, eyni zamanda, hər şəraitdə nəfsi istəklərinin əvəzinə Allahın rizasına uyğun olanı seçir. Öz rahatlığının, ehtiyac və istəklərinin yerinə Allah rizası üçün həmişə başqalarının rahatlığını, ehtiyaclarını və istəklərini ön planda tutur. Bunun üçün fədakarlıq edir, səy göstərir, lakin qarşılığını ancaq Allahdan gözləyir. Bu üstün əxlaq insanı əsalətli və mənəvi cəhətdən keyfiyyətli edir. Belə insanlar heyranedici, yüksək əxlaqa, maddi yolla heç cür əldə edilməyən üstün şəxsiyyətə malik olurlar.
    Qəlbən daima Allah ilə birlikdə olan və axirətdəki sonsuz cənnət həyatını qazanmaq şövqü ilə yaşayan mömin Allahın bir neməti olaraq dərin mənəviyyata malikdir. Bu mənəvi keyfiyyəti gözəlliklərdən həzz almasında, hadisələrə həssaslığında, başına gələnlərin hikmətini şüur açıqlığı ilə qavramasında, sevgisində, şəfqətində, ədalətində, incə düşüncəsində, bir sözlə, həyatının hər anında mühüm fərq yaradır. Ona görə, Quran əxlaqı ilə tam yaşayan möminlər gözəl əxlaqlı, əsalətli, dərin düşünən, hədəfləri və düşüncələri geniş olan çox kübar insanlar olurlar.

    İslamda keyfiyyət Quranın ən əsas mövzularından biridir. Allah ən yüksək dərəcədə keyfiyyəti cənnətdə yaratmışdır. “(Orada) hara baxsan, nemət və böyük bir mülk görərsən” (İnsan surəsi, 20) ayəsində xəbər verildiyi kimi, cənnətin hər yerində keyfiyyət və gözəllik hakimdir. Allahın cənnətdə yaratdığı bu gözəllik və keyfiyyətin dünyadakı bənzəri isə ancaq əsl İslam əxlaqı ilə yaşamaqla mümkündür.

    Sevinc Haqverdizadə

    İzlənmə sayı: 1011