Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


TÜRK İSLAM BİRLİYİ »

  • İslam əxlaqı yer üzünə sevgi ilə hakim olacaq


    Peyğəmbərimizin (s.ə.v) hədislərində bildirildiyinə görə hz. Mehdi axırzamanda zühur edəcək və İslam əxlaqını yer üzünə hakim edəcəkdir. Hz. Mehdinin ortaya çıxması ilə yer üzündəki bütün zülm və haqsızlıqlar sona çatacaq, dünyaya ədalət, sülh, sevgi, hüzur və güvən gələcək.

    Uca Allah Qurani-kərimdə İslam əxlaqını yer üzünə hakim edəcəyini bildirmişdir. Peyğəmbərimiz (s.ə.v) də hədislərində bu böyük və mübarək hadisəyə axırzamanda hz. Mehdinin səbəb olacağını xəbər vermişdir. Quran əxlaqının gərəyi olaraq və Peyğəmbərimizin bildirdiyi kimi, İslam əxlaqının hakim olması ilə yer üzü hüzur və təhlükəsizliyə qovuşacaq, hər cür qarışıqlıq, qarşıdurma, anarxiya və terror sona çatacaqdır. Axırzamananın qarışıqlıq və zülmlərindən böyük sıxıntı duyan insanlar İslam əxlaqını yer üzünə hakim edəcək hz. Mehdinin ədalət, mərhəmət, cömərdlik, sevgi və xoş münasibətindən razı olacaqlar.

    Axırzamanda hz. Mehdinin Allahın iznilə mütləq ortaya çıxacağı Peyğəmbərimizin (s.ə.v) hədislərində belə müjdələnmişdir:

    Dünyada tək bir gün qalsa belə (qiyamət qopmadan) Allah o günü uzadacaq, adı adıma, atasının adı da atamın adına uyğun, Əhli-beytimdən bir şəxs (Hz. Mehdi) gələcək, daha əvvəl zülm və haqsızlıqla dolu olan yer üzünü ədalət və insafla dolduracaq. ( Əbu Davud və Tirmizi / Böyük Hədis Külliyatı, Rudani 5. Cild, s. 365)

    Hədislərdə bildirildiyinə görə hz. Mehdi axırzamanda zühur edəcək və İslam əxlaqını yer üzünə hakim edəcəkdir. Hz. Mehdinin ortaya çıxması ilə yer üzündəki bütün zülm və haqsızlıqlar sona çatacaq, dünyaya ədalət, sülh, sevgi, hüzur və güvən gələcəkdir. Bu mübarək hadisələr bəzi hədislərdə də belə xəbər verilir:... bu əmir (Hz. Mehdi) insanlar yer üzünü daha əvvəl zülmlə doldurduqları kimi yer üzünü ədalətlə dolduracaqdır.Artıq sizdən kim o günə çatarsa qar üstündə iməkləmək surəti ilə də olsa onlara çatsın (qatılsın). (Sünən-i İbni Macə Kitabü-l fiten tərcüməsi və Şərhi-Kahraman nəşriyyat, cild 10, Mütərcim: Heydər Hatipoğlu, Bab: 34, s. 347)

    Hz. Peyğəmbər ən əvvəl İslamı necə qorudusa hz. Mehdi də ən sonda eyni formada İslamı qoruyub ucaldacaqdır... (Əl Qəvlül Müxtəsər Fi əlamət-il Mehdiyy-il Müntəzər, s. 26)

    Ancaq Peyğəmbərimizin (s.ə.v) də xəbər verdiyi kimi, hz. Mehdinin zühurundan əvvəl yoxluqlar və sıxıntılar şiddətlənəcək, yer üzündə güvən və hüzur qalmayacaq, bütün insanlar ard-arda meydana gələn fəlakətlər səbəbi ilə böyük əzablar yaşayacaqdır. Necə ki, Qurani-Kərimdə də elçilərin və peyğəmbərlərin gəldiyi dövrlərdən əvvəl Rəbbimizin insanları müxtəlif sıxıntılarla imtahan etdiyi bildirilmişdir:

    Biz hansı bir ölkəyə peyğəmbər göndərdiksə, onun əhalisini sıxıntıya və bəlaya düçar etdik ki, bəlkə boyun əyələr. ( Əraf surəsi, 94)

    İslam əxlaqının bütün yer üzündə yaşanmasını təmin edəcək, insanlara ədaləti və sülhü gətirəcək, dünyada Qızıl əsr  olaraq adlandırılan bir dövrün yaşanmasına səbəb olacaq mübarək bir şəxs olan hz. Mehdinin də zühurundan əvvəl ayədə bildirildiyi kimi, sıxıntı və bəlaların yaşanması Adətullahın (Allahın qanununun) gərəyidir. Peyğəmbərimiz hz. Muhəmməd (s.ə.v) isə bu sıxıntıların nələr olacağını ətraflı şəkildə bildirmişdir.

    Axırzamanda qarışıqlıq və fitnələr insanların çətin vəziyyətə düşməsinə səbəb olacaq

    Peyğəmbərimizin (s.ə.v) hədislərində xəbər verdiyinə görə hz. Mehdinin ortaya çıxmasından əvvəlki dövr fitnə və qarışıqlıqların geniş yayıldığı, insanların əzab və sıxıntı çəkdikləri, yoxluqların olduğu, dəhşətli müharibələrin yaşandığı çətin bir dövrdür. Mövzu ilə əlaqəli bəzi hədislər belədir:

    Mehdi çıxmazdan əvvəl millətlər arasında ticarət və yollar kəsiləcək, insanlar arasında fitnələr çoxalacaqdır... (Əl Qəvlül Müxtəsər Fi əlamət-il Mehdiyy-il Müntəzər, Ahmed İbni Hacer-i Mekki, s. 39-40)

    Dünya hərc-mərc (qarışıqlıq, fitnə) içində qaldıqda, fitnələr zühur etdikdə, böyük kiçiyə mərhəmət etmədikdə, kiçik böyüyə hörmət göstərmədikdə, Allah onlardan düşmənliyin kökünü qazıyaraq dəlalət qalalarını fəth edəcək, əvvəlcə mənim ayaqda tutduğum kimi axırzamanda dini ayaqda tutacaq, əvvəllər zülmlə dolu olan dünyanı ədalətlə dolduracaq birini (Hz. Mehdini) göndərəcəkdir.  (Təbərani ve Əbu Nuaymdan. əl-Müttəqi vr.84b; (İbn Asakirdən) Suyuti C,II s, 67)

    Hədislərdə olan məlumatlar axırzamanda çox qan töküləcəyini, hücumların yayılacağını, şiddətin artacağını, qətliamların baş verəcəyini, müharibələrin və qarşıdurmaların yaşanacağını, ədalətin yerini haqsızlıq və zülmlərin alacağını, aclığın və yoxsulluğun çoxalacağını, insanların bir-birinə güvənməyəcəyini, saxtakarlıqların ediləcəyini, yalan danışmağın cəmiyyətin böyük qismində məqbul qarşılanmağa başlayacağını, əxlaqi dəyərlərin pozulacağını göstərir. Buna görə insanlar ard-arda gələn fəlakət və bəlalara məruz qalacaq, sıxıntı və əzabların ardı-arxası kəsilməyəcəkdir. Bir hədisdə belə bildirilir:

    Çox əzablı vəziyyətlər və dərdli mənzərələr görülər. Fitnələr ard-arda davam edər... Bunların arasındafitnə, zorakılıq, həlak və qaçışmalar olar. Nə zaman” bitdi” deyilər, yenə də davam edər. Bu hadisələr o qədər şiddətlənər ki, içinə girmədiyi bir ev və zərəri toxunmayan bir Müsəlman qalmaz. (Kitab-ül Bürhan fi Əlamət-il Mehdiyy-il Axırzaman, s. 36)

    Peyğəmbərimiz (s.ə.v) bu qaranlıq mühitdə insanların aydınlığa çıxmasına səbəb olacaq, onlara həll yolları göstərəcək, axtardıqları hüzur və güvəni onlara təmin edəcək insanın hz. Mehdi olacağını xəbər vermişdir.

    İnsanların içinə düşdükləri çarəsizliyi hz. Mehdi ortadan qaldıracaq

    Axırzamanda insanların yaşadığı böyük sıxıntıların təməlində Quran əxlaqından və Peyğəmbərimizin (s.ə.v) mübarək sünnətindən uzaqlaşmaları dayanır. Din əxlaqının gərəyi olan sevgi, şəfqət, dürüstlük, ədalət, xoşgörüş, təmkin, səbir, sülhsevərliyin yerini  inkarçı ideologiyaların təlqini olan eqoistlik, mərhəmətsizlik, ədalətsizlik, mənfəətpərəstlik aldığı üçün insanlar axırzamanda böyük əzablar yaşayırlar. Hədisdə axırzamanda insanların din əxlaqından uzaqlaşmaları belə xəbər verilir:

    Sünnətlərin itməsi, bidətlərin (dinə sonradan daxil edilmiş batil inanclar) ortaya çıxması, əmri-bil-maruf və nəhyi-əz-münkər (yaxşılığı əmr edib pislikdən mənetmə) imkanlarının itməsi kimi səbəblərlə zəiflədiyi zaman Cənabı-Haqq mənim övladlarımdan Mehdi ilə sünnətləri canlandırar. ( Kitab-ül Bürhan Fi Əlaməti –il Mehdiyy-il Axırzaman, s. 66)

    Hədislərdə xəbər verildiyi və İslam alimlərinin əsərlərində açıqlandığına görə hz. Mehdi inkarçı ideologiyaları fikrən tam mənası ilə məğlub etmək, insanlara din əxlaqının və dinin özünü öyrətmək, onları imana və gözəl əxlaqa istiqamətləndirmək üçün böyük bir fikri mübarizə aparacaqdır. Rəbbimiz hz. Mehdini və apardığı böyük fikri mübarizəsini axırzamanın çətinliklərinin ortadan qaldırılmasına səbəb edəcəkdir. Bir hədisdə hz. Mehdinin bu xüsusiyyəti belə bildirilir:

    Muhəmməd ümmətinin ən xeyirlisi və sizin çətinliklərinizi aradan qaldıran, vəliniz olan şəxsə... O Mehdidir. (Kitab-ül Burhan Fi Əlamət-il Mehdiyy-il Axırzaman, s. 57)

    Bir başqa hədisdə isə hz. Mehdi vasitəsi ilə fitnələrin sona çatacağı, fitnələrin bitməsi ilə yer üzünə hüzur və güvənin hakim olacağı belə xəbər verilir:

    Allah, kor fitnələri Onun (Hz. Mehdi) vasitəsi ilə söndürər. Hər yer əmin bir hala gələr... (Kitab-ül Bürhan Fi Əlamət-il Mehdiyy-il Axırzaman, s. 58)

    Hədislərdə xəbər verilənlərə görə əzablar, sıxıntılar və yoxluq içindəki xalq hz. Mehdinin ədalətinə, mərhəmətinə, sevgisinə və cömərdliyinə sığınacaq. Bir hədisdə belə bildirilir:

    Ümmət bal arılarının ana arı ətrafında toplanması kimi, Mehdiyə sığınar. O daha əvvəl zülmlə dolu olan dünyanı ədalətlə doldurar, insanlar sanki Əsr-i Səadət dövrünə geri dönər... (Kitab-ül Bürhan Fi Əlamət-il Mehdiyy-il Axırzaman, s.11)

    Hz. Mehdinin İslam əxlaqını yer üzünə hakim etməsi ilə birlikdə yoxluqlar, aclıqlar, əzablar, sıxıntılar sona çatar, axan qanlar dayanar, insanlar uzun illərdir axtardıqları gerçək xoşbəxtlik, hüzur və etibarı taparlar. Hz. Mehdinin səbəb olduğu bu sevgi və sülh dolu, bolluq və bərəkət mühiti hədislərdə bu cür tərif edilmişdir:

    Yer üzü zülm və düşmənçiliklə dolduqdan sonra mütləq mənim Əhli-beytimdən biri çıxar. Əvvəllər necə zülm və düşmənliklə dolmuşdusa, O, dünyanı ədalətlə doldurar. (Kitab-ül Bürhan Fi Əlamət-il Mehdiyy-il Axırzaman, s. 11)

    O, yer üzünü ədalətlə və nəsafətlə doldurar. Ərz (yer üzü) nəbatatını (bitkisini) çıxarar, göy də yağmurunu yağdırar. Ümmətim daha əvvəl görülməmiş şəkildə nemətlənər. (Kitab-ül Bürhan Fi Əlamət-il Mehdiyy-il Axırzaman, s. 35)

    O zaman göy heç bir yağmur damlasını əsirgəməyəcək və yer də bərəkətlənəcəkdir. (Kitab-ül Bürhan Fi Əlamət-il Mehdiyy-il Axırzaman, s. 12)

    Onun dövründə ölülərin dirilərə qibtə edəcəyi bir ədalət olar. (Kitab-ül Bürhan Fi Əlamət-il Mehdiyy-il Axırzaman, s. 68)

    Hz. Mehdi sevgi və mərhəmətlə insanları İslam əxlaqına dəvət edəcək

    Hz.Mehdi çox üstün əxlaqa sahib olan mübarək bir şəxsdir. Bir çox hədisdə hz. Mehdinin gözəl əxlaqı detallı olaraq tərif edilmiş və öyülmüşdür. Hz. Mehdinin əxlaqı ilə əlaqəli bildirilən hədislərdən birində isə bu mübarək zatın əxlaqının Peyğəmbərimizin (s.ə.v) əxlaqına bənzədiyi ifadə edilmişdir:

    Əxlaqı mənim əxlaqım olan bir övladım çıxacaq. (Kitab-ül Bürhan Fi Əlamət-il Mehdiyy-il Axırzaman, s. 21)

    Peyğəmbərimiz (s.ə.v) əxalqı və imanı ilə aləmlərə üstün tutulmuş, Rəbbimizin özünə böyük nemətlər bəxş etdiyi çox dəyərli və üstün bir insandır. Rəbbimiz Quranda Peyğəmbərimizin (s.ə.v) üstün əxlaqına dair bir çox nümunə vermişdir. Özünün bütün iman edənlərə nümunə olduğu yönlərindən biri də sevgi dolu, incə düşüncəli və mərhəmətli olması, insanlara yumşaq davranmasıdır. Ayədə bu şəkildə buyurulur:

    Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar. Sən onların günahından keç, (Allahdan) onların bağışlanmalarını dilə və görəcəyin işlər barədə onlarla məsləhətləş. Qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevir.  (Ali-İmran surəsi, 159)

    Hədislərdə olan məlumatlardan açıq aydın olduğu kimi, hz. Mehdi də eynilə Peyğəmbərimiz (s.ə.v) kimi insanlara sevgi və mərhəmətlə yaxınlaşacaq, anlaşmazlıqları sülh yolu ilə həll edəcək, insanları səbirlə gözəl əxlaqa və imana dəvət edəcəkdir. Hz. Mehdinin inkarçı ideologiyalara qarşı mübarizəsi fikrən olacaq, Rəbbimizin lütfü ilə çox ağıllı və hikmətli üsullarla küfr ideologiyalarını fikrən məğlub edəcəkdir. Hədislərdə xəbər verildiyinə görə hz. Mehdinin bu böyük fikri mübarizəsi yatan adamın fərqinə belə vara bilməyəcəyi sakitlik, sükunət və nizam içində olacaq:

    (Hz. Mehdi) Zamanında nə bir kimsə yuxusundan oyandırılacaq, nə də bir kimsənin burnu qanayacaq. (Əl Qəvlül Müxtəsər fi Əlamətil Mehdiyy-il Müntəzər, s. 42)

    (Hz. Mehdi) Peyğəmbərin (s.ə.v) yolundan gedəcək. Yatan insanı oyatmayacaq, qan da axıtmayacaq. Canlandırılmamış sünnət, qaldırılmayan bidət buraxmayacaq... (Qiyamət Əlamətləri, s. 163)

    Hədislərdə də bildirildiyi kimi, Mehdi bütün dünyaya İslam əxlaqını sülh yolu ilə hakim edəcək. Gərginliklərə və anlaşmazlıqlara bütün tərəflərin razı olacağı bir ədalətlə çarə tapacaq, bütün problemlər sülh yolu ilə ortadan qaldırılacaq. Hz. Mehdi insanları İslam əxlaqının əmri olan mərhəmətə, səbrə, yaxşılığa və gözəlliyə çağıracaq, öz üstün əxlaqı və davranışı ilə insanlara hər mövzuda olduğu kimi, bu mövzuda da nümunə olacaq. Hz. Mehdinin insanlara bu dəvəti bir hədisdə belə bildirilir:

    (Hz. Mehdi) Yatsı namazını qıldıqdan sonra ən yüksək səsi ilə belə xitab edər: Ey insanlar, Mən sizə Allahı xatırladıram. Sabah məhşər günündə Allahın hüzurunda yerinizin nə olacağını xəbər verirəm. Allah-Təala sizə bir çox dəlillər və peyğəmbərlər göndərmiş, Quranı endirmiş və sizə belə əmr etmişdir: Allaha heç bir şeyi ortaq qoşmayın, Allah və Rəsuluna itaəti qoruyun. Quranın canlandırdığını dirildin, qadağalarını da qadağan edin və siz Mehdiyə köməkçi və dəstək olun. Necə ki, dünyanın pisləşməsi və zavala çatması yaxınlaşmışdır. Bu dəqiqdir. Mən sizi Allaha və Rəsuluna, Onun kitabı ilə əməl etməyə, batili yox edib, sünnəti canlandırmağa dəvət edirəm. (Kitab-ül Bürhan fi Əlamət-il Mehdiyy-il Axırzaman, Əli b. Hüsaməddin əl-Müttəqi, s. 55-56)

    Bütün bu məlumatlar açıqca göstərir ki, hz. Mehdinin izləyəcəyi yol bütün dünyada böyük bir mədəni atılımla insanların İslam əxlaqına istiqamətləndirilməsi olacaq.

    Hz. Mehdi hz. Zülqərneyn və hz. Süleyman kimi sülhlə hökm edəcək

    Hədislərdə hz. Mehdinin daha əvvəl İslam əxlaqını dünyaya hakim etmiş hz. Süleyman və hz. Zülqərneyn kimi yer üzünə hökm edəcəyi bildirilir. Bu hədislərdən biri belədir:

    Mehdi eynilə Zülqərneyn və Süleyman kimi dünyaya hökm edəcəkdir.  (Əl-Qəvlül Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, s. 29)

    Böyük İslam alimi İmam Rəbbani də məşhur əsəri Məktubatda hz. Mehdinin hz. Süleyman və hz. Zülqərneyn kimi dünyaya İslam əxlaqını hakim edəcəyini bildirən hədislərə yer vermişdir. Bu hədislərdən birində belə deyilir:

    Yer üzünün dörd məliki var. Onların ikisi möminlərdən, ikisi də kafirlərdəndir. Zülqərneyn və Süleyman möminlərdəndir. Nəmrud və Buxtunnəsr isə kafirlərdəndir. Yerə beşinci olaraq Əhli-beytimdən biri sahib olacaq. Yəni, Mehdi.  (Məktubat-i Rəbbani, 2/251)

    Peyğəmbərimizin (s.ə.v) hədisində də bildirildiyinə görə bu günə qədər müsəlmanlardan İslam əxlaqını dünyaya hakim etmiş iki mübarək kəs hz. Zülqərneyn və hz. Süleymandır. Dünyaya hakim olacaq üçüncü Müsəlman isə hədisdə eynilə hz. Zülqərneyn  və hz. Süleyman kimi xəbər verilən hz. Mehdidir. Hz.Zülqərneyn və hz. Süleymanın üstün əxlaq xüsusiyyətləri İslam əxlaqını yer üzünə hakim edəcək olan hz. Mehdidə də olacaqdır.

    Quran ayələrində hz. Süleyman və hz. Zülqərneynin xoşgörüşlü, əfvedici və sülhsevər olduqları bildirilmişdir. Hz. Zülqərneyn ilə əlaqəli ayələrdən bəziləri bu şəkildədir:

    Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda onu qara palçıqlı bir çeşmədə batan gördü. (Zülqərneyn) onun yanında bir tayfaya rast gəldi. Biz buyurduq: “Ey Zülqərneyn! Sən ya onları cəzalandırmalı, ya da onlarla yaxşı rəftar etməlisən!”  (Kəhf surəsi, 86)

    İman gətirib yaxşı iş görən kimsəyə isə ən gözəl mükafat veriləcəkdir. Biz ona əmrimizdən asan olanı buyuracağıq”.   (Kəhf surəsi, 88)

    Ayələrdə buyurulduğu kimi, hz. Zülqərneyn qarşılaşdığı cəmiyyətə qarşı gözəlliklə davranmış və bu cəmiyyəti asan olana dəvət etmişdir. Həm bu cəmiyyətə, həm də ayələrdə bildirildiyi kimi daha sonra qarşılaşdığı cəmiyyətlərə qarşı ədalətlə davranmış və problemləri qarışısında onlara çıxış yolları göstərmişdir. Özündən yardım istəyən cəmiyyətə qarşılığında heç bir şey gözləmədən yardım etmişdir. Hz. Zülqərneyn ətrafındakı xalqlar tərəfindən yer üzündə pozğunluğu və fitnəni əngəlləyən insan olaraq tanınmış, insanlara sülh və hüzur gətirən bir öndər olmuşdur. Şübhəsiz, bunlar uca Rəbbimizin əmr etdiyi gözəl əxlaqı ən gözəl şəkildə yaşamasının bir nəticəsidir.

    Hz. Süleyman da ayələrdə yer alan məlumatlardan aydın olduğu kimi, yaşadığı dövrdə çox üstün bir mədəniyyət meydana gətirmiş və hakimiyyətini də sülh yolu ilə, sənətlə və mədəniyyətlə təmin etmişdir. Çox güclü qarşıqoyulmaz ordulara sahib olmasına baxmayaraq, əsgəri gücünü istifadə etməmişdir.

    Hz. Mehdi də ortaya çıxıdığı zaman İslam əxlaqını eynilə hz. Zülqərneyn və hz. Süleyman kimi mədəni fəaliyyətlərlə hakim edəcək, sülh yolunu istifadə edəcək, sənət və estetikaya əhəmiyyət verəcək, ədaləti və dürüstlüyü ilə bütün insanların sevgisini qazanacaqdır. İslam əxlaqının hakim olduğu dövrdə insanlar arasında kin, hüsumət və düşmənlik deyil, sevgi, anlayış və şəfqət yayılacaqdır. İnsanların ən çox sevgilərini yönəltdikləri, özündən ən çox razı olduqları insan isə bu gözəl dövrə səbəb olan hz. Mehdi olacaqdır.

    İnsanların hz. Mehdinin gözəl əxlaqından və ədalətindən razı olmaları

    Hz. Mehdinin vəsiləsi ilə İslam əxlaqının bütün dünyaya hakim olacağı dövr Qızıl əsr adı ilə bilinir. Bu dövr hədislərdən də aydın olduğu kimi, yarım əsrdən artıq davam edəcək Əsr-i Səadətə bənzər bir dövr olacaqdır. Peyğəmbərimizin (s.ə.v) bu dövrü təsvir edərkən cənnət bənzəri xüsusiyyətlərlə danışması bu çağa Qızıl əsr adı verilməsinə səbəb olmuşdur.

    Hər cür məhsul və mal bolluğu,təhlükəsizlik, güvən və ədalətin təmini, hüzur və səadət, hər cür texnoloji inkişafın insanların rahatlığı, nəşəsi və hüzuru üçün istifadə olunması ehtiyac içində olan birinin qalmaması, istəyənə istədiyindən qat-qat artığı ilə verilməsi bu dövrün əsas xüsusiyyətlərindəndir. Hədislərdə bu dövrdə yer üzünün sülhlə dolacağı müjdələnmişdir. Qızıl əsrdə əvvəlcədən aralarında hüsumət olan xalqlar arasında çox böyük bir qardaşlıq yaşanacaq, hər cür müharibənin yerini sülh, dostluq və sevgi alacaqdır.

    Qarşıdurmalar, müharibələr, anarxiya və qarışıqlıq sona çatacaqdır. Yer üzünün hər bucağı əmin olacaq, insanlar güvən içində olacaqdır.

    İnsanlar Qızıl əsrdə yaşanacaq sevgi, dostluq, güvən və hüzurdan çox məmnun olacaqlar və bu gözəlliklərə vəsilə olan hz. Mehdini dərin bir sevgi ilə sevəcək, onun ədalətindən və gözəl əxlaqından tam mənası ilə razı olacaqlar. Hz. Mehdinin insanlar tərəfindən çox seviləcəyi hədislərdə belə xəbər verilir:

    Allah bütün insanların qəlblərini Onun (Hz. Mehdinin) məhəbbəti ilə dolduracaqdır. (Əl-Qəvlül Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, s. 42)

    Hz. Mehdi gəldikdə, insanlar Onu eşq və məhəbbətlə qucaqlayacaqlar. (Əl-Qəvlül Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, s. 37)

    Digər bəzi hədislərdə də hər kəsin hz. Mehdinin gözəl əxlaqından bəhs etdiyi, onun məhəbbəti ilə daima ondan danışıldığı söylənilir. Hz. Mehdiyə duyulan sevgi hədislərdə bu şəkildə tərif edilir:

    Mehdi, (zamanındakı) insanların ən xeyirlisidir. Onun köməkçiləri və ona beyət edənlər... Cəbrail onların önündə, Mikail də arxalarında olar. O məxluqat arasında sevilər. (Kitab-ül Bürhan fi Əlamət-il Mehdiyy-il Axırzaman, s. 58)

    Mehdi zühur edər, hər kəs sadəcə ondan danışar, Onun sevgisini alar  və Ondan başqa bir şeydən bəhs etməzlər. (Kitab-ül Bürhan fi Əlamət-il Mehdiyy-il Axırzaman, s. 33)

    İslam Birliyi Avropa Birliyinə əngəl deyil

    Yaşadığımız dövr qarşıdurmaların, zülmün, müharibələrin, fəlakətlərin yaşandığı axırzamandır. Ancaq hədislərdə də göründüyü kimi, axırzaman eyni zamanda bütün bunların həll olunacağı, yer üzündə gözəl əxlaqın hakim olacağı, inananların bir yerdə hüzur içində yaşayacağı bir dövrdür. İslam Birliyinin qurulacağı bu dövr ağıllara İslam Birliyinin bu günlərdə adından tez-tez söz edilən Avropa Birliyinə bir əngəl olub olmayacağı sualını gətirir. Halbuki bu İslam Birliyinin təməlini meydana gətirən əxlaqi dəyərlərin tam olaraq aydın olmamasından qaynaqlanan bir sualdır. İslam Birliyinin təməlində sevgi, birlik, ədalət, sülh və dostluq vardır. İslam Birliyinin qurulma məqsədi qarışıqlığı, çəkişmələri, ədalətsizlikləri, mərhəmətsizlikləri sona çatdıraraq hər insanın hüzur və rifah içində yaşaması, hər insanın təməl haqq və azadlıqlarına hörmət edilməsi və dil, din, irq ayrılığı edilmədən bütün insanların sülh içində yaşamasıdır. Bu səbəblərlə də İslam Birliyinin gətirəcəyi üstün əxlaqi dəyərlər, haqq və azadlıqlar, rifah, sülh və hüzur mühiti Avropa Birliyi üçün bir əngəl deyil.

    Nəticə

    Bura qədər bildirdiyimiz məlumatlar göstərir ki, axırzaman çox böyük inkişafların yaşanacağı, dünya tarixinin ən əhəmiyyətli dövrlərindən biridir. Günümüzdə dünyanın dörd bir yanında yaşanan səfalət, qarşıdurmalar, zorakılıq və terror hərəkatları, əxlaqi degenerasiya hz. Mehdinin zühur edib bütün bu fitnələrə ən hikmətli və sülhsevər yollarla son verməsinin yaxınlaşdığını gözlər önünə sərir. Allahın iznilə hz. Mehdi ortaya çxıdığında bütün insanlıq tayı-bərabəri görülməmiş bir gözəllik, bolluq və bərəkətə, hüzura və güvənə qovuşacaqdır. Bütün bunlar səmimi olaraq iman edənlərin dərin coşqu və həyəcan duyacaqları çox qiymətli müjdələrdir. Müsəlmanların etməsi lazım olan da bu müjdələrin sevincini yaşamaq, şövq və həyəcanla bu mübarək dövr üçün özlərini hazırlamaqdır.


    İzlənmə sayı: 1705