Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


ELM DÜNYASI »

  • Kommunizmin yaranması


    Kommunizmin yaranmasını başa düşmək üçün mütləq 18 və 19-cu əsr Avropa mədəniyyətinə nəzər salmaq lazımdır. B.e.-nın 2-ci əsrindən etibarən Avropa qitəsində xristianlıq dini mərhələ-mərhələ qəbul olunmuş və bu “Maariflənmə dövrü” adlanan dövrə qədər davam etmişdir. 18-ci əsrdə geniş yayılmağa başlayan “Maariflənmə dövrü” bir sıra avropalı ziyalıların və sənətkarların Qədim Yunan və Roma bütpərəst mədəniyyətindən təsirlənərək dinə qarşı çıxması ilə meydana gəlmişdir. Maariflənmə dövrünün ən böyük siyasi nəticəsi isə eyni zamanda “din əleyhinə inqilab” olan Fransız inqilabıdır. Fransız inqilabının təməlində Volter, Didro, Monteskyö kimi din əleyhinə çıxanların təlqinləri dayanırdı. İnqilab zamanı isə Maariflənmə hərəkatının din əleyhdarları və bütpərəstləri açıq şəkildə fəaliyyətə başladılar. İnqilaba başçılıq edən yakobinlərin fəal təbliğatı nəticəsində “dindən çıxma” hərəkatı geniş vüsət almış və hətta yeni bütpərəst din yaratmağa çalışmışlar. İlkin əlamətləri 14 İyul 1970-ci ildə Federasiya Bayramında “inqilabi ibadət” sürətlə yayılmağa başladı. İnqilabın əliqanlı liderlərindən biri olan Robespyer “inqilabi ibadət”ə yeni qanunlar gətirmiş və bu qanunları məruzə formasında qələmə alaraq adını “Uca Varlıq İbadəti” qoymuşdur. Parisdəki məşhur Notrdam kilsəsi öz sözləri ilə “ağlın məbədi”nə çevrilmiş, kilsənin divarlarındakı bütün xristian fiqurlarını sökmüş və kilsənin orta hissəsinə “ağıl ilahəsi” adı verilmiş qadın heykəli yerləşdirmişdilər. Fransız inqilabı dövründə bir çox din adamı qətlə yetirilmiş, dini qurumlar talan edilmiş və dağıdılmışdı. Fransız inqilabı ilə birlikdə Avropanın ictimai həyatına girən və gedərək sürətlə inkişaf edən yeni fəlsəfə yarandı:materializm. Yalnız maddənin varlığını qəbul edən, canlıların və insan şüurunun da sadəcə “hərəkət edən maddə”dən ibarət olduğunu iddia edən bu fəlsəfə əslində ilk dəfə Qədim Yunanıstanda yaşamış bəzi filosoflar tərəfindən yaradılmışdır.

    18-ci əsrdə materializmi mənimsəyən və kütlələrə təlqin edən, Fransız inqilabının yaradıcılarından olan Deni Didro və onun yaxın dostu olan Baron Holbaxdır. Baron Holbax 1770-ci ildə çap edilən “Système de la Nature” (Təbiətin Sistemi) adlı kitabında “elmi” olduğunu iddia etdiyi bir sıra fərziyyələri əsas götürərək var olan tək şeyin maddə və enerji olduğunu irəli sürmüşdür. Fanatik ateist olan Holbax əxlaq anlayışına da qarşı çıxmış, insanın əlindən gəldiyi qədər həyatdan zövq alaraq yaşamalı və bunun üçün hər bir variantdan istifadə etməli olduğunu müdafiə etmişdir.

    18-ci əsrdə bir sıra alim tərəfindən qəbul edilib müdafiə olunan materializm 19-cu əsrdə daha sürətlə yayılaraq təkcə Fransanı deyil Avropanın digər ölkələrini də öz cənginə almağa başladı. 19-cu əsrin əvvələrində Almaniyada ortaya çıxan iki əhəmiyyətli materialist mütəfəkkir vardı: Lüdviq Bünher və Karl Voqt. Voqt insan zehninin mənbəyini izah etməyə çalışarkən “qaraciyər necə öd ifraz edirsə, beyin də elə fikir ifraz edir” demişdir və bu cəfəng bənzətməsi ilə dövrünün materialistləri tərəfindən də dəstəklənmişdir. Materializmin belə cəfəng fikirlərlə meydana gəlməsinə baxmayaraq dövrünün din əleyhdarları tərəfindən qəbul edilmiş və Avropa xalqlarına tətbiq edilməyə başlanmışdır. Materializm ağlın və elmin təməli kimi təqdim edilmiş, bu əsası olmayan yalançı təbliğat ilk əvvəl Fransada, daha sonra isə Almaniyada və gedərək bütün Avropada sürətlə yayılmağa başlamışdır. Materializmin yayılmağında, əlbəttə, onu din kimi qəbul edənlərin və 19-cu əsr ziyalılarının arasında çox geniş yayılmış masonluğun da rolu böyükdür. Antik doqma sayılan materializm sürətlə yayılarkən, digər tərəfdən də müxtəlif elm sahələri ilə uyğunlaşdırılmağa başlandı. Materializm: 1. Təbiət elmlərinə uyğunlaşdıran insan ingilis təbiətşünası Çarls Darvindir. 2. Sosial elmlərə tətbiqini həyata keçirən insanlar da alman filosofları Karl Marks və Fridrix Engelsdir. Darvinin fikirləri “təkamül nəzəriyyəsi”, Marks və Engelsin fikirləri isə “kommunizm” olaraq tarixə yazılmışdır.

    İzlənmə sayı: 978