Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


TƏKAMÜL NƏZƏRİYYƏSİ »

  • İnsanlıq tarixinin vacib bir dönüş mərhələsi


    İnsanlıq tarixinin vacib bir dönüş mərhələsini yaşayırıq. Bu dönüş mərhələsini ən mühüm xüsusiyyətlərindən biri, bir zamanlar elm adı altında bütün dünyaya təlqin edilən materialist fəlsəfənin, elə elm tərəfindən yıxılmasıdır. Materializm, yəni hər şeyin maddədən ibarət olduğunu zənn edən  və Allahın varlığını inkar edən fəlsəfə, əslində bütpərəsliyin çağdaş formasıdır. Bilindiyi kimi köhnə bütpərəstlər daşdan və taxtadan düzəldilmə totemlərə, yəni cansız maddi varlıqlara ibadət edir, bunları ilah qəbul edirdilər. Materialist fəlsəfə isə, insanın və bütün calıların atomlar və molekullar tərəfindən yaradıldığı inancına əsaslanır. Yəni, bu yenə cansız maddi varlıqları “ilah” qəbul etməkdir. Bu batil materializm inanca görə, cansız atomlar birtəhər təsadüfən özləri özlərini formalaşdırıblar, zaman keçdikcə həyat və şüur qazanıblar, nəticədə də, insanı yaratıblar.
    Materializmin bu batil inancına “təkamül” adı verilir. Ilk dəfə, qədim Sümerdəki və daha sonra da qədim Yunanıstandakı  bütpərəst mədəniyyətlərdə ortaya atılan “təkamül” inancı, 19. əsrdəki bir grup materialist elm adamı tərəfindən sanki diriltilmiş və dünyanın gündəminə yenidən gətirilmişdir. Çarles Darvin bu elm adamlarının ən tanınmışıdır. Ortaya atdığı təkamül nəzəriyyəsi, 150 il müddətində elm dünyasının inkişafına mane olmuş, səhv olduğu görülməsinə baxmayaraq ideoloji səbəblərlə yaşadılmışdır.


    Ancaq yuxarıda da ifadə etdiyimiz kimi, hal-hazırda materializm böyük bir səs-küylə çökmək üzrədir. 19.əsrə istiqamət verən 3 vacib materialist mütəxəsis olduğu bilinir: FREYD, MARKS VƏ DARVİN. Ilk ikisinin nəzəriyyəsi keçən 20. əsr içində sınanmış, araşdırılmış və nəticə olaraq etibarsızlıqları müəyyən olunaraq bir-biri ardınca rədd edilmişdir. Darvinin nəzəriyyəsi isə yaşadığımız dövrdə yıxılmaqdadır.
    2000-ci ilin noyabr ayında əldə edilən bəzi vacib elmi nəaliyyətlər, materializmin bu böyük çöküşünü daha da sürətləndirdi. 
    İlk başda, işıq sürətini aşma məqsədiylə təcrübə aparan elm adamları, bütün elmi inanclarını alt-üst edən bir kəşflə qarşı-qarşıya gəldilər. İşıq sürətinin qat-qat aşıldığı bir təcrübə mühitində, təcrübənin nəticəsinin səbəbindən daha əvvəl reallaşdığını heyrətlə müşahidə etdilər. Bu, 19. əsrdə materialist təməllərə söykənərək ortaya atılan "səbəbiyyət" iddiasının çürüməsi mənasını verirdi. Bir qəzet başlığında bu mövzu "səbəbsiz nəticə ola biləcəyi və bir faktın sonunun, başından əvvəl meydana gələ biləcəyi sübut edildi" deyə yekunlaşdırıldı. Həqiqətən də, bir hadisənin nəticəsinin səbəbi kimi görünən hadisədən əvvəl reallaşması, bütün hadisələrin ayrı-ayrı yaradıldığının elmi bir dəlilidir və materialist inanclarını tamamilə alt-üst edir.


    Bundan bir neçə həftə sonra, darvinistlərin bir əsrdən çox uzun müddətdə “ən əhəmiyyətli fosil dəlilimiz” dedikləri ARCHAEOPTERYX adlı quş fosilinin darvinizmə dəlil deyil, zərbə olduğu məlum oldu. Ancaq “quşların ilkin əcdadları” olduğu idda edilən bu fosildən 75 milyon il daha qədim olan və günümüz quşlardan fərqi olmayan bir fosil tapılanda, təkamülçülər heyrətə düşdülər. Köhnə xəbərlərdə ARCHAEOPTERYX-u quşların ilkin əcdadı kimi göstərən və quşlar dinozavrlardan əmələ gəlib ideyasınımüdafiə edən Milliyət qəzeti də, 25 noyabr 2000 tarixli tirajında “quşların əcdadı quş çıxdı “ başlıqlı xəbəri nəşr etmək məcburiyyətində qaldı.
    Son olaraq da, insanın gen quruluşunu bilmək üçün aparılan İNSAN GENOMU LAYİHƏSİ nəticələndi və ALLAHIN CANLILARI NECƏ ÜSTÜN BİR YARADILIŞLA VAR ETDİYİNİ ORTAYA QOYAN “GENETİK BİLGİ” NİN DETALLARI MÜƏYYƏN OLUNDU. Bugün bu layihənin nəticələrini araşdıran, tək bir insan hüceyrəsində minlərcə ensiklopediya səhifəsini dolduracaq qədər məlumat saxlandığını öyrənən hər insan, bunun nə qədər böyük bir yaradılış dəlili olduğunu qavramaqdadır. 
    Ancaq təkamülçülər gerçəkdə öz əleyhlərində olan bu son inkişafı, təhrif etməyə və “təkamül” dəlili kimi göstərməyə çalışırlar. Ən kiçik bir bakteriyanın belə DNT zincirinin necə meydana gətirdiyini açıqlamayan təkamülçülər, “insanın genləri heyvan genlərinə bənzyir” kimi elmi bir məna ifadə etməyən, sadəcə cəmiyyəti istiqamətləndirmək məqsədi güdən misallar verməyə çalışırlar. Bəzi media qurumları isə, həm mövzu haqqında məlumatsızlıqları, həm də qərəzləri səbəbiylə, İNSAN GENOMU LAYİHƏSİNİN “təkamülə sübut” olduğnu zənn edir, və ya bunu elə göstərməyə çalışırlar.
    Bu işlərdə əsas mövzu təkamül yanlışlarını açıqlamaq, yaradılışa qarşı gətirilən etirazların məntiqsizliyi və səthiliyini ortaya qoymaqdır. Son elmi araşdırmalar da darvinizmə nə dərəcə böyük zərbə endirdiyi də açıqca ortaya qoyur. 
    Bu işləri oxuduğunuzda, Allahı inkar edən materialist fəlsəfənin artıq son çırpınışlarını etdiyini və insanlığın 21. əsrdə bu kimi aldatmacalardan qurtularaq həqiqi yaradılış məqsədinə dönəcəyini siz də görəcəksiniz.

    İzlənmə sayı: 990