Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


TÜRK İSLAM BİRLİYİ »

  • Hz. Süleyman, Hz. Zülkarneyn və Hz. Mehdi… Bu üç müqəddəs şəxsin Axır Zamanı işıqlandıran bənzərlikləri


    Hz. Süleyman (ə.s.) və Hz. Zülkarneyn (ə.s.), Allahın sərhədlərini qoruyan, İslam əxlaqını dünyaya hakim etmək üçün ciddi səy göstərənvə bu səylərinin dünyadakı qarşılığını güclü hakimiyyətlə alan iki mübarək şəxsdir. Hz. Süleyman və Hz. Zülkarneyn dövründəki dünya hakimiyyətindən əlavə bu iki dövrün ortaq cəhəti var. Peyğəmbərimizin (s.ə.v.) hədislərində, bu dövrlərdə yaşanan dünya hakimiyyəti ilə Hz. Mehdi dövründə yaşanacaq hakimiyyətin bənzərlikləri olacağına diqqət çəkilərək müsəlmanlara böyük müjdə verilir.

    Hz. Süleyman (ə.s.), Hz. Nuhun (ə.s.) nəslindən gələn, Allah Qatından ona hidayət və yüksək elm verilən mübarək peyğəmbərdir. Allah, Hz. Süleymanı (ə.s.) atası Hz. Davud (ə.s.) kimi İsrail oğullarına peyğəmbər olaraq göndərmişdir. Onu böyük səltənət, zənginlik, cinlər və quşlarla dəstəkləmiş və ona çox güclü ordular və üstün elmlər lütf etmişdir. Həyatı boyunca yaşadığı torpaqlarda ədalətlə hökm etmiş, yüksək idarəçilik və hakimlik xüsusiyyəti ilə fərqli birlikləri hakimiyyəti altına almışdır.

    Allah, Hz. Süleymana (ə.s.) olduğu kimi, Hz. Zülkarneynə (ə.s.) də “yer üzündə hökmranlıq” (Kəhf Surəsi, 84) vermişdir. Hz. Zülkarneyn (ə.s.) də çox güclü və bütün dünyaya ad salmış dövlətə hökm etmişdir. Ayələrdən, Hz. Zülkarneynin (ə.s.) ölkəsində iqtisadi çətinlik, qiyam və üsyan kimi problemlərin yaşanmadığı, iqtidarının çox güclü olduğu aydın olur.

    Hz. Süleyman (ə.s.) və Hz. Zülkarneyn (ə.s.) dövrləri araşdırıldığında diqqəti çəkən iki ortaq nöqtə, Allahın izni ilə din əxlaqının hakim olmasıdır. Ancaq dünya hakimiyyətindən əlavə, iki dövrün ortaq bir nöqtəsi də var. Peyğəmbərimizin (s.ə.v.) bir çox hədisində Hz. Süleyman (ə.s.) və Hz. Zülkarneyn (ə.s.) dövrlərində yaşanan hakimiyyətlə, Hz. Mehdi dövründə yaşanacaq dünya hakimiyyətinin bir-birinə çox bənzəyəcəyinə diqqət çəkilir:

    Hz. Mehdi (ə.s.) eynilə Zülkarneyn (ə.s.) və Süleyman (ə.s.) kimi dünyaya hökm edəcək. (Əl Kavlul Müxtəsər Fi Alamatil Hz. Mehdiy-il Muntazar, s. 29)

    Hz. Süleyman (ə.s.) və Hz. Zülkarneyn (ə.s.) dövrünü izah edən Quran ayələri bu cəhətdən araşdırıldıqda, hər birinin axır zamana və Qızıl dövrə aid işarələr ehtiva etdiyi görünür. Axır zamanda elm və texnologiya sahəsindəki nəaliyyətələr, iqtisadi və ictimai həyatdakı inkişaflar Hz. Süleyman (ə.s.) hekayəsindəki bir çox izahla bənzərlik daşıyır. Ayələrdəki bu izahlar və Peyğəmbərimizin (s.ə.v.) hədisləri, iman edənlərin dünyada baş verən hadisələri daha geniş aspektdən qiymətləndirmələrinə səbəb olan çox hikmətli izahlardır.

    Axır zaman və Qızıl dövr

    Peyğəmbərimizdən (s.ə.v.) rəvayət olunan hədislərdə axır zamanın və Qızıl dövrün əlamətləri geniş şəkildə xəbər verilmişdir. İndiki dövrdə baş verən hadisələri bu əlamətlərlə müqayisə etdikdə, axır zamanın içində yaşadığımız dövr olduğunu göstərən və eyni zamanda Qızıl dövrün gəlişini müjdələyən bir çox işarələr görmək mümkündür.

    Axır zamanın başlanğıcı hədislərdə, fitnələrin çoxalacağı, müharibələrin artacağı, bütün dünyada əxlaqi çöküşün baş verəcəyi xaos mühiti kimi xarakterizə edilir. Dünyanın hər yerində təbii fəlakətlər olacaq, yoxsulluq heç bir dövrdə olmadığı qədər artacaq, cinayətlər və qırğınlar bir-birini izləyəcək. Ancaq bu, axır zamanın yalnız ilk mərhələsidir; ikinci mərhələdə Allah, Hz. İsanı (ə.s.) yenidən dünyaya göndərərək, Hz. Mehdi (ə.s.) vasitəsi ilə insanlığı bu xaos mühitindən qurtaracaq.

    Əlbəttə burada sadalanan hadisələr tarix boyunca dəfələrlə yaşanmışdır. İnsanlıq tarixi boyunca müharibələr, təbii fəlakətlər ya da zəlzələlər baş vermişdir. Əxlaqi degenerasiya hər dövrdə fərqli cəmiyyətlərdə mövcud olmuş, yoxsulluq və aclıq dünyanın dörd bir tərəfində əsrlər boyu davam etmişdir. Axır zaman əlamətlərini bu hadisələrdən ayıran fərqli cəhət, bu əlamətlərin hamısının müəyyən zamanda və eyni dövr içində, bir-birinin ardınca və hədislərdə ifadə edilən bəzi xüsusi şəkillərdə reallaşmasıdır. Burada həmçinin müjdələnməlidir ki, Peyğəmbərimizin (s.ə.v.) hədislərində izah etdiyi bu xaos yalnız keçici dövr olaraq yaşanacaq və Qızıl dövrün başlanğıcı ilə bu dövr sona çatacaq.

    Qızıl dövr, müharibə və qarşıdurmaların sona çatdığı, insanlığa böyük bəlalar gətirən dinsiz ideologiyaların çökdüyü, dünyanın hər yerində bolluq və bərəkətin olduğu, ədalətin tam mənası ilə yaşandığı bir dövr olacaq. İslam əxlaqı bütün dünyaya yayılacaq, insanlar axın-axın din əxlaqını yaşamağa yönələcəklər.

    İslam əxlaqının bu böyük hakimiyyəti, yuxarıda da vurğuladığımız kimi Peyğəmbərimizin (s.ə.v.) bəzi hədislərində Hz. Süleyman (ə.s.) və Hz. Zülkarneynin (ə.s.) dünya hakimiyyətlərinə bənzədilərək təsvir edilmişdir. Böyük İslam alimi İmam Rəbbani də məşhur əsəri Məktubatda, Hz. Mehdinin (ə.s.) Hz. Süleyman (ə.s.) və Hz. Zülkarneyn (ə.s.) kimi dünyaya İslam əxlaqını hakim edəcəyini bildirən hədislərə yer vermişdir. Bu hədislərin birində belə deyilir:

    Bütün dünyanın hökmdarı dörd nəfərdir. Onların ikisi möminlərdən, ikisi də kafirlərdəndir. Zülkarneyn və Süleyman möminlərdəndir. Nemrud və Buhtunnasır isə kafirlərdəndir. BEŞİNCİSİ ƏHLİ BEYTİMDƏN BİRİ OLACAQ.

    Yəni Hz. Mehdi.

    (Məktubatı Rəbbani, 2/251)

    Peyğəmbərimizin (s.ə.v.) hədisində də bildirildiyinə görə, bu günə kimi müsəlmanlardan İslam əxlaqını hakim edən iki mübarək şəxs, Hz. Zülkarneyn (ə.s.) və Hz. Süleyman (ə.s.)dır. Allahın izni ilə dünyaya hakim olacaq üçüncü müsəlman isə, hədisdə xəbər verilən Hz. Mehdidir. Hz. Zülkarneyn (ə.s.) və Hz. Süleymandakı (ə.s.) bu xüsusiyyətlər, eyni şəkildə Hz. Mehdidə (ə.s.) də olacaq.

    Hz. Süleyman (ə.s.), Hz. Zülkarneyn (ə.s.) və Hz. Mehdi (ə.s.) dövrlərindəki hikmətli bənzərliklər

    - Hz. Mehdinin (ə.s.) Dünya Hakimiyyəti

    Hz. Süleyman (ə.s.) və Hz. Zülkarneyn (ə.s.) İslam əxlaqı ilə bütün dünyaya hökmranlıq etmiş və çox güclü orduya sahib olmuşdular. Onların dövrü, bu yönü ilə Qızıl dövrlə çox oxşardır.

    Qızıl dövrdə də, insanların axın-axın müsəlman olacaqları, inkarçı ideologiyaların yer üzündən silinəcəyi, din əxlaqının Peyğəmbərimiz (s.ə.v.) dövründəki kimi dünya səviyyəsində yaşanacağı bir dövrdür. Bəzi hədislərdə Qızıl dövr dövründəki hakimiyyət bu şəkildə təsvir edilir:

    (Hz. Mehdi) bütün dünyaya malik olacaq.

    (Kitab-ul Burhan fi-Alamet-il Mehdiyy-il Axır Zaman, s. 10)

    Hz. Mehdi şərq ilə qərb arasındakı hər yeri fəth edər.

    (Əl Kavlu’l Müxtəsər Fi Alamat-il Mehdiyy-il Muntazar, s. 56)

    - Hz. Mehdinin (ə.s.) sahib olduğu xüsusi elm və Hz. Süleymana (ə.s.) və Hz. Zülkarneynə (ə.s.) verilən böyük elmlər

    Allah, Hz. Süleymana (ə.s.) müxtəlif elmlər lütf etmişdir. O, Allahın diləməsi ilə cinlərə və şeytanlara hökm etmiş, quşlarla danışmış, qarışqaların öz aralarındakı danışıqlarını eşitmış, külək və dəmir onun əmrinə verilmişdir. Bunların hər biri Hz. Süleymanı digər insanlardan ayıran möcüzəvi xüsusiyyətlərdir.

    Hz. Zülkarneyn (ə.s.) üçün Quranda, “Biz hələ onun yanında daha nələr olduğunu da bilirik.” (Kəhf surəsi, 91) şəklində bildirilir. Ayədən də aydın olduğu kimi Hz. Zülkarneyn (ə.s.) Allahın elm verdiyi qullardandır. Hz. Mehdi (ə.s.) da eyni ilə bu iki müqəddəs insan kimi xüsusi elmlərə sahib olacaq.

    Taşköprülüzade Əhməd Əfəndi, Mevzuatu’l ulum adlı əsərində (11/246) Hz. Mehdinin (ə.s.) cifr elminə (Hərflərə verilən ədəd dəyərləri ilə gələcəyə və ya keçmişdəki hadisələrə tarix salma və ya ada dair işarələr çıxarma elmi) vəqf olacağını qeyd etmişdir. Bir başqa hədisdə isə Hz. Mehdi (ə.s.) haqqında bu məlumat verilir:

    Heç kimin bilmədiyi gizli elmə bələd olduğu üçün ona Hz. Mehdi deyilmişdir.

    (Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axır Zaman, s. 77)

    Hz. Mehdinin (ə.s.) eyni ilə Hz. Süleyman (ə.s.) kimi heyvanların dilini biləcəyi və Hz. Süleyman (ə.s.) kimi insanlardan əlavə, cinlər üzərində də hakimiyyəti olacağı Muhyiddin Ərəbinin izahında bu şəkildə qeyd edilir:

    O (Hz. Mehdi), təsdiqlənmiş, quş və bütün heyvanların dillərini bilən biridir. Buna görə də ədaləti, bütün insanlar və cinlər tərəfindən qəbul ediləcək.

    (Qiyamət Əlamətləri, Berzenci, s. 188)

    – Qızıl dövrdəelm və texnologiya sahəsindəki nəaliyyətlər

    Quran ayələrində bildirildiyi kimi, Hz. Süleyman (ə.s.) və Hz. Zülkarneyn (ə.s.) dövründə elm və texnologiya sahəsində çox böyük və o dövr üçün vərdiş olunmayan nəaliyyətlər olmuşdur. Məsələn, Hz. Süleymanın (ə.s.) ərimiş mis mədənini istifadə etməsi (Səba surəsi, 12), sarayının zəmininin şəffaf şüşə olması (Nəml surəsi, 44), ya da Hz. Zülkarneynin (ə.s.) Yəcüc və Məcücün təxribatlarının qarşısını almaq üçün fərqli bir texnologiya istifadə edərək iki dağ arasına sədd tikməsi (Kəhf surəsi, 96), bu iki dövrdə istifadə edilən yüksək texnologiya nümunələrindən yalnız bir neçəsidir.

    Qızıl dövrü təsvir edən hədisləri araşdırdığımızda oxşar vəziyyətlə qarşılaşırıq.

    Qızıl dövrdə elm, texnologiya, komunikasiya və tibb sahəsində çox böyük nəaliyyətlər olacaq. Bu nəaliyyətlər bütün insanların xidmətinə veriləcək və bu şəkildə dünyanın hər tərəfində yaşayan insanların həyatları asanlaşacaq. Hədislərdə mövzuya aid işarələrdən biri bu şəkildədir:

    … İnsan əlindəki qamçıya danışacaq…

    (Qiyamət Əlamətləri, Berzenci, s. 152)

    Bu, hədisdə bildirilən müasir dövrün ən məşhur ünsiyyət vasitəsi olan cib telefonuna işarədir. (Ən doğrusunu Allah bilir.)

    Hədislərdə Qızıl dövrdəki texnologiya sahəsindəki nəaliyyətlərdən diqqəti cəlb edən bir başqa əhəmiyyətli işarə isə bu şəkildədir:

    İnsanlar bir ölçək buğda əkdikdə qarşılığında yeddi yüzölçək tapacaq, insan bir neçə toxum atacaq, əvəzində 700 ovuc məhsul götürəcək… Çox yağış yağmasına baxmayaraq bir damcısı belə boş yerə getməyəcək.

    (Qiyamət Əlamətləri, Berzenci, s. 164)

    Bu hədislə texnologiyanın məhsulu olan maşınlar vasitəsilə aparılan müasir əkinçiliyə diqqət çəkilmiş ola bilər. Məlumdur ki, keçmişdə tarlaların əkilməsi və əldə edilən əkinlərin toplanması çox çətin və uzun müddət vaxt tələb edən iş idi. Ancaq texnologiya sahəsindəki yeniliklər əkinçilik sahəsində də böyük nəaliyyətlərə səbəb olmuş, yeni istehsal olunan müxtəlif maşınlar istər əkini, istərsə də məhsul yığımını çox asanlaşdırmışdır. Texnologiya inkişaf etdikcə yeni-yeni üsullar inkişaf etdilir və alınan səmərə artır.

    Allahın izni ilə Hz. Mehdi (ə.s.) dövründə bu sahədə çox böyük nəaliyyətlər olacaq, əkinçiliklə məşğul olan insanların həyatı asanlaşacaq.

    - Heyvan sevgisinə əhəmiyyət verilməsi

    Quranda Hz. Süleymanın (ə.s.) atlara çox əhəmiyyət verdiyi və onları sevmək üçün xüsusi vaxt ayırdığını (Sad surəsi, 31-32) və qarışqaları əzməyəcək qədər üstün əxlaqa sahib olduğu bildirilir. Hətta Quranda onun heyvanlara olan şəfqətli və sevgi dolu münasibətinə diqqət çəkilir.

    Qızıl dövrdə də, heyvanlara olan sevgi təşviq ediləcək. Peyğəmbərimizin (s.ə.v.) hədislərində, bu dövrdə hər cür heyvanın rahatlıqla görünəcəyi, sevilə biləcəyi və üzərində hakimiyyətin meydana gələcəyi xəbər verilir. Bu mövzudakı hədislərdən bəziləri belədir:

    … insanlar, qoyun və heyvanlarına gedin otlayın deyəcək, onlar gedəcəklər, əkinin ortasından keçdikləri halda bir başaq belə ağızlarına almayacaq, ilan və əqrəblər heç kimə toxunmayacaq, vəhşi heyvanlar qapıların qarşısında dayanacaq və heç kimə zərərləri toxunmayacaq…

    (Qiyamət Əlamətləri, Berzenci, s. 245)

    İlanlar uşaqlarla, inəklər aslanlarla yaşaya biləcək… (Əl Kavlu’l Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, s. 64)

    Qızıl dövrlə Hz. Süleyman (ə.s.) dövrü arasındakı diqqəti cəlb edən digər oxşarlıqlardan biri də, hədislərdə də olduğu kimi heyvanlar üzərindəki hakimiyyətdir. Hz. Süleyman (ə.s.) quşlar başda olmaqla müxtəlif canlılar üzərində necə hakimiyyət qurdusa, Qızıl dövrdə də heyvanlar üzərində, yırtıcı heyvanların insanlara zərər verə bilməyəcəyi şəkildə hakimiyyət olacaq.

    Sülhün tərəfdarı olmaları və diplomatiya yolunu seçmələri

    Hz. Süleyman (ə.s.) qonşu ölkələrlə olan münasibətlərində humanist, bağışlayan, sülhsevər olmuşdur. Problemləri diplomatiya yolu ilə və ədalətlə həll etməyi seçmişdir. Hz. Süleyman (ə.s.) yaşadığı dövrdə çox üstün mədəniyyət meydana gətirmiş və güclü hakimiyyətini də diplomatiya, sənətkarlıq və mədəniyyətlə təmin etmişdir.

    Hz. Zülkarneyn (ə.s.) isə, qonşu xalqlar tərəfindən “dünyada təxribatın və fitnənin qarşısını alan insan” kimi tanınan, insanlara sülh və rifah gətirən lider olmuşdur. Hz. Süleyman (ə.s.) və Hz. Zülkarneyn (ə.s.) dövrləri Qızıl dövrlə çox bənzəyir.

    Qızıl dövrdə də, insanlar könüllü şəkildə müsəlman olacaq, heç bir müharibəyə ehtiyac olmadan İslam əxlaqı bütün dünyaya hakim olacaq. Hz. Mehdi (ə.s.) dövründə bütün silahlar susacaq, silaha qoyulan sərmayələr insanların rahatlığına istiqamətləndiriləcək. Hz. Mehdi dövrü əsl mənada sülh və dinclik dövrü olacaq. Bu dövrü təsvir edən hədislər bu şəkildədir: Dövründə heç kimnə yuxusundan oyandırılacaq, nə də heç kimin burnu qanayacaq.

    (Əl Kavlu’l Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, s. 42)

    Hz. Mehdi (ə.s.) … çox sükunət içində gedəcək. (Qiyamət Əlamətləri, s. 173)

    Hz. Mehdi (ə.s.), Peyğəmbərin (s.ə.v.) yolu ilə gedəcək, yatan adamı oyandırmayacaq, qan tökməyəcək. (Qiyamət Əlamətləri, s. 163)

    Hədislərdə də bildirildiyi kimi Hz. Mehdi (ə.s.) bütün dünyaya İslam əxlaqını sülh yolu ilə hakim edəcək, müharibə və zorakılıqdan uzaq duracaq. Hz. Mehdinin (ə.s.) tutduğu yol insanları İslam əxlaqına yönləndirəcək. O dövrdə Allahın izni ilə aşağıdakı ayələr təcəlli edəcək:

    Allahın köməyi və zəfər (Məkkənin fəthi) gəldiyi zaman; İnsanların dəstə-dəstə Allahın dininə (islama) daxil olduqlarını gördüyün zaman Rəbbini həmd-səna ilə təqdis et (Onu bütün naqis sifətlərdən uzaq tutub pak bil, “Sübhanəkə Allahümmə və bihəmdikə” kəlməsini de) və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir! (Nəsr Surəsi, 1-3)

    Din əxlaqına dəvət mövzusunda qərarlı olmaları və cəlddavranmaları

    Hz. Süleyman (ə.s.) aldığı ağıllı qərarlarla bütün möminlər üçün çox hikmətli nümunədir. Səba ölkəsinin xalqını iman etməyə dəvət etmək üçün yazdığı məktub (Nəml Surəsi, 29) onun təbliğ gücünü göstərən əhəmiyyətli dəlildir. Quranda məktubun məzmunu ilə əlaqədar olaraq bu məlumatlar verilmişdir:

    O məktub Süleymandandır və o “bismillahir-rəhmanır-rəhim”lədir (bismillahla başlanır). (Məzmunu belədir: ) ”Mənə qarşı təkəbbür göstərməyin və yanıma müti (müsəlman) olaraq gəlin! (Mənim dəvətimə saymazlıqla yanaşmayın. Allaha təslim olaraq yanıma gəlin)”. (Nəml surəsi, 30-31)

    Hz. Süleymanın (ə.s.) məktubdakı üslubu son dərəcə açıq və təsirlidir. Məktubun çox güclü, qətiyyətli, qərarlı və hökm sahibi bir insandan gəldiyi aydın olur. Məktub Səba Məlikəsi və ətrafındakılara çox təsir etmişdir.

    Bundan əlavə Hz. Süleymanın (a.s.) elm sahibi bir insanın vasitəsilə Səba Məlikəsinin taxtını gətirtməsi (Nəml surəsi, 38), cəld qərar almağın əhəmiyyətini göstərir.

    Hz. Zülkarneynin (ə.s.) Yəcüc və Məcüc adlı qövmün təxribatlarının qarşısını almaq üçün qiyamətə qədər dağılmayacaq güclü sədd tikməsi də (Kəhf Surəsi, 98) onun güclü və ağıllı olmasının bir göstəricisidir. Hz. Süleyman (ə.s.) və Hz. Zülkarneyn (ə.s.) kimi, Hz. Mehdi (ə.s.) də ağılı və fərasəti ilə tanınacaq.

    Qızıl dövrdə insanlar Allahın izni ilə axın-axın İslama yönələcək, bunun üçün çox geniş miqyaslı və ardıcıl işlər görüləcəkdir. Cəmiyyətlər bir-birinin ardınca İslam əxlaqını mənimsəyəcək, inkarçı ideologiyalar, hər cür zülm sistemi məhv olacaqdır. Bu mövzu ilə bağlı böyük İslam alimi Muhyiddin Ərəbi bunları ifadə etmişdir:

    Allah ona (Hz. Mehdiyə) o qədər güc verəcək ki, bir gecədə zülmü və əhlini ortadan qaldıracaq, İslamı canlandıracaq, dəyər verilməzhala gəldikdən sonra ona təkrar qiymət qazandıracaq, ölümündən sonra onu dirildəcək… Yaşadığı dövrdə cahil, xəsis və qorxaq olan insantez bir zamanda alim, səxavətli və cəsur olacaq… Dini, Rəsulullahın (s.ə.v.) dövründə olduğu kimi eynilə tətbiq edəcək…

    (Muhyiddin Ərəbi əl-Enidilisi, Futuhat-ül Mekkiye, Bab 66, Qiyamət Əlamətləri, s. 186)

    Abadlıq işlərinə böyük əhəmiyyət verilməsi

    Hz. Süleymanın (ə.s.) abadlıq işlərinə əhəmiyyət verməsi bir çox ayədə diqqət çəkilir. O, bina ustası olan cinləri və şeytanları istifadə edərək qalalar, heykəllər, saraylar tikdirmişdir. (Sad Surəsi, 37; Səba surəsi, 13) Onun görkəmli sarayını görən hər kəs, başda Səba Məlikəsi olmaqla heyran qalmışdır. (Nəml surəsi, 44) Hz. Zülkarneynin (ə.s.) tikdirdiyi səddin istehsalında isə, Allahın diləməsi xaricində dağılması mümkün olmayan üsuldan istifadə edilmişdir. (Kəhf surəsi, 98)

    Peyğəmbərimizin (s.ə.v.) hədislərində, Qızıl dövrdə də, abadlıq işlərinə çox böyük əhəmiyyət veriləcəyinə diqqət çəkilmişdir. Bu dövrdə şəhərlərə sülh və rifah, yüksək mədəniyyət gələcəkdir. Bu hədislərdən biri bu şəkildədir:

    Hz. Mehdi Konstantinapola və digər diyarların abadlığına çalışar.

    (Əl Kavlu’l Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, s. 40)

    Zənginliyi və ehtişamı, İslamın mənfəəti və Allahın razılığını qazana bilmək üçün istifadə etmələri

    Hz. Süleyman (ə.s.), sahib olduğu zənginlikləri Allahın bildirdiyi İslam əxlaqını dünya üzərində yaymaq üçün ən gözəl şəkildə istifadə etmişdir. Fəth etdiyi ölkələrdə yaşayan insanları əvvəlcə Allaha iman etməyə və təslim olmağa dəvət etmişdir. Səba ölkəsinə göndərdiyi İslama dəvət məktubu bu mövzu üçün çox əhəmiyyətli dəlildir. Hz. Zülkarneyn də “… Rəbbimin mənə verdiyi (qüdrət və sərvət sizin mənə verəcəyiniz məbləğdən) daha yaxşıdır…” (Kəhf surəsi, 95) ayəsindən də aydın olduğu kimi, Allahın lütfü ilə güclü iqtidara malikdir. O, bu böyük gücünü dünyadakı pozğunluğun qarşısını almaq üçün istifadə etmişdir.

    Qızıl dövrədə insanlar çox böyük zənginliyə, rifaha və dincliyə qovuşacaqlar. Hz. Mehdi (ə.s.) yer üzünün bütün zənginliyini din əxlaqını dünyaya hakim etmək üçün istifadə edəcək, fəth etdiyi ölkələrdə gözəl əxlaqı və sülhü əsas götürəcək. Onun tayı və bənzəri olmayan fəaliyyətləri insanların İslam əxlaqına qarşı qəlblərinin yumşalmasına səbəb olacaq və İslam əxlaqı çox qısa müddətdə bütün dünyaya hakim olacaq. Bu mövzudakı hədislərdən bəziləri bu şəkildədir:

    Ümmətim arasında Hz. Mehdi çıxacaq, Allah onu insanları zəngin etmək üçün göndərəcək. Ümmət nemətlənəcək, heyvanlar bol-bol yeyib içəcək, ərz bitkisini (dünya məhsullarını) çıxaracaq…

    (Kitab-ül Burhan fi Əlamət-el Mehdiyy-il Axır Zaman, s. 15)

    … Beyətdən əvvəl, insanlar dəstə-dəstə ona axın edəcəklər və oraya gedən hər kəs ondan bərəkət qazanacaq. (əl-Kavlu’l Müxtəsər Fi Əlamət-el Mehdiyy-il Muntazar, s. 25)

    Qızıl dövrdə yaşanan bolluq və bərəkət

    Hz. Süleyman (ə.s.) dövründə bolluq olduğu və insanların rifah içində yaşadıqları ayələrdən də aydın olur. Hz. Süleymanın (ə.s.) sarayı həddindən çox görkəmlidir, çox böyük orduları var və dünyanın dörd tərəfinə hakim olmuşdur.

    Qızıl dövr də, bolluq və bərəkəti ilə Hz. Süleyman (ə.s.) dövrünə çox bənzəyir. İnsanlara hər istədikləri bol-bol veriləcək, havadakı quşlar da Hz. Mehdinin (ə.s.) xilafətindən (mənəvi liderliyindən) razı olacaq. Peyğəmbəirmizin (s.ə.v.) Qızıl dövrdəki bolluq, bərəkət və rifah mühitini təsvir edən çox geniş izahları var. Bunlardan bəziləri bu şəkildədir:

    O vaxt, yer və göy əhli, bütün vəhşi heyvanlar, quşlar, hətta dənizdəki balıqlar belə onun xilafəti ilə sevinəcəklər. Onun dövründə, axan çaylar belə suyunu çoxaldacaq. (əl-Kavlu’l Müxtəsər Fi Əlamət-el Mehdiyy-il Muntazar, s. 31)

    … Səma yağışını endirəcək, yerbərəkətini çıxaracaq, daha əvvəl görünməmiş şəkildə ümmətim onun zamanında rahata qovuşacaq. (Kitab-ül Burhan fi Əlamət-el Mehdiyy-il Axır Zaman, s. 9)

    Qızıl dövrdə ədalət və insanpərvərlik

    Quran ayələrində, Hz. Süleyman (ə.s.) və Hz. Zülkarneynin (ə.s.) insanpərvər, əhv edici və sülhsevər olduqları bildirilmişdir. Hz. Zülkarneyn (ə.s.), gözəlliyi əsas tutaraq cəmiyyəti asan olana dəvət etmişdir. (Kəhf surəsi, 88) Onlara qarşı ədalətlə davranmış və problemləri qarşısında onlara çıxış yolları göstərmişdir. Kömək istəyən cəmiyyətə, qarşılığında heç bir şey gözləmədən kömək etmişdir. Şübhəsiz bunlar, Rəbbimizin əmr etdiyi gözəl əxlaqı ən gözəl şəkildə yaşamağının nəticəsidir.

    Hz. Süleyman (ə.s.) da, hakimiyyəti dövründə ədalətlə hökm etmişdir. Hz. Mehdi (ə.s.) də, İslam əxlaqını eynilə Hz. Zülkarneyn (ə.s.) və Hz. Süleyman (ə.s.) kimi tətbiq edəcək, diplomatiyadan istifadə edəcək, sənətkarlığa, estetikaya əhəmiyyət verəcək, ədaləti ilə bütün insanların sevgisini qazanacaq və sülhsevər dünya meydana gətirəcək. Dünya zənginlikləri insanlar arasında bərabər şəkildə paylanacaq, yoxsulluq aradan qalxacaq. Bu mövzu ilə əlaqədar bəzi hədislər bu şəkildədir:

    Zülm və əzabla dolu olan dünya, o gəldikdən sonra ədalətlə dolub daşacaq. (əl-Kavlu’l Müxtəsər Fi Əlamət-el Mehdiyy-il Muntazar, s. 20)

    O (Hz. Mehdi) ərzə sahib olar və özündən əvvəl təzyiq və zülmlə dolu olan ərzi ədalətlə doldurar. Sizdən ona kimyetişsə, qar üstündə sürünərək də olsa gəlsin, ona qatılsın. Çünki o Hz. Mehdidir. (Kitab-ül Burhan fi Əlamət-el Mehdiyy-il Axır Zaman, s. 14)

    Əbu Səid Hudri Rəsulullahdan rəvayət edir:

    “Hz. Mehdinin izləyiciləri ona sığınarlar, bal arılarının şahzadə arıya sığındıqları kimi (onun yanında inam vədinclik tapacaqlar), o yer üzünü ədalətlə dolduracaq.” (Əl Kavlu’l Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, s. 30)

    Müsəlmanlar üçün axır zamana aidmüjdələr

    Hz. Süleymanın (ə.s.) və Hz. Zülkarneynin (ə.s.) yaşadıqları dövrdəki dünya hakimiyyəti bütün müsəlmanlar üçün çox böyük müjdədir. Çünki, bu hekayələrdə axır zamana aid əhəmiyyətli işarələr var.

    Allahın sərhədlərini qoruyan, İslam əxlaqını dünyada hakim etmək üçün ciddi səy göstərən və heç bir çətinlik qarşısında əzilməyən müsəlmanlar, tarixin hər dövründə mütləq üstün gələcək. Allahın köməyi və dəstəyi mütləq onlarla olacaq.

    Hz. Süleyman (ə.s.) və Hz. Zülkarneyn (ə.s.) yuxarıda sayılan xüsusiyyətlərinin dünyadakı qarşılığını güclü hakimiyyətlə (və əlbəttə Allahın digər bir çox mənəvi lütfü ilə) alıblar. Axır zamanda eyni hakimiyyət, Hz. İsanın yenidən dünyaya qayıtması və Hz. Mehdi (ə.s.) vəsitəsi ilə mütləq reallaşacaq. Hz. Mehdi (ə.s.), Peyğəmbərimizin (s.ə.v.) də xəbər verdiyi kimi bütün xidmətləri yerinə yetirəcək və Allahın izni ilə Quran əxlaqını bütün dünyaya hakim edəcək. Bu, Allahın iman edənlərə vədidir:

    Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərini hidayət (Quran) və haqq dinlə göndərən Odur! (Səff surəsi, 9)

    İzlənmə sayı: 1330