Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


ELM DÜNYASI »

  • YARASADAKI ÜSTÜN YARADILIŞ


    Edinburq Universitetinin tədqiqatçıları bir yarasa kimi ekolokasiya ilə yolunu tapa biləcək ağıllı qulaqlara sahib bir robot üzərində çalışdılar. Universitetin informatika şöbəsindən Xose Karmena və iş yoldaşları hazırladıqları bu robota "RoBat" adını verdilər. RoBata eynilə ağız funksiyasını yerinə yetirən bir səs mənbəyi və iki sabit səs qəbuledicisi qoyuldu. Daha sonra robotun ağzı eynilə yarasadakı kimi əks-səda edəcək səs dalğalarını (ekolar) yaymaq üçün dizayn edildi. RoBatın dizaynında, ekoları ən yaxşı şəkildə istifadə etmək üçün yarasanın başqa xüsusiyyətləri də nəzərə alındı. Yarasalar əks etdirilən səs dalğalarının tezlik aralığını təyin etmək üçün qulaqlarını oynadır və bu şəkildə önlərindəki maneələri rahatlıqla aşıb, ovlarını əldə edirlər. RoBat da yarasadakı kimi qüsursuz bir mexanizmə sahib olması üçün səsüstü qəbuledicilərlə təchiz edildi. Təbiətdəki nümunələrindən ilham alınaraq hazırlanan bu tip səs qəbulediciləri sayəsində bir gün yolların daha etibarlı hala gələcəyi düşünülür və bu istiqamətdə işlər icra edilir. Necə ki avtomobil istehsalçıları geri çarxda fəaliyyətə keçən səsüstü qəbuledicilər istifadə edirlər. Sürücü, bu qəbuledicilər sayəsində arxasında dayanan avtomobil, ya da cismə nə qədər yaxınlaşdığını öyrənir. Təbiətdəki bütün fövqəladə quruluş, material və sistemlər Allahın bənzərsiz yaratma sənətinin nümunəsidir. Yaradılışdakı bu bənzərsizlik və mükəmməlliyə bir çox Quran ayəsində də diqqət çəkilmişdir. Allah, bənzərsiz yaratmasının bir nəticəsi olaraq, insanlara verdiyi hər cür nemətin sayının sayıla bilməyəcək qədər çox olduğunu bir ayədə belə bildirmişdir: Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! (Nəhl surəsi,18)

    İzlənmə sayı: 447