Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


ELM DÜNYASI »

  • Eritrositlərin xüsusi olaraq yaradılmış yastı forması


    Eritrositlərin xüsusi olaraq yaradılmış yastı forması • Eritrositlərin vəzifəsi nədir? • Eritrositlərin yastı olmalarının əhəmiyyəti nədir? • Bu yastı formanın pozulması nəyə səbəb ola bilər? Qırmızı qan hüceyrələri, yəni eritrositlər qanda ən çox olan hüceyrələrdir. Vəzifələri hüceyrələrin yaşaması üçün vacib olan oksigeni daşımaqdır. Sadəcə bununla kifayətlənmir, bədəni təmizləmək üçün hüceyrələrdə yığılmış karbondioksidi də ürəyə geri qaytarırlar. Eritrositlərin reallaşdırdığı oksigendaşıma prosesini nə üçün başqa hüceyrələr yerinə yetirə bilmir? Bir damla qanın 99 %-ni qan hüceyrələri, yəni eritrositlər təşkil edir. Bədənimizdə təxminən 25 trilyon qırmızı qan hüceyrəsi var. Bu miqdar Südyolu Qalaktikasındakı ulduz sayının yüzlərlə qatıdır. Bədəndə gəzən eritrositlər rahatlıqla bir futbol sahəsinin yarısını tuta bilərlər. Bir-birlərinə ard-arda bağlandıqlarını düşündüyümüz zaman isə 47 000 km.-lik bir qüllə meydana gətirə bilərlər. Əgər eritrositləri bir xalça kimi yerə sərmək imkanımız olsaydı, bu hüceyrələrin 3 800 km2-lik bir sahəni tutduğuna şahid olarıq. Bədəndə eritrositlərin sayı o qədər çoxdur ki, ölənlərin yerini tutmaq şərtilə saniyədə 3 milyona qədər yeni eritrosit hüceyrəsi qana qarışır. Eritrositlərin sayının bu qədər çox olması öhdələrinə götürdükləri həyati vəzifə ilə əlaqədardır. Bu xüsusi vəzifə üçün yaradılmış eritrositlər özünəməxsus quruluşları ilə diqqət çəkirlər. Eritrositlər yastı, yumru və hər iki yandan basıq formaları ilə böyük yaradılış dəlilidirlər. Eritrositlərin formasının yastı olması: • Hüceyrənin səth sahəsini artırır və oksigen ilə təmasını asanlaşdırır. • Oksigenin lazımi zamanda, lazımi yerə asanlıqla çatdırılmasını təmin edir. • Eritrosit bu quruluşu sayəsində daha çox oksigen atomu ilə yüklənə bilir və oksigenə ehtiyac duyan toxumalara rahatlıqla çatdırır. Eritrositlərin yastı forması bu hüceyrələrin damarlardan rahat keçməsini təmin edir. Eritrositlər damarların içində gəzən ən kiçik hüceyrələrdir. Bu, oksigenin bədəndə hər yerə çatdırılması üçün olduqca əhəmiyyətlidir. Ancaq bəzən eritrositlərin qarşısına çox kiçik ölçülərdə kapilyar damarlar çıxır. Bəzən təxminən 5 mikrometrə qədər incəlikdə olan bu damarlar, yarı ölçüsü 7-8 mikrometr olan eritrositlər üçün çətin tunellərə çevrilir. Eritrositlər bu tunelləri keçməlidirlər, çünki kapilyar damarlar qidaların və oksigenin bütün toxumalara çatmasını təmin edən olduqca əhəmiyyətli qan damarlarıdır. Əslində, eritrositlərin bu damarlara yerləşməyəcək qədər böyük olmaları böyük bir problem yaratmalıdır. Ancaq eritrositlərin xüsusi olaraq yaradılmış formaları sayəsində heç bir problemləri olmur, çünki onlar elastikdirlər. Hər formaya çevrilə bilən bir torba kimidirlər. Rahat şəkildə forma dəyişdirmələrinin vacib səbəbi isə eritrositlərin daşıdıqları maddələrin miqdarına görə çox geniş bir hüceyrə qılafına sahib olmalarıdır. Beləliklə, hücyrə çətin hərəkət edəcəyi sahələrə girsə də, hüceyrə qılafı gərilmir və digər hüceyrələrdə olduğu kimi yırtılmır. Bu, olduqca əhəmiyyətli bir vəziyyətdir. Elastikləşərək formasını dəyişdirə bilən bu hüceyrələr daha dar olan damarlardan bunun sayəsində keçə bilirlər. Hemoqlobin və eritrositlərin bir-birinə müvafiq şəkildə yaradılması çox böyük möcüzədir. Hemoqlobin və eritrosit kimi iki fərqli quruluşun bir-birinə uyğun yaradılması və onların birlikdə hərəkət etmələrini təmin edəcək xüsusiyyətlərlə təchiz edilməsi, şübhəsiz, çox böyük üstünlükdür. Eritrositin sahib olduğu yastı forma qüsursuz bir yaradılışın əhəmiyyətli göstəricilərindən biridir. Mövcud olan quruluş insan bədəni üçün ən ideal ölçülərdədir. Bu möhtəşəm yaradılışın əhəmiyyətini daha yaxşı başa düşmək üçün damarlarda meydana gələn hər hansı bir problemin yaratdığı nəticələrə baxaq. Əgər eritrositin formasında və ya elastikliyində hər hansı bir problem yaranarsa, toxumalara oksigen və qidanın çatmaması nəticəsində toxuma məhv ola bilər. Eritrositlərdəki yastı formanın pozulması təhlükəli xəstəlik olan “Oraq hüceyrə anemiyasına” səbəb olur. Oraq hüceyrə anemiyası eritrositlərin formasının pozulması ilə meydana gələn bir xəstəlikdir. Hüceyrələr “hemoqlobin S” adlanan anormal bir hemoqlobin tipi daşıyırlar. Bu hemoqlobin oksigensiz qaldığı zaman eritrositin içində uzun kristallar şəklində çökür və eritrositin formasını bir növ orağa bənzədir. Eritrositin dəyişilmiş forması aşağıdakı xəstəliklərə səbəb olur: • Kifayət qədər oksigen daşına bilmir və bir müddət sonra eritrosit kütləsi azalmağa başlayır • Forması dəyişən hüceyrələr damarların içində yığılaraq tıxanmağa səbəb olur • Hüceyrəni oraq formasına gətirən kristal quruluşun incə ucu isə bəzən hüceyrə qılafının yırtılmasına səbəb olur Xəstəliyin təsiri isə olduqca ciddidir. • Sümüklərdə, əzələlərdə və ya qarında günlərlə və ya həftələrlə davam edən şiddətli ağrılar meydana gəlir • Eritrositlər dar retina damarlarına çata bilmədiklərindən görmə pozuqluğu, hətta korluq əmələ gəlir • Qaraciyərdə gedən proseslərin pozulması sarılıq xəstəliyinə səbəb ola bilər • Uşaqlarda böyümə ləngiyir • Bədən infeksiyalara açıq hala gəlir • Beyindəki kiçik qan damarlarının tıxanması nəticəsində beyinin bəzi hissələri zədələnir. Bəzən bu vəziyyət ifliclə nəticələnir. Bu xəstəlik bir neçə saat içində belə olduqca təhlükəli hala gəlir. Oraq hüceyrə anemiyasına kiçik yaşlarda tutulmuş insanlar xəstəliyin ölümcül olmaması üçün həyatları boyu müalicə olunmaq məcburiyyətində qalırlar. Yenidən xatırladaq: səbəb yanlız eritrosit hüceyrələrinin formasındakı pozuqluqdur. Oraq hüceyrə anemiyası xəstəliyi haqqında təkamülçülər böyük bir yanlışlıq içindədirlər. Oraq hüceyrə anemiyası kimi təhlükəli bir xəstəlik haqqında bəlkə d ə ən təəccüblü iddia təkamülçülərə məxsusdur. Təkamülçülər üçün bu xəstəlik təkamül müddəti üçün bir “dəlildir”. Təkamülçülər oraq hüceyrə anemiyası xəstəliyinə tutulan insanların malyariya xəstəliyinə qarşı dözümlü olmalarını fayda kimi qəbul edir və buna səbəb olan mutasiyanı faydalı mutasiya nümunəsi kimi qələmə verirlər. Halbuki oraq hüceyrə anemiyası xəstəliyi olduqca ciddi, hətta ölümcül xəstəliklərə yol açan, bədəndəki bəzi orqan və toxumaların qidalanmamasına və dolayısı ilə ölümünə səbəb olan, sonrakı nəsillərə də çataraq yayılan təhlükəli bir xəstəlikdir. Şübhəsiz, belə bir xəstəliyin faydalı mutasiya nümunəsi kimi qəbul edilməsi mümkün deyil. Əlbəttə, insan nəslinə zərər verən genetik bir xəstəliyi təkamülə dəlil kimi göstərmək nəzəriyyənin nə dərəcə zəif əsaslar üzərində qurulduğunu göstərir.

    İzlənmə sayı: 210