Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


KÖŞƏ YAZILARI »

  • Azərbaycan vətəndaşı sabit və firavan cəmiyyətin üzvüdür


    «Hər bir ölkənin, xalqın həm yaşaması, həm də dövlətinin mövcud olması üçün əsas şərt onun iqtisadiyyatı və düzgün yeridilən siyasətidir. H.Ə.ƏLİYEV

    Bu gün dünyada qlobal iqtisadi, siyasi çətinliklər yaransa da, XXI əsrin əvvəllərindən artıq vüsət halını almış və özünün ən yüksək zirvəsində təcəssüm edən – Respublikamızda olan sabitlik insanların firavan yaşamaları üçün real imkanlar yaradır.
    Müasir dünya iqtisadiyyatının və siyasətinin hazırki vəziyyəti müxtəlif amil və şərtlərin təsiri altında formalaşmışdır. Onların içərisində konkret bir dövlətin təsiri deyil, ümumi şəkildə baş verən dövlətlərarası çoxsaylı iqtisadi, sosial və sair məsələlərin təsiri əvəzolunmazdır. Qeyri-şərtsiz deyə bilərəm ki, hər hansısa bir qitədə, regionda baş verən xoşagəlməz, mənfi iqtisadi və ya siyasi məsələ mütləqdir ki, sözügedən ərazidə yerləşən dövlətlərin hər birinə müvafiq təsir göstərəcəkdir.
    Son onilliklərdə dünya ölkələrinin qlobal iqtisadi və siyasi problemləri cəmiyyətə, həmçinin iqtisadiyyata öz xüsusi təsiri ilə seçilir. Çox təəssüf hissi ilə bildirirəm ki, artıq bu kimi problemlərin hər biri geniş şəkildə özünü təzahür edərək, istənilən sahəyə öz dərin mənfi təsirini göstərir. Hazırda bu kimi problemlərin nəticəsi çox ağır və kifayət qədər acınacaqlı fəsadlar ilə nəticələnir. Dünya siyasəti və iqtisadiyyatı baxımından yaranmış qlobal anlaşılmazlıq hazırki zamanda istər hər bir dövlətin, istərsə də dünya iqtisadiyyatının inkişafı üçün bilavasitə ümumi qitədə baş verən proseslərdən asılı vəziyyətə düşmüşdür. Belə olan halda mütləqdir ki, ayrı-ayrı ölkələrin xarici siyasəti dünyada baş verən iqtisadi, siyasi, sosioloji və sair məsələlər ilə uyğunlaşsın. Əks halda, əlbəttə, müxtəlif sayda problemlər yaşanacaq və cəmiyyətin bu məsələlərə reaksiyası çox mənfi olacaqdır.
    Ümumiyyətlə, hesab edirəm ki, insanlar hər zaman güc işlətməyə meylli olmuş və bu səbəbdən də, tarixən müxtəlif ərazi üstündə gedən mübahisələr gətirib böyük itkilərə səbəb olmuş, müharibələrə çıxartmışdır. Heç təsadüfi deyildir ki, dünya xalqları arasında sülh əldə etmək olduqca çətindir. Çünki hər bir dövlətin özünəməxsus ideyası, gələcəyə dair daxili və xarici siyasəti vardır. Əlbəttə, hər bir ölkənin siyasəti də öz iqtisadiyyatının dayanıqlı, stabil olmasına çalışmasıdır. Nəticə etibarı ilə, hər bir ölkə öz maraqlarını səmərəli şəkildə müdafiə edir və bununla da, bəşəriyyətdə sülhün tam yaranması çox çətin və mürəkkəb məsələ sayılır.
    Bu gün dünya ölkələrinin istər iqtisadi tərəfdən böhran vəziyyətdə yaşaması, istərsə də siyasi cəhətdən mübahisələr ilə inkişaf etməsi çox mürəkkəb məsələdir. Bütün bu və ya bu kimi problemlərin yanında respublikamızda sabit və firavan cəmiyyətin varlığı Azərbaycan dövlətinin ən böyük zəfərlərindən biridir. Heç şübhəsizdir ki, hazırki sabitliyin əsasını Azərbaycanın böyük oğlu, dahi lider, Ulu Öndər Heydər Əliyev öz müdrik siyasəti ilə yaratmışdır. Uzaqgörən liderin dərin dühasının nəticəsidir ki, bu gün respublikamız dünya ölkələri içərisində ən sabit, yaşam tərzi olduqca yüksək və sair müsbət keyfiyyətləri, xüsusiyyətləri ilə kəskin şəkildə fərqlənir.
    Hazırda Azərbaycan iqtisadiyyatının və siyasətinin (daxili, xarici) potensialı “dövlət gücü” və “millət gücü” ifadəsi ilə əks etdirilir. Bu heç də təsadüfi deyildir. Çünki ölkəmizdə xalq birmənalı şəkildə iqtidarın lehinədir. Bu isə o deməkdir ki, dövlətimizin və millətimizin gücü birlikdə öz müsbət təsirini daim istənilən sahədə göstərir. Əhəmiyyətli olan budur ki, Azərbaycanın istər xarici, istərsə də daxili siyasəti, eyni zamanda, dayanıqlı iqtisadiyyatı milli dövlət maraqlarımızın formalaşması zəminindən çox böyük önəm kəsb edir. İstənilən halda qeyd etmək lazımdır ki, bu gün Respublikamızda öz inkişaf tempi ilə seçilən iqtisadiyyatımız yaxın gələcəkdə onlarla yeni iş sahəsinin açılmasını, müxtəlif sayda göz oxşayan infrastrukturun genişlənməsini, adambaşına düşən ümummilli gəlirin artmasını özündə açıq-aşkar ifadə edir. Yüksək səviyyədə öz tərəqqisi ilə daim seçilən iqtisadiyyatımızın sürətlə irəliləməsi Azərbaycan hökuməti tərəfindən həyata keçirilən düzgün və məqsədyönlü xarici və ya daxili siyasətinin nəticəsidir. Hal-hazırda dövlətimizin səsi hərkəsə məlumdur ki, hegemon ölkələrin arasından gəlir, dünya iqtisadiyyatı və ya siyasəti üçün olduqca labüd sayılan beynəlxalq tədbir və ya konfranslardan eşidilir.
    Müasir zamanda bütün bu və ya bu kimi çoxsaylı uğurların adı birbaşa Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün həmin siyasi kursun layiqli davamçısı, Ulu Öndər məktəbinin bir nömrəli məzunu Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarıdır. Əminliklə deyə bilərəm ki, ölkəmizdə sabitliyin və firavan həyat tərzinin stabil olaraq saxlanılması həm ölkə rəhbərliyinin, həm də cəmiyyət üzvlərinin birgə olmasının təcəssümüdür. Belə olan halda respublikamızın iqtisadiyyatı günü-gündən daha da inkişaf edir, biz vətəndaşların rahat yaşaması üçün yeni-yeni yollar açılır. Burada milli iqtisadiyyatımız haqqında deyilən bütün müsbət fikirlərin hər birini dövlətimizin istər xarici, istərsə də daxili siyasətinə aid etmək olar. Belə ki, xalqın iqtidar ilə bir olması Azərbaycan siyasətinin düzgün yürüdülməsinə, beynəlxalq sferada xarici siyasətimiz ilə çox sayda yeni uğurlar qazanmağımıza, həmçinin daxili siyasət nəticəsində də sabitliyin qorunub, saxlnılmasına, firavan həyat tərzinin çiçəklənməsinə zəmin yaradır.
    “Azərbaycan vətəndaşı sabit və firavan cəmiyyətin üzvüdür” dedikdə, hər birimiz öz sadiqliyimiz ilə daim Heydər Əliyev siyasi kursunun bir nömrəli tələbəsi olan Möhtərəm Cənab Prezidentimiz İlham Əliyevin ətrafında sıx yumruq tək birləşməliyik!
    Qoy, bu yolda Ulu Tanrının nəzəri daim üzərimizdə olsun !!!

    YAP Sabunçu RT-nın idarə heyətinin üzvü, Murad CƏNNƏTOV

    İzlənmə sayı: 1404