Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


KÖŞƏ YAZILARI »

  • Sevgi çox böyük nemətdir


    Rahatlıq, sevgi və səmimiyyət adı altında bəlkə də yanlış yolda ola biləcəyinizi düşünürsünüzmü?

    Sevdiyinə diqqət göstərmək necə olmalıdır?

    İnsan hər günfərqli insanlarla qarşılaşır. Məktəbdə, işdə, evdə, qısası həyatı boyu istəyindən asılı olmayaraq, bu insanlar onun həyatının bir hissəsini təşkil edir. Əslində, onun üçün bu insanlar bir məna ifadə etmir,çünki bu birlik daha çox qarşılıqlı mənfəət olanda yaranır.

    Həmçinin insanın həyatında onun üçün çox dəyərli insanlar davar. Hansı ki, heç vaxt bu şəxslərdən ayrılmaq, onlarla olan münasibətlərini kəsmək istəmirlər. Həyatındakı xoş anları daha çox onlarla keçirmək istəyirlər. Sevdiklərinin hər an xoşbəxt olmalarını, dinc yaşamalarını və əsla çətinliklə qarşılaşmamaları üçün ciddi səy göstərirlər.

    Bunlar insanın ən çox sevdiyi şəxslərdir. Lazım gələrsə, hər cür fədakarlıq edə bilərlər. Bəziləri üçün bu şəxslər ana-ataları, yoldaşları, uşaqları, qohumları, bəziləri üçün isə yaxın yoldaşlarıdır.

    Bu sevgi Quran əxlaqına uyğun yaşandığı təqdirdə ideal olur. Lakin bəzi insanlar tamamilə fərqli davranırlar. Həyatlarında xüsusi yeri olmayan insanlara qarşı bacardıqları qədər nəzakətli davrandıqları halda, dəyər verdikləri yaxınlarına qarşı diqqətsiz yanaşırlar.

    Təbii ki, insan tanımadığı şəxslərə qarşı da gözəl davranmalıdır, amma sevdiyini iddia etdiyi yaxınlarına sevginin, sədaqətin, hörmətin tələbi olaraq ciddi diqqət və qayğı göstərməlidir.

    İnsanın küçədəki şəxsə əsla göstərmədiyi mənfi rəftarı sevdiyi insanagöstərməsi tamamilə yanlışdır.Bu cüryanlış məntiq və rəftar bəziləri üçün ‘sevgi' və ya ‘səmimiyyət' kimibaşa düşülür. Bu cahiliyyə əxlaqının yanlış düşüncə tərzinəgözəlnümunədir.

    İncimək, küsmək, nazlanmaq, inadlaşmaq, tərs danışıqlar,səs yüksəltmək, cavab verməmək kimi səhv davranışlar cahiliyyə əxlaqının əsas xüsusiyyətləridir. Halbuki, bunların heç birinin sevgivə səmimiyyətlə heç bir əlaqəsi yoxdur. Əgər insanrahatlıq, sevgi,səmimiyyət adı altında və ya "onsuzda nazım keçir" deyərək, sevdiyi insanlara qarşı laqeyd, diqqətsiz davranırsa, bu sevginin də tezliklə yox olacağını unutmamalıdır.

    İmanın sevgiyə təsiri

    Sevgi ALLAH`ın insanlar üçün yaratdığı, nəfsin həm dünyada, həm də axirətdə ən çox xoşuna gələn nemətlərdən biridir. Sevgini axtaran və bunu ən gözəl şəkildə yaşamaq istəyən hər insan hörmətin əhəmiyyətini də qavramalıdır. Hörmət olmasa dostluq, yoldaşlıq, sirdaşlıq, sədaqət, inam kimi xüsusiyyətləri yaşamaq da mümkün deyil. Bu cür sevgi və hörməti yalnız iman gətirərək yaşamaq mümkündür.

    Dərin ALLAH sevgisi, ALLAH qorxusu, Quran əxlaqını yaşamaqdakı göstərdiyi qətiyyət insanların bir-birinə qarşısevgi və hörmət bəsləmələrinə kömək edir. İman olmadan insanlar bir-birlərinəhörmət və sevgi ilə deyil, yalnız fiziki xüsusiyyətlərinə, maddi imkanlarına və ya dünyəvi mövqelərinə görə yanaşırlar. Bunların birində çatışmazlıq olduqdasevgi və hörmət kimi duyğular da yox olur. İmandan qaynaqlanan sevgi və hörmətlə isə insan, ALLAH`ın icazəsi ilə,həyatın sonuna qədər davam edən nemətə sahib olur. ALLAH Quranda sevgi nemətini iman gətirənlər üçün yaratdığını belə bildirmişdir:

    İman gətirib yaxşı işlər görənlər üçün ər-Rəhman (qəlblərdə) bir sevgi yaradacaq. (“Məryəm” surəsi, 96)

    İnsan sevdiyinə qarşı ən gözəl əxlaqı göstərməlidir

    Əgər insan birini sevirsə və o insan həqiqətən bu sevgiyə layiq xüsusiyyətlərə sahibdirsə, onda ona ən gözəl əxlaqla yanaşılmalıdır. Onu daima əzizləməli, nə sözlə, nə dəyanlışrəftarla onu incitməməli, narahatçılıq yaradanhadisə və ya mühitə onu daxil etməməlidir. Sevginin ən əhəmiyyətli xüsusiyyətlərindən biri insanın sevdiyinə qıymamasıdır. Kədərlənəcəyi, sıxılacağı, narahat olacağıhər şeyi ondan uzaqlaşdırmalı, onu incitməkdən çəkinməlidir. Bəhs etdiyimiz bu sevgini yalnız imanla yaşamaq mümkündür. İman gətirməyən insan sevgidə bu qədər fədakar olmur. Bu, ancaq ALLAHsevgisindən qaynaqlanan sevgidə, yəni birini ALLAH`ın təzahürü olaraq sevməklə mümkündür.

    ALLAH`ın təzahürü olaraq sevmək insanın qarşısındakında Quranəxlaqının gözəl nümunələrini gördüyü üçün onu seçməsi və sevməsi deməkdir. İnsanda gözəl əxlaq xüsusiyyətləri nə qədər çoxdursa, o qədər çox da sevilər.

    Əgər qarşısındakını ALLAH’ın razılığı üçün deyil, nəfsi üçün seçirsə, buna həqiqi sevgi demək düzgün deyil. Bu cür sevgidəistək, fədakarlıq, mehribanlıq, anlayış, bağışlayıcılıqvə etibardan bəhs etmək qeyri-mümkündür. ALLAH`dan qorxmayan insana inam yoxdur. Bu insanınnə düşündüyündən, nə qərarlar verdiyindən, nələr hiss etdiyindən və dürüstlüyündən heç vaxt əmin olmaq olmaz. Buna görə də bu həqiqəti bilən tərəflər bir-birinə qarşı sevgi hiss etmir və bu sevginin tələb etdiyi əxlaqı göstərə bilmirlər.

    Əsil sevgi ALLAH`ın yalnız müsəlmanlara lütf etdiyi bir nemətidir. Bu sevgi anlayışınınşüurunda olan insanların bu böyük neməti ən gözəl şəkildə yaşamaları üçün sevdiyinə qıymamaq əxlaqına sahib olmalıdırlar.

    Sevgi üçün mütləq səy göstərmək lazımdır

    Sevgimənfi hallardan təsirlənmədən davam edənduyğu deyil. Sevgiüçün səy göstərmək lazımdır. İnsanlar sevgini bəsləyən gözəl rəftarla qarşılaşdıqca və bu sevgiyə layiq olan şəxslə birlikdə olduqlarızaman sevə bilirlər. Əgər insan laqeyd olarsa, hər ağlına gəldiyini etdiyi üçündaim bu sevgini zədələyər və "onsuzda sevilirəm, artıq diqqət göstərməyimə ehtiyac yoxdur" deyərək sevgini qorumaq üçün cəhd etməzsə bir gün ətrafındakı insanlara baxanda, o çox əmin olduğu sevgini itirdiyini görəcək.

    "Bu insan mənim yaxınımdır, məni sevən biridir, mən necə davransamda, o, məndən inciməz, küsməz, səhv başa düşməz" düşüncəsi ilə yanaşmaq insanı çox qısa vaxtda bu sevgidən məhrum edir.

    İnsan sevgiyə vəsilə olan xüsusiyyətlərə əhəmiyyət vermədikdə, başqaları da onda seviləcək xüsusiyyətlər tapa bilmir. Elə buna görə də saxta "rahatlıq" və"səmimiyyət" adı altında ən çox sevdiyi insanlarla yaşadığı sevgini bir anda itirir.

    Bu, insanın gözləmədiyi haldabelə vəziyyətlə qarşılaşmamaq üçün ağıl və vicdanından düzgün istifadə edərək, bacara bildiyi qədər bezmədən və hətta daim artıraraq ən gözəl əxlaqı ömür boyu sevdiyi insanlara qarşı göstərməkdir. Bu gözəl əxlaqı ALLAH iman gətirənlər arasında sevgiyə çevirir.

    İnsanın həqiqətən hörmət etdiyi, dəyər verdiyi şəxsə hiss etdiyi sevgi çox fərqlidir. Bu sevgidə hörmət, sarsılmaz sədaqət, ölənə qədər davam edən sirdaşlıq, mütləq inam var. Sevdiyi insanı kiçik və ya böyük zərərlərdən qoruyur. ALLAH’ın razılığı üçün ən çətin anda belə, onu qorumaq üçün çox diqqətli davranır. Lazım olarsa düşünmədən öz nəfsini əzib, onun nəfsini seçir.

    Ləman Piriyeva

    İzlənmə sayı: 1598