Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


KÖŞƏ YAZILARI »

  • Qadınlar yalnız 8 martda deyil, hər gün dəyərli olmalıdır


    Cəmiyyətimizdə hər gün dilə gətirilən mövzulardan biri də qadın problemləridir. Bu gün dünyanın hər yerində qadınların əziyyət çəkdiyi, bu və ya digər şəkildə zülmə, təhqirə, təcavüzə məruz qaldığı, qadın əməyinin istismar olunduğu kimi problemlər heç kim üçün sirr deyil.  İstər KİV-də, istərsə də sosial şəbəkələrdə vaxtaşırı gündəmə gətirilən bu problemlər ictimaiyyətdə qabardılır, amma çox zaman elə bu mərhələdə də qalır. Ən ideal halda cinayət işi açılıb günahkar məsuliyyətə cəlb olunur ki, bu da sındırılmış həyatları bərpa etmir.

    Qadın problemləri ilə istər dövlət qurumları, istərsə də qeyri-hökumət təşkilatları məşğul olsalar da, məsələnin həlli üçün onun kökü aradan qaldırılmalıdır. Yaradılış məqsədindən xəbərsiz, Allahı layiqincə təqdir etməyən, Quran əxlaqından uzaq cəmiyyətdə bütün digər məsələlər kimi qadın problemlərinin də öz həllini tapmaması təbiidir.

    Bu gün insanlara elm adı altında məqsədsiz varlıq olduqlarını, həyatda yaşamaq uğrunda mübarizənin hakim olduğunu təlqin edən bir nəzəriyyə var: darvinizm. Qadınları ikinci sinif nümayəndəsi kimi görüb onlara bu yolla təzyiq göstərmək darvinizmin cəmiyyətə gətirdiyi bəlalardan sadəcə biridir. Qadınları həm bioloji, həm də əqli cəhətdən kişilərdən aşağı görən Çarlz Darvin bu elmdən kənar fikrini nəzəriyyəsinə belə əks etdirir: “Hər şeyə baxmayaraq, itdən daha yaxşı bir şey. Ev və evlə maraqlanan bir adam”. (Charies Darwin, The Autobiography of Charles Darwin 1809-1882 (Ed. by Nora Barlow), New York: W. W. Norton & Company, Inc., 1958, 232-233).

    Darvinizmin və materializmin üzərində qurulan qərb düşüncə tərzinə istiqamət verən bəzi filosofların əsərlərində və həyat tərzlərində də qadına kəskin formada nifrət diqqəti cəlb edir. Məsələn, Fridrix Nitşe: “Qadınların yanına gedirsiniz? Qamçını götürməyi unutmayın!” deyirdisə, Freyd qadınların passiv, şöhrətpərəst, qısqanc və məhdud ədalət hissinə malik olduğunu düşünürdü. A. Şopenhauer isə “Qadınlar uşaqlıq illərindən bizim dayələrimiz və tərbiyəçilərimiz olmağa uyğunlaşırlar. Səbəbi sadədir- çünki onlar özləri də uşaqsayağı, axmaq və kəmağıldırlar” (”On Women” by Arthur Schopenhauer).

    Amma qadınları yarım insan kimi görən yalnız materialistlər deyil. Qadınlara aşağılayan daha bir  düşüncə tərzi var: xurafat. Darvinistlərin elm adı altında qadınlara tətbiq etdikləri təzyiqləri xurafatçılar da din pərdəsi adı altında edirlər. Qadına üçüncü sinif varlıq münasibəti göstərmək xurafatçılığın əsas xüsusiyyətidir. Xurafatçılar qadına təzyiq göstərir, hörmət və sevgi bəsləmir, dəyər vermirlər. Qadınları ancaq təmizlik edən, xidmətçi varlıq kimi görürlər. Qadının şəxsiyyətinin, əxlaqi xüsusiyyətlərinin və qabiliyyətinin fiziki quruluşu ilə əlaqədar olaraq daha məhdud olduğuna inanırlar. Peyğəmbərimizin (s.ə.v) adına uydurduqları saxta hədislər xurafatçı düşüncə tərzinin qadın düşmənliyinin açıq sübutudur: “Qadının dini və ağlı əskikdir”, “Kim arvadına itaət etsə, Allah onu üzü üstə cəhənnəmə atar”, “Üç şey uğursuzluq gətirir: qadın, ev və at”, “Qadınlarla məsləhətləşməyin, onların fikrinə müxalif olun, çünki qadınlara müxalif olmaq bərəkətdir”.

    Halbuki, Peyğəmbərimiz (s.ə.v) Allahın Quranda bildirdiyi kimi, qadınların cəmiyyətdə qorunması, layiq olduqları hörmət və sevgi görməsi üçün ictimai sahədə görülməli tədbirləri Quran ayələri ilə və şəxsən özü tətbiq edərək bütün insanlara bildirmişdir. Peyğəmbərimizin (s.ə.v) Quran ayələrinə uyğun bütün davranışları qadınların lehinə olmuş və qadınların zərər çəkməsinin qarşısını almaq məqsədi daşımışdır. Peyğəmbərimizin (s.ə.v) xanımlarına və əshabındakı xanımlara göstərdiyi gözəl rəftar bütün müsəlmanların qadınlara qarşı düşüncə tərzini müəyyən edən ən gözəl nümunədir.

    Rəvayətlərdə Peyğəmbərimizin (s.ə.v) xanımları ilə oyun oynadığı, qaçışda yarışdığı da bildirilir. Səhabələr “PEYĞƏMBƏR (S.Ə.V) XANIMLARI İLƏ ƏN ÇOX ZARAFAT EDƏN İNSAN İDİ. (Hasan B. Süfyan Müsnedi’nde aktarılmıştır; Huccetü’l İslam İmam Gazali, İhya’u Ulum’id-din, 2-ci cild, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s.105)” sözləri ilə Peyğəmbərimizin (s.ə.v) xanımlarına diqqətini və sevgisini bildirmişlər.

    Bundan əlavə, hz. Aişə (r.ə) “Peyğəmbərimiz (s.ə.v) “XANIMLARINA QARŞI İNSANLARIN ƏN MÜLAYİMİ, ƏN SƏXAVƏTLİSİ, ƏN GÜLƏRÜZLÜSÜ İDİ(G. Ahmed Ziyaüddin, Ramuz El Hadis, 2-ci cild, Gonca Yayınevi, İstanbul, 1997, 531/7)” sözü ilə müsəlmanların xanımlarına və bütün qadınlara necə davranmalı olduğunu bildirmişdir.

    Haqq din olan İslama uyğun davranmadan nə şəxsi, nə də ictimai problemlərə köklü və qənaətbəxş çarələr tapıla bilməz. Tarixdə din əxlaqından uzaq həyat tərzi yaşayan cəmiyyətlərin də  məsəslələrə həll yolu tapa bilməmələri bu həqiqəti bir daha təsdiqləyir. İnsan din əxlaqından uzaqlaşdıqca həm özü, həm də nümayəndəsi olduğu cəmiyyət daim problem və sonu gəlməyən çətinliklərlə üzləşəcək.

    Həll yolu isə bəllidir: hər şeyin Yaradıcısı olan Allaha yönəlmək. Allah dünyada çıxış yolunun dinə yönəlmək olduğunu xəbər vermiş və səmimi qullarına Quran əxlaqını yaşadıqları halda, dünyada gözəl həyat bəxş edəcəyini bildirmişdir:

    Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq (Nəhl sərəsi, 97)

    Sevinc Haqverdizadə

    İzlənmə sayı: 990