Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


KÖŞƏ YAZILARI »

  • Din ağıl və vicdanla təbliğ edilməlidir


    İnsanlara Allah`ın varlığından və təkliyindən bəhs etmək, onları İslam əxlaqına dəvət etmək hər bir müsəlman üçün fərzdir. Ancaq bu fərz Qurana uyğun yerinə yetirilməlidir. Allah`ın bildirdiyi və peyğəmbərimizin (s.ə.v) tətbiq etdiyi yoldan başqa öz ağıl və məntiqinə uyğun təbliğat aparan insanın cəhdləri təsirsiz olmaqla yanaşı, bir çox insanın dindən uzaqlaşmasına da səbəb ola bilər.

    Quranın bir çox ayəsində insanlar Allah`ın yaratdıqları barədə düşünməyə dəvət olunurlar. Göyün və yerin yaradılışı, meyvələr, bitkilər, dənizlər, heyvanlar, öz bədənimiz, bir sözlə, ətrafda gördüyümüz hər şey Allah`ı tanımaq, Onun sonsuz gücünü, qüdrətini dərk etmək üçün nümunədir. Ali İmran surəsinin 191-ci ayəsində belə buyurulmuşdur:

    “O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür (və deyirlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!”

    Quranda elmə yiyələnməyin əhəmiyyəti xüsusi vurğulanır. Allah`ın sonsuz yaratma sənətini yalnız elmlə, biliklə cüzi də olsa (insan ağlının qadir olduğu qədər) qavramaq mümkündür. Dinimizi təbliğ edərkən bütün müsəlmanlar Quranda bildirilən bu üslubu ən yüksək səviyyədə istifadə etməlidirlər. Elmin və texnologiyanın sürətlə inkişaf etdiyi və bütün məlumatların çox asan əldə edildiyi bu əsrdə dini elmi kəşflərə və dəlillərə əsaslanaraq təbliğ etmək təhqiqi, yəni həqiqi imanın yaranmasında olduqca mühüm rol oynayır. Elmin bütün sahələrinin yaradılışı tutarlı dəlillərlə sübuta yetirdiyi bu dövrdə elmdən, hətta ağıl və məntiqdən kənar, cəhalətə sürükləyən, İslam dininə zidd xurafatlarla dini təbliğ etmək dinimizin nəinki dünyaya yayılmasına, hətta tamamilə yanlış tanınmasına səbəb olur. Nəticədə qeyri-müsəlmanlar İslam dinini cəhalət, terror dini kimi (İslam dinini tənzih edirik) mənimsəyirlər.

    “…Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik…” (Fussilət, 53) ayəsinin açıq-aşkar təcəlli etdiyi bu əsrdə genetika, mikrobiologiya, paleontologiya, geologiya, astronomiya kimi saysız elm sahələri insanlara həm öz bədənlərində, həm də bütün kainatda Allah`ın yaradılış dəlillərini, bənzərsiz yaratma sənətini gözlər önünə sərir. Allah`ın gözəl nemətlərindən olan elm elm dini təbliğ etmək üçün bir “silah”dır. Bu “silahın” düzgün istifadəsi İslam əxlaqının dünyaya yayılmasında əhəmiyyətli rol oynayacaq . Məhz buna görə də dinin təbliğinin iman həqiqətlərinə əsaslanması, Allah`ın izni ilə, çox təsirli və müvəffəqiyyətli olacaqdır.

    Dünyaya İslamı təkcə Quran və hədisləri anlatmaqla hakim edəcəyini düşünən insanlar az deyil. Halbuki, hidayət üçün iman həqiqətləri danışılmalıdır, bütlər qırılmalıdır.

    Nərmin Kərimzadə

    İzlənmə sayı: 1051