Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


ELM DÜNYASI »

  • Afrika savannalarının ən nəhəng heyvanı – fil


    Yetkin fərdlərinin ağırlığı 7 tona çatan fillərin gündəlik qida ehtiyacı da olduqca yüksəkdir. Bir fil gündə təxminən 75-150 kq yemək yeyir, 150-300 litr su içir. Bu miqdar sürü halında gəzən fillərin geniş qidalanma sahəsinə ehtiyac duyduqlarını göstərir. Fillər yeni qidalanma yerləri tapmaq məqsədi ilə bütün həyatları boyu yüz kilometrlərlə səyahət edirlər. Yarpaqlar, ağac qabıqları, meyvələr, otlar və bitkilərlə qidalanırlar. Günün 70-90%-ni ya qidalanmaqla, ya da qida qaynağı axtarmaqla keçirirlər. Qalan vaxt ərzində isə çimir, su içib istirahət edir, yatırlar. Bir yerdən başqa yerə hərəkət etməmişdən əvvəl bir neçə gün müəyyən bir ərazidə qalırlar. Bu müddət qısa olmalıdır, çünki əgər başqa yerə getməsələr, olduqları yerdəki bitki örtüyü tamamilə tükənə bilər.

    Hazırda fillər Şərqi Afrikada və Afrikanın digər bölgələrində, Uzaq Şərqdə, xüsusilə də, Şri-Lankada yaşayırlar. Əsasən, quraqlıq mövsümündə qidalanmaq üçün yeni bölgələrə köç edirlər. Buna görə də quraq havalarda daha çox fil sürüsünə rast gəlinir. Yağışlı havalar fillərin çoxalması üçün əlverişlidir. Cütləşmə və doğumlar bu mövsümdə baş verir. Fillər quruda yaşayan məməlilərin içərisində ən uzun müddətli hamiləlik dövrü keçirən canlılardır; hamiləlik müddəti 22 aydır. Bu səbəbdən hamiləlik və doğum eyni hava şəraitinə rast gəlir. Beləliklə, balalar qidanın bol olduğu vaxtda doğulmuş olurlar. Bu, mükəmməl zamanlamadır.

    Fillərin yeni qida mənbəyi tapmaq üçün yağışlı bölgələrə köç etməsi böyük möcüzədir. İstiqaməti necə təyin etdikləri, köç zamanını necə və nəyə əsasən müəyyən etdikləri, bu zaman necə əlaqə yaratdıqları isə hələ də sirli olaraq qalır.

    Aparılan tədqiqatlara əsasən belə nəticəyə gəlinmişdir ki, fillər Günəş, Ay, ulduzlar, dağlar və çaylar kimi işarələrdən, günlərin uzunluğu, temperatur, külək, rütubət kimi iqlim dəyişikliklərindən istifadə edirlər. Lakin bədənlərində bunu təmin edən heç bir orqan və ya sistem tapılmamış, yalnız müəyyən tezislər irəli sürülmüşdür. Fillərin kəskin iybilmə hissinə və küləyin istiqamətini hiss edə bilən, həssas dəriyə sahib olmalarının da köçdə rol oynadığı hesab edilir.

    Bütün fərziyyələr bir nəticəyə gətirib çıxarır. Bu canlılar göy cisimlərinin yerini anlayaraq istiqamətlərini təyin etmək üçün təcrübəyə və şərh etmə qabiliyyətinə sahib olmalıdırlar. Peşəkar dənizçilər uzun illər ərzində riyaziyyat və fizika üzrə təhsil almalı olduqları halda, bu heyvanlar yaradıldıqları andan etibarən xəritəyə, saniyəölçənə, maqnit kompasa, naviqasiya cədvəllərinə və ya qrafiklərə ehtiyac duymadan hərəkət edir və yanılmadan yollarını tapırlar. Təkcə bu xüsusiyyət belə fillərin lazımi sistemlərlə birlikdə üstün bir Yaradan tərəfindən yaradıldıqlarını isbat etməyə kifayətdir. O Yaradan göylərin, yerin və ikisinin arasında olan hər şeyin Rəbbi Allahdır. Allahın gücü sonsuz və bənzərsizdir. Bu həqiqəti anlamaq və lazımınca təqdir edərək Allahın istədiyi kimi həyat yaşamaq hər insanın öhtəsinə düşən ən mühüm məsuliyyətdir:

    Ey insanlar! Sizi və sizdən öncəkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə, Allahdan qorxasınız. O, sizin üçün yer üzünü döşəmə, göyü isə tavan etdi. Göydən su endirib, onunla sizin üçün növbənöv məhsullardan ruzi yetişdirdi. Siz də bunu bildiyiniz halda, heç kəsi Allaha tay tutmayın! (Bəqərə surəsi, 21-22)

    İzlənmə sayı: 708