Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


MƏNƏVİYYAT »

  • Cəmiyyətin əxlaqi tənəzzülü nə zaman sona çatacaq?


    Hər gün xəbər başlıqlarında cəmiyyətin tənəzzülə doğru getdiyini görürük. Bu gün dünyanın elə bir təbəqəsi yoxdur ki, bu tənəzzülün təsiri altında qalmış olmasın. Ağlımıza belə gətirə bilmədiyimiz vicdansızlıq nümunəsi olan xəbərləri tez-tez oxuyuruq. Ötən günlərdə ABŞ mediasında yayımlanan xəbərlərdən ikisi indiyə qədər eşitdiklərimiz arasında ən dəhşətlilərindəndir.

    Bunlardan biri sərxoş halda avtomobil sürərkən 14 yaşındakı bacısının maşından kənara atılmasına səbəb olan yol qəzası idi. İlk baxışdan qəzaya səbəb olan 18 yaşlı kaliforniyalı qızın törətdiyi qəza dünyanın hər yerində hər gün baş verən milyonlarla yol qəzasından biri kimi görünə bilər. Ancaq bu ölümcül qəzanı digərlərindən fərqləndirən bəzi dəhşətli təfərrüatlar var. Qəzaya səbəb olan qız 14 yaşlı bacısını xilas etmək əvəzinə, onun ölümünə səbəb olan qəzanın videosunu çəkir və sosial media hesabında canlı olaraq yayımlayır. Videoda qəzaya səbəb olan böyük bacının mahnı oxuyub, musiqi dinləyərək əl hərəkətləri edərkən yaralı bacının fəryadları eşidilir və yardım üçün uzanan əlləri görünür. Videonun sonunda böyük bacı söyüş söyərək şərh verir: "Bacım... ölür. Baxın... Bacımı ölümünə sevirəm".

    Müasir cəmiyyətdəki əxlaqi tənəzzülün konkret təsirini ortaya qoyan başqa bir hadisə bu xəbərdən daha dəhşətlidir. Bu, kömək etmək və ya təcili yardım çağırmaq əvəzinə boğulan əlil insanın ölüm anlarını lentə alan beş floridalı gənclə bağlıdır. Bir dəqiqə ərzində davam edən bu videoda boğulan insanı izləyərkən gənclərin istehza etdikləri, güldükləri və hətta söyüş söydükləri eşidilir. Bu kimi hallarda, adətən, ağıla gələn ilk şey qanuni yollara müraciət etməkdir. Ancaq bu hadisədə polis və prokurorluq orqanları bu gənclərin hərəkətsizliyinin hər hansı qanunu pozmadığını, beləliklə, qanuni olaraq edilə biləcək çox az şeyin olduğunu qeyd edirlər. Belə "hərəkətsizliyin" əxlaqi baxımdan heç bir açıqlaması yoxdur. Bu, sadəcə bizi problemin mahiyyətini anlamağa vadar edir. Polisin öz ifadəsi ilə desək, bu "çox narahatedici" video əxlaqi tənəzzül yaşayan cəmiyyətə işarədir. Bu böyük problem təkcə hüquq-mühafizə orqanlarını deyil, daha da geniş müdaxilə tələb edir.

    Bunlar cəmiyyətin ümumi olaraq tənəzzülə uğradığını göstərən iki əsas hadisədir. Çünki fərdlərin korlanması ictimai tənəzzülə səbəb olur, daha sonra isə bu, millətlərin tənəzzül etməsi ilə nəticələnir. Çətin vəziyyətə düşən insanlara lağ edəcək, onlarla əylənəcək qədər qəddar və zalım insanların ortaya çıxması cəmiyyətin düşdüyü ən pis vəziyyətdir. Fərdlərin əxlaqi tənəzzülü cəmiyyətlə birbaşa əlaqəlidir. Çünki bu insanlar cəmiyyətin yaxşılaşdırılmasına kömək etmir və başqalarına fayda verəcək hər hansı bir şey etmək üçün şövqlü olmurlar. Əxlaqi tənəzzül bir cəmiyyətin əqli, fiziki və həyat gücünü yox edir. Bu, həmin insanların həyatlarını mənalı edən hər hansı bir dəyərə sadiq olmamalarından irəli gəlir. Kornell Universitetindən professor Uilyam Provaynın (William Provine) qeyd etdiyi kimi, bu məntiqin mənşəyini materializmin əxlaqa baxış prizmasında görə bilərik. O demişdir:

    "Müasir elm dünyanın mexaniki prinsiplərə tam uyğun olaraq formalaşdığına işarə edir. Təbiətdə məqsədli prinsiplər yoxdur. Ağıl yolu ilə müəyyənləşdirilə bilən tanrılar və dizayn edən qüvvələr yoxdur... İkincisi, müasir elm insanın yaradılış etibarilə vicdan və əxlaq hisslərinin olmadığını, həmçinin qeyd-şərtsiz tabe olacağı prinsiplərin olmadığını da eyham edir. Üçüncüsü, insanlar çox mürəkkəb mexanizmlərdir. Hər bir insan iki əsas mexanizmlə etik insan olur: irsiyyət və ətraf mühit təsirləri. Hamısı bu qədərdir. Dördüncüsü, öldükdə ancaq ölürük və bunun sonumuz olduğunu nəticəsinə gəlməliyik".

    Özünü bu ideologiya ilə eyniləşdirən insanın həyatı qaçılmaz təsadüflərdən ibarətdir. Belə ki, bu fikirdəki insanlardan ibarət cəmiyyət bir millət üçün vacib olan sabitliyin təminatçısı ola bilməz. Bu insanlar cəmiyyətdə inkişafa səbəb olan ictimai əlaqələri təşviq etmək əvəzinə, bunları heçə sayaraq qarışıqlığa səbəb olurlar.

    Əxlaqi tənəzzülü cəmiyyətlər üçün böyük təhlükə hesab edən bir çox şəxsiyyət var. Məsələn, general Duqlas Makartur "Tarixdə əxlaqi tənəzzül yaşayan millətlərin siyasi və iqtisadi zəiflik mərhələsinə keçmədiyinə dair heç bir nümunə yoxdur" deyə bildirir. Yoxsulluq, cinayətkarlıq və digər hallar əxlaqi tənəzzül yaşayan fərdlərin cəmiyyəti idarə etməsi ilə daha da inkişaf edir.

    Bununla yanaşı, cəmiyyətlərdə degenerasiyanın səbəb olduğu bu hadisələrin istiqamətini əksinə çevirmək də mümkündür. Necə ki, səfalət cəmiyyətdə fərdlər vasitəsilə yayılırsa, cəmiyyətləri rifaha istiqamətləndirəcək olanlar da yenə onlardır. Teodor Ruzvelt "Bir insanı fikrən yetişdirib əxlaqi baxımdan yetişdirməmək cəmiyyətə qarşı təhlükə yetişdirməkdir" demişdir. Dolayısilə, bir cəmiyyətin mövcudluğunu qoruyub saxlaması fərdləri əxlaqi baxımdan tərbiyə etmək və onları nifrət insanı yox, sevgi insanı olaraq yetişdirməklə mümkündür.

    Qəlblərində sevgi və sülh olan insanlar cəmiyyətdə hərəkətverici qüvvə olduqda insanların əziyyət çəkmələrinə səbəb olan yoxsulluq, haqsız rəqabət, ədalətsizlik və bütün digər mənfi hallar aradan qalxacaq. İnsanlara çox kiçik yaşlarından başqalarını qorumaq hissi aşılanmalıdır. Bitkilər və heyvanlar da daxil olmaqla, ətraflarındakı hər kəsə və hər şeyə hörmətlə yanaşmağın və qorumağın zəruriliyini hiss edən məsuliyyətli insanlar özlərinə hörmət edən və özünəinamı olan insanlar halına gələcəklər. Bu tip insanlar cəmiyyətin yaxşılığı və rifahı üçün çalışan mexanizmin əsas qüvvələri olacaq.

    Həqiqətən də, eqoist olmayan və başqalarına qarşı fədakar davranan insanların hakim olduğu bir cəmiyyətdə "güclülərin həyatda qalması" artıq şüar olmayacaq. Güclülər zəifləri qoruyacaq, onlara çətinliklərin öhdəsindən gəlmələri və cəmiyyətdə özlərinə yer tutmaları üçün imkan yaradacaq. Belə bir cəmiyyətdə rəqabət deyil, hər kəsin yaxşılığı üçün çalışmaq əsasdır. Zülm, laqeydlik, etinasızlığın yerini sevgi və mərhəmət əvəz edəcək. İrqi, cinsi, milləti, dini və ideologiyası nə olursa olsun, hər kəsə insan kimi layiq olduğu hörmət və sevgi göstəriləcək.

    İzlənmə sayı: 1117