Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


HEYVANLAR ALƏMİ »

  • Begemotların mükəmməl müdafiə silahı - çənələri


    Begemotlar otyeyən heyvanlar olsalar da, güclü çənəyə sahibdirlər. Bu canlıların bitki ilə qidalandıqları üçün güclü çənə və dişlərə ehtiyacı olmadığı düşünülə bilər. Begemotlar çənə və dişlərini heç vaxt ov etmək üçün istifadə etmirlər. Ancaq Rəbbimiz bu canlılarda 1821 Pa təzyiqə malik çənə yaratmışdır. Əlbəttə ki, bu yaradılışın bir hikməti var. Begamotlar çənələrini 80 sm açır və dişlərini göstərərək düşmənlərini qorxudurlar.

    Begemotların hər iki tərəfdə 3 ədəd kəsici, 1 köpək, böyük və kiçik azı dişləri olmaqla, 44 dişi var. Alt çənədə şaquli yerləşən kəsici dişlər və üst çənədəki köpək dişləri düşmənləri üçün təhlükəli silah sayılır.

    Begemotlar yaşadıqları mühitdə güclü çənə və dişlərə ehtiyac duyurlar. Çünki timsahların çox olduğu şirin sularda yaşayan begamotlar onların hücumundan məhz çənələri sayəsində qorunurlar.

    Uca Allah begamotlara mükəmməl müdafiə üsulu bəxş etmişdir. Şəfqət və mərhəmət sahibi olan Rəbbimiz bu canlıları yaşadıqları mühitdə onlara ən uyğun xüsusiyyətlərlə yaratmışdır.

    Ayələrdə belə buyrulur:

    Yeddi göyü qat-qat yaradan da Odur. Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb bax, heç orada bir yarıq (nöqsan) görə bilərsənmi?! Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada (nöqsan tapmayıb) zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır. (Mülk surəsi, 3-4)

    İzlənmə sayı: 340