Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


KÖŞƏ YAZILARI »

  • Qəlb rahatlığını yanlış yerlərdə axtarmayın


    Hər insan xoşbəxt olmaq, rahat və problemsiz həyat yaşamaq istəyir. İnsanlar xoşbəxtliyi müxtəlif yerlərdə axtarırlar: kiminə görə gözəl ailə həyatı qurmaq, kiminə görə istədiyi ali məktəbə daxil olmaq, yaxşı işə girmək, ev və ya maşın almaq, istirahət etmək və s. Ancaq öz həyatımıza da baxsaq, digər insanların da həyatlarına baxsaq, bu dünyəvi nemətlərin insanı əsla xoşbəxt etməyəcəyini görərik. Bunlar sadəcə insana müvəqqəti olaraq xoş duyğular bəxş edir. Bəs insana daimi və dərin xoşbəxtliyi bəxş edən nədir?
    Yuxarıda da qeyd etdiyim kimi, insanlar istədiklərinə sahib olanda xoşbəxt olacaqlarını düşünürlər. İnsanlar hər nəyə sahibdirlərsə, hər zaman onların daim daha gözəlini istəyirlər. Məsələn, düşünək ki, bir insan istədiyi işə qəbul olunur. O işə qəbul olunmaq üçün çox hazırlaşıb, ancaq istədiyinə nail olduqdan bir müddət sonra iş onun gözündən düşür və daha fərqli, rahat iş istəyir. İstədiyi başqa işə girsə də, yenə də başqasını istəyəcək ... Bu misal yalnız iş üçün deyil. İnsanın nəfsində hər zaman daha yaxşını istəmək arzusu var. Cəmiyyətdə insanlar sevdikləri, xoşladıqları hər şeyin daha çoxuna sahib olmaq istəyirlər və düşünürlər ki, nə qədər çoxuna sahib olsalar, o qədər də xoşbəxt olacaqlar. Ancaq sahib olduqları ilə kifayətlənmək, sahib olduqlarına görə şükür etmək və onlarla kifayətlənib xoşbəxt olmaq bir çox insanın ağlına gəlmir.
    Bir şeyə diqqət çəkmək istəyirəm: dünyada insanlar həvəslə istədikləri şeylərə dönüb baxsınlar, onlar haqqında düşünsünlər, bunların hamısı müvəqqəti deyilmi? Hər şeyi unudaraq müvəqqəti şeylərə dəli kimi bağlanmağın nə mənası var bəs?! Dünyadakı hər şey müvəqqətidir, dünya acizliklərlə doludur, gördüyümüz hər şey dünya həyatının sadəcə bər-bəzəyidir. İnsan dünyaya gəliş məqsədini unudub nəfsinin istəklərini təmin etmək istəsə, bilsin ki, nəfsi heç vaxt doymayacaq, hər zaman daha yaxşısını və gözəlini istəyəcək. Beləliklə, insan sahib olduqlarının dəyərini bilməsə, sahib olduqları və istədikləri onu xoşbəxt etməyəcək, əksinə, onu xoşbəxt edəcəyi sandığı şeylər daha çox bədbəxt edəcək ...
    İnsanları xoşbəxtlikdən uzaqlaşdıran amillərdən biri də şükür edə bilməmələridir. Hər zaman daha çoxunu istədikləri üçün sahib olduqları nemətləri görmür və onlara şükür etmirlər. Məsələn, hər insan – istər ən kasıb olsun, istər xəstə olsun, ətrafına, öz bədəninə, təbiətə baxsa, nə qədər nemətlərə sahib olduğunu görəcək.
    İnsanlar bəzən bir nemət istəyirlər, bütün diqqətlərini o istədikləri şeyə verirlər və ona da nail olmadıqları müddətcə özlərini xoşbəxt saymırlar, əlbəttə, ona sahib olduqdan çox qısa müddət sonra yenə həminki insanlar olurlar ... Bu insanların vəziyyətini çatlayan kasaya bənzədə bilərik. O kasaya nə qədər su töksən də, dolmayacaq, su bir tərəfdən axıb gedəcək. İnsan unutmamalıdır ki, əlindəkinə şükür etməyi və sahib olduqları ilə xoşbəxt olmağı bilmədiyi halda, hər nə qədər nemətlərə sahib olsa da, ruhunda heç bir dəyişiklik baş verməyəcək. Hər şeyin ən çoxuna sahib olsa da, yenə də daha çoxuna tamah etdiyi üçün əlindəki gözəllikləri görməyəcək və bunlardan zövq almayacaq.
    O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir” (İbrahim surəsi, 7)
    Beləliklə, dünyəvi istəklər və nemətlər insanı əsla xoşbəxt edə bilməz. Xoşbəxtliyi, qəlb rahatlığını bunlarda axtaran insanlar yanlış edirlər, vaxt itirirlər. İnsanı yaradan Allahdır və Allah bizim Onu sevməyimizi, Onun üçün və Onun buyurduğu tərzdə yaşamağımızı istəyir. İnsan da yalnız Allahı zikr etdikcə xoşbəxt ola bilər, bunun xaricində xoşbəxtliyin yolu yoxdur...

    Firuzə Həsənzadə

    İzlənmə sayı: 1642