Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


ELM DÜNYASI »

  • Genlər beyin və yaddaş yaşlılığına təsir edir


    Beynin və hafizənin yaşlanmasına səbəb olan genlər aşkar edildi

    Beynəlxalq tədqiqat qrupunun apardığı təcrübələr nəticəsində müəyyən oldu ki, beynin yaddaş və istiqaməti müəyyən etmə funksiyalarında mühüm rol oynayan hipokamp nahiyəsindəki gen mutasiyaları beynin sürətlə yaşlanmasına bilavasitə təsir göstərir.

    “Nature Genetics” jurnalında dərc olunan tədqiqat xəbərlərində də bu mutasiyaların beynin təxminən 4 il erkən yaşlanmasına səbəb olduğu qeyd olundu.

    Təcrübələrdə 56-84 yaş arasında 9 mindən çox insanın genləri araşdırıldı və 4 gendə müşahidə olunan bəzi mutasiyaların hipokampın yaşlanmasını sürətləndirdiyi müəyyən edildi.

    Yaşlandıqca hipokampın kiçildiyini bildirən Kaliforniya Universitetinin professoru Çarlz De Karli qyed etdi ki, bu kiçilmənin sürətlənməsi Alzheimer (Alzaymr) xəstəliyinin ortaya çıxma riskini də artırır.

    De Karli bildirdi ki, bu genlərin hipokampın inkişafına və yaşlanmasına necə təsir etdiyini müəyyənləşdirməklə elm dünyası yaşlılıq dövründə meydana çıxan yaddaş itkisini gecikdirmək, hətta Alzheimer kimi xəstəliklərin təsirini azaltmaq yollarına işıq tuta bilər.

    İzlənmə sayı: 1163