Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


KAİNATIMIZ »

  • Süpernovalar


    Süpernova sözü astronomlar tərəfindən bir ulduzun partlayaraq dağılmasını adlandırmaq üçün istifadə edilir. Nəhəng ulduz dəhşətli partlayış nəticəsində yox olur və içindəki maddə də böyük sürətlə hər tərəfə dağılır. Bu partlayış zamanı yayılan işıq ulduzun normal parıltısından minlərlə dəfə qüvvətlidir.

    Astronomlar süpernovaların kainatın meydana gəlməsi zamanı çox vacib rol oynadığını düşünürlər.Bu partlayışlar, astronomların təxmininə görə maddənin kainatda bir nöqtədən başqa nöqtələrə daşınmasına kömək edir. Partlayış nəticəsində dağılan ulduz qalıqlarının kainatın digər künclərində yığılaraq yenidən ulduzlar, ya da ulduz sistemləri meydana gətirdiyi güman edilir. Bu fərziyyəyə görə Günəş, Günəş sisteminə daxil olan planetlər və əlbəttə k,i dünyamız da çox keçmiş zamanlarda baş vermiş bir süpernova partlayışının nəticəsində ortaya çıxmışdır.

    İzlənmə sayı: 1812