Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


TÜRK İSLAM BİRLİYİ »

  • Ən ağıllı vicdan Türk-İslam birliyini istəyən mehdiyyət vicdanidir


    Quranın “Həqiqətən, insan çox həris və tamahkar yaradılmışdır! Ona bir pislik üz verdikdə fəryad qoparar…” (Məaric surəsi, 19-20) ayələrində insanın nəfsindəki eqoist əxlaqa diqqət çəkilmişdir. Hər insan nəfsinə çətin gələn vəziyyətlə qarşılaşdıqda, sıxıntıya düşdükdə özünü xilas etmək üçün çox ciddi səy göstərir. Ancaq nəfsindəki eqoistliyə görə, bir çox insan özünə zərəri olmayan, özünü narahat etməyən hallarda başqalarının düşdüyü çətin vəziyyətlə maraqlanmır. Öz canının dərdinə düşdükdə göstərdiyi kimi başqaları üçün səy göstərmir.

    Əsl müsəlman əxlaqına isə belə davranış xas deyil. Səmimi iman gətirən insan dünyanın uzaq yerində olsa da, başqa müsəlmanın düşdüyü çətinliyi, sıxıntını öz problemi kimi görər. Allah’ın ona verdiyi bütün maddi-mənəvi imkanları, ağlını, zəkasını, vicdanını, qabiliyyətini, bilik və bacarığını cidd-cəhdlə sərf edərək bu məsələnin həlli yollarını axtarar. “Necə də olsa, bu məsələləri həll edəcək imkanı, qüvvəsi olan, məndən daha ağıllı, təsirli bir çox adam var, onlar düşünüb maraqlansınlar”, – deməz.

    Dövrümüzdə hər gün qəzet səhifələrində, televiziya xəbərlərində müsəlmanların başına gələn zülmün nə qədər dəhşətli ölçüyə çatdığı bildirilir. Dünyada qarışıqlıq olduğu açıq-aşkar görünür. Hər yerdə müsəlmanlara qarşı siyasət həyata keçirilir. İşgəncəyə məruz qalan, heç bir açıqlama verilmədən evindən aparılan və bir daha haqqında heç bir xəbər olmayan, heç bir səbəb göstərilmədən həbsxanalarda əsir saxlanılan və zülm çəkən müsəlmanların hüquqları tapdanır.

    Quranda aciz kimi təsvir edilən bu insanların hüquqlarını müdafiə edən, ağıllı, vicdanlı, açıq şüurlu, güclü, iradəli, səmimi müsəlmanlara ehtiyac var. Bu vəziyyətə baxmayaraq, möminin sakit, laqeyd qalması heç cür doğru deyil. Bu mənzərə qarşısında iman gətirən bütün ağıllı insanların himayədarlıq hissi hərəkətə keçməlidir. Özləri kimi ağıllı və vicdanlı bütün müsəlmanları da təşviq edib əllərindən gələn hər şeyi etmələri Quran əxlaqının tələbidir. Bunu etdikdə böyük qüvvəyə çevriləcək, atılan kiçik bir addım belə, Allah’ın iznilə, bütün dünyaya təsir edəcək.

    “Barı, sizdən əvvəlki nəsillərin ağıl və fəzilət sahibləri yer üzündə FİTNƏ-FƏSAD TÖRƏTMƏYİ QADAĞAN EDƏYDİLƏR! Onların xilas etdiyimiz az bir qismi istisnadır. Zalımlar isə onlara verilmiş nemətə uydular və günahkar oldular”. (Hud surəsi, 116)

    Hz. Muhəmməd (s.ə.v): “Müsəlman müsəlmana zülm etməz və onu təhlükədə qoymaz”.

    Müsəlman aləminin bir qismindəki qarışıqlıq təkcə xarici amillərdən qaynaqlanmır, müxtəlif etnik qruplar, məzhəblər, millətlərdən olan müsəlmanlar arasında da – Quran əxlaqına tamamilə zidd olmaq üzrə – qarşıdurmalar baş verir. Allah’ı bir, dini bir, kitabı bir, peyğəmbəri bir olan və Allah’ın əmri ilə qardaş olmalı müsəlmanların bir-birləri ilə mübarizə aparması, şübhəsiz ki, çox düşündürücü məsələdir. Çünki Qurana əsasən, möminlər birlik olmalıdırlar. Ayələrdə belə buyurulur:

    Hamılıqla Allah’ın ipinə möhkəm sarılın və ayrılmayın! Allah’ın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O, sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız! (Ali-İmran surəsi, 103)

    Həqiqətən, möminlər qardaşdırlar. Buna görə də qardaşlarınızın arasını düzəldin və Allah’dan qorxun ki, bəlkə, rəhm olunasınız! (Hucurat surəsi, 10)

    Allah’a və Onun Elçisinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa zəifləyər və gücdən düşərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir! (Ənfal surəsi, 46)

    Və o kəslər üçün ki, onlar zülmə məruz qaldıqda intiqam alarlar. (Şura surəsi, 39)

    Burada müsəlmanların birlik olması ilə bağlı sadəcə bir neçə ayə verilmişdir. Bu ayələrdən və Quranın ümumi məğzindən açıq şəkildə başa düşüldüyü kimi:

    müsəlmanların birləşmələri

    qardaşcasına sevgi və şəfqətlə bir-birlərinə bağlanmaları

    çəkişməmələri

    bir-birlərinin dostları və himayədarları olmaları

    hər şəraitdə bir-birlərini qorumaları

    bir-birləri ilə məsləhətləşmələri

    möhkəm bina kimi səf-səf düzülüb inkarçılara qarşı elmi mübarizə aparmaları fərzdir.

    Bütün bunlara əks mövqedə olmaq, yəni:

    birləşdirici deyil, ayırıcı olmaq

    müsəlman qardaşlarına sevgi və şəfqətlə yanaşmamaq

    müsəlman qardaşlarına mərhəmətli olmamaq, qoruyub himayə etməmək

    inkarçılara qarşı elmi mübarizədə müsəlmanlarla möhkəm birləşərək birlikdə ideoloji mübarizə aparmamaq haramdır.

    Əgər İslam aləmi güclü, stabil, zəngin sivilizasiya olmaq, dünyaya hər cəhətdən istiqamət vermək istəyirsə, birlik olub hərəkət etməlidir. Bu birliyin olmaması, müsəlman ölkələr arasındakı ayrılıq və dağınıqlığın olması, İslam dünyasından ortaq səsin yüksəlməməsi məzlum müsəlman xalqları müdafiəsiz qoyur. Fələstində, Kəşmirdə, Şərqi Türküstanda, Moroda və daha bir çox ölkədə aciz qadınlar, uşaqlar və qocalar ehtiyac içində zülmdən xilas olmağı gözləyirlər. Bu məsum insanların məsuliyyəti hər kəsdən əvvəl İslam dünyasının üzərinə düşür.

    Müsəlmanlar Peyğəmbərimizin (s.ə.v) “müsəlman müsəlmana zülm etməz və onu təhlükədə qoymaz” (Ebu Davud, Edeb 46, (4893); Tirmizi, Hudud 3, (1426); Buhari, Mezalim 3, İkrah 7; Müslim, Birr 58) sözünü unutmamalı və bu sözə uyğun hərəkət etməlidirlər.

    Türk-İslam Birliyinin hələ də qurulmaması hər müsəlmanın himayədarlıq hissini artırmalıdır

    Allah Quranda “… VERİLMİŞ NEMƏTƏ UYARAQ” (Hud surəsi, 116) üzərilərinə düşən məsuliyyətə laqeyd yanaşan insanlardan bəhs edir.

    Vicdanlı, fəzilətli, Allah’dan qorxan insanların dünyanın hər tərəfindəki müsəlmanların çəkdiyi zülmü gördüyü halda, bunu görməməzliyə vurub ancaq öz istəklərinin arxasınca düşmələri, bəsit dünyəvi mənfəətlər uğrunda bu məsuliyyətlərini bir kənara qoymaları mümkün deyil. Ona görə, belə vəziyyətdə insan təkcə özü hərəkətə keçməməli, digər müsəlmanları da birləşərək gözəl əxlaqın bütün yer üzünə yayılması, zülmün sona çatması üçün cəhd göstərməyə çağırmalıdır. Allah bunun vacibliyini “…Möminləri də təşviq et…” (Nisa surəsi, 84) ayəsi ilə insanlara bildirmişdir.

    Türk-İslam Birliyinin qurulması üçün cəhd göstərməyən və bu birliyə mane olmağa çalışan insanlar çox böyük məsuliyyət daşıyırlar

    Türk-İslam Birliyinin qurulması bu qədər təcili ikən bu birliyin qurulmasını qeyri-mümkün hesab edənlər, bunun üçün cəhd etməyənlər, edilən fəaliyyətləri dəstəkləməyənlər çox böyük məsuliyyət daşıdıqlarını unutmamalıdırlar. Zülmə razı olmağın zülm olduğunu qulaqardı etməməlidirlər. Bu böyük coğrafiyada axan hər damla qandan, dağılan hər evdən, şəhid olan hər məsumdan, yaralanıb şikəst olan hər məzlumdan, aclıq və yoxsulluqdan əziyyət çəkən hər insandan Türk-İslam Birliyi üçün cəhd etməyən hər müsəlman məsuldur. Türk-İslam Birliyinin qurulması Allah’ın Quranda göstərdiyi, Peyğəmbərimizin (s.ə.v) hədislərində hərtərəfli bildirdiyi həll yoludur. Qurana əsasən, birlik olmaq fərz, parçalanıb ayrılmaq isə haramdır.

    Allah’ın “Hamılıqla Allah’ın ipinə möhkəm sarılın və ayrılmayın!” (Ali-İmran surəsi, 103) hökmünə görə, inananların dərhal birləşib Türk-İslam Birliyini qurmasını, bu yolla zülmün sona çatmasını, bütün dünyanın sülh və əmin-amanlığa qovuşmasını diləyirik. Rəbbimiz bir ayəsində müsəlmanların bu vəzifəsini belə bildirir:

    Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!”– deyən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz? (Nisa surəsi, 75)

    İslam aləmi Mehdiyyətin vicdanı və şövqü ilə birləşməlidir

    Bu gün bütün İslam aləmindəki zülm, dünyanın hər tərəfindəki qarışıqlıq və fitnə-fəsad, əslində, əsrin mübarək şəxslərindən hz. Mehdinin (ə.s) gəlişindən xəbər verir. Peyğəmbərimizin (s.ə.v) hz. Mehdinin (ə.s) zühur əlamətləri kimi xəbər verdiyi yüzlərlə hadisənin hər biri hicri 1400-cü ildən etibarən ardıcıl reallaşmışdır.

    Bütün İslam aləmi bu hədislər əsasında hz. Mehdini (ə.s) axtarıb tapmalı, onun vasitəsilə dünyanın sülhə, əmin-amanlığa qovuşması üçün cəhd etməlidirlər. Unutmaq olmaz ki, hz. Mehdinin (ə.s) zühuru və İslam əxlaqının yer üzünə hakim olması Allah’ın təqdir etdiyi qədərdir. İnsanlar hz. Mehdiyə (ə.s) dəstək olsalar da, olmasalar da, Allah onu müvəffəq edəcək, inkarçıların bütün fitnələrini onun vasitəsilə aradan qaldıracaq və İslam əxlaqını hakim edəcəkdir. Ona görə, hz. Mehdinin (ə.s) köməkçilərindən olmaq üçün niyyət edən, bunun üçün səy göstərən, Türk-İslam aləminin birləşməsini istəyən, dünyanın hər tərəfində əziyyət çəkən müsəlmanları xilas etmək üçün ideoloji mübarizə aparan hər kəs, əslində, öz lehinə fəaliyyət göstərir. Rəbbimizin “Ənkəbut” surəsində belə buyurur:

    “Cihad edən ancaq özü üçün cihad edər. Allah aləmlərə əsla möhtac deyildir”. (Ənkəbut surəsi, 6).

    İzlənmə sayı: 1607