Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


AXIRZAMAN »

  • Hz. Mehdinin (ə.s) gəlişini göstərən yüzlərlə əlaməti görməməzliyə vuranlar, Hz. Mehdi (ə.s) ilə birlikdə mələklərin gəldiyini görsələr belə inanmazlar


    Axır zamanda hansı hadisələrin baş verəcəyi, hansı vəziyyətlərin ortaya çıxacağı Peyğəmbərimizin (s.ə.v) hədislərində heyrətamiz təfərrüatla xəbər verilmişdir və bu xəbərlərin hamısı bir-bir reallaşmışdır. Peyğəmbərimizin (s.ə.v) bundan 1400 il əvvəl xəbər verdiyi hadisələrin, hal-hazırda tam təsvir etdiyi şəkildə reallaşması, Allahın Peyğəmbərimizə (s.ə.v.) lütf etdiyi möcüzədir. Hicri təqvimlə 1400-cü ildən etibarən, son 30 ildə Peyğəmbərimizinin (s.ə.v.) bildirdiyi 150-dən çox hadisənin hər biri baş vermiş, yəni Peyğəmbərimizin (s.ə.v.) 150-dən çox möcüzəsi, Allahın lütfüylə, reallaşmışdır.

    Peyğəmbərimizin (s.ə.v.) bu möcüzələrini ixtisarla qeyd etsək: tam Özünün dediyi şəkildə hicri təqvimlə 1400-cü ilin başlaması ilə birlikdə Fərat çayının suyu kəsilmiş, İran-İraq Müharibəsi baş vermiş, Kəbədə qanlı basqın olmuş, Ramazan ayında 15 gün fasilə ilə Ay və Günəş tutulmaları olmuş, Əfqanıstan işğal edilmiş, İraq işğal edilmiş, Bağdad alovlara bürünmüş, Halley Kometası çıxmış, İraqın Küveyti işğalı əsnasında neft quyularının yandırılması nəticəsində Şərqdən böyük alov görünmüş, 11 sentyabrda ABŞ-dakı əkiz qüllələrin hücuma uğramasıyla tozlu-dumanlı, qaranlıq bir fitnə zühur etmiş, Şam və Misir başçıları öldürülmüş, Azərbaycan işğal edilmiş, iki quyruqlu və digər ulduzların tərs istiqamətində hərəkət edən Lulin kometası çıxmış və bu cür yüzlərlə əlamət öz təsdiqini tapmışdır. Bütün bu baş verənlər axır zamanda olduğumuzun, bu əsrdə Hz. İsanın (ə.s) yenidən dünyaya gələcəyinin, Hz. Mehdinin (ə.s.) çağında yaşadığımızın dəlilidir.

    Peyğəmbərimizin (s.ə.v.) 150-dən çox möcüzəsinin reallaşması bu qədər açıq və aydın olduğu halda, bəzi insanlar bu durumu görməməzliyə vurur, çox müqəddəs və gözəl bir dövrdə yaşadığımızı dərk edə bilmirlər. Əslində bu da axır zamanın möcüzələrindən biridir və son dərəcə təəccüb doğuran bir vəziyyətdir. Ancaq daha da təəccüblü olan, bəzi insanların Peyğəmbərimizin (s.ə.v.) 150-dən çox möcüzəsi meydana çıxdığı halda, başqa möcüzələr axtarmalarıdır. HALBUKİ BU 150 MÖCÜZƏNİN GÖZLƏRİNİN QARŞISINDA ARDICIL ŞƏKİLDƏ REALLAŞDIĞINI GÖRMƏDİKLƏRİ VƏ GÖRMƏK İSTƏMƏDİKLƏRİ KİMİ, ALLAHIN GÖSTƏRƏCƏYİ BAŞQA MÖCÜZƏLƏRİN HEÇ BİRİNİ DƏ GÖRMƏYƏCƏK VƏ ANLAMAYACAQLAR. Son 1400 ildə ilk dəfə Fərat çayının suyunun kəsilməsini, 1400 ildir ki, ilk dəfə Kəbədə qan axıdılmasını, həmçinin 1400 ildir ki, ilk dəfə Ramazan ayında Ay və Günəş tutulmaları olmasını və bu kimi yüzdən çox hadisənin Hz. Mehdinin (ə.s.) zühurunu müjdələdiyini heç bir məlumata əsaslanmadan inkar edən insanlara hansı məlumat, hansı dəlil, hansı möcüzə gətirilirsə gətirilsin, həqiqəti qəbul etməyəcəklər.

    Məsələn, bəzi insanlar hədislərdə xəbər verilən bənzətməli, təşbehli məlumatları ağılsızca şərh edərək, Hz. Mehdi (ə.s.) zühur etdikdə Hz. Mehdinin (ə.s.) başının üstündə insanların baxdıqlarında görəcəkləri şəkildə bulud və üzərində mələklərin olacağını və davamlı olaraq Hz. Mehdini (ə.s.) işarə edərək insanlara tanıdacağını söyləyirlər. Ancaq bu kəslərin iddia etdikləri kimi bir mələk gəlsə və Hz. Mehdini (ə.s.) işarə etsə belə, bunlar Hz. Mehdinin (ə.s.) gəldiyini qəbul etməyəcək, mütləq özlərinə görə bir izah, bir şərh vercəklər. Bunu da ifadə etmək lazımdır ki, Hz. Mehdinin (ə.s.) yanında mələklərin olacağı və bu mələklərin ona kömək edəcəkləri Peyğəmbərimizin (s.ə.v.) hədislərindən açıq-aydın bəlli olur. Ancaq HZ. MEHDİnin (ə.s.) YANINDAKI MƏLƏKLƏRİN GÖRÜNMƏSİ YALNIZ MƏNƏVİ ALƏMDƏ REALLAŞAN VƏ DOLAYISİLƏ YALNIZ MƏLƏKLƏRİN GÖRƏ BİLƏCƏYİ BİR HADİSƏ OLACAQ. (mövzuyla əlaqədar ətraflı məlumat üçün baxın: http://us2.harunyahya.com/Detail/T/7EZU2FZ0164/productId/14225)

    İnsanların onlara bir elçi gəldikdə, inkarla müqavimət göstərmələri səbəbiylə, möcüzə görmək istəmələri Quranda bildirilən həqiqətdir. Hətta, ayələrdə xəbər verildiyi kimi bu insanlar onlara hətta mələk gəlməsini istəyir və yalnız o təqdirdə Peyğəmbərin haqq olduğuna inanacaqlarını bildirirlər:

    Onların: “Heç olmasa, ona bir xəzinə endiriləydi və ya ONUNLA BİRLİKDƏ BİR MƏLƏK GƏLƏYDİ!” – deməklərindən dolayı, bəlkə də, sənə gələn vəhyin bir hissəsini tərk etməli olacaqsan və buna görə ürəyin qısılacaq? Sən ancaq qorxudan bir peyğəmbərsən. Allah isə hər şeyə vəkildir! (Hud Surəsi, 12)

    “Əgər sən doğru danışanlardansansa , MƏLƏKLƏRİ BİZƏ GƏTİRSƏNƏ!” Biz mələkləri yalnız haqq olaraq endiririk. O zaman onlara heç bir möhlət verilməz! (Hicr Surəsi, 7-8)

    Onlar dedilər: “MƏGƏR ONA BİR MƏLƏK ENDİRİLMƏLİ DEYİLDİMİ?” Əgər Biz bir mələk göndərsəydik, iş bitmiş olar və onlara bir an belə möhlət verilməzdi. (Ənam Surəsi, 8)

    Ancaq Allah bu insanlara mələklər gəlsə belə inanmayacaqlarını xəbər verir:

    ƏGƏR BİZ MƏLƏKLƏRİ ONLARA GÖNDƏRSƏYDİK, ÖLÜLƏR ONLARA DANIŞSAYDI VƏ HƏR ŞEYİ DƏSTƏ-DƏSTƏ TOPLAYIB ONLARIN QARŞISINA QOYSAYDIQ BELƏ, ALLAH İSTƏMƏDİKCƏ, ONLAR İMAN GƏTİRMƏZDİLƏR. Lakin onların əksəriyyəti bilməz. (Ənam Surəsi, 111)

    Yoxsa onlar ancaq ya mələklərin, ya Rəbbinin və yaxud da Rəbbinin bəzi əlamətlərinin gəlməsini gözləyirlər? Rəbbinin bəzi əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə iman gətirməsi fayda verməyəcəkdir. De: “Gözləyin, şübhəsiz ki, Biz də gözləyirik”. (Ənam Surəsi, 158)

    Hz. Mehdi (ə.s.) dövründə də, Hz. Mehdinin (ə.s.) İslamı əsl Quran əxlaqının özünə və Peyğəmbərimizin (s.ə.v.) sünnəsinə qaytarması, dini bidətlərdən, xurafatlardan təmizləməsi, dinsizliyi fikir mübarizəsiylə məhv etməsi, İslam aləmini birləşdirməsi, Quran əxlaqını yayması səbəbiylə bəzi insanlar “ONUNLA BİRGƏ, BAŞININ ÜZƏRİNDƏ BİR MƏLƏK GƏLMƏLİ DEYİLDİMİ?” deyəcəklər. Ancaq inanmaq üçün möcüzə gözləyən bu insanların unutduqları olduqca əhəmiyyətli bir həqiqət var: NECƏ Kİ, İNSANLARIN HƏR İKİ TƏRƏFİNDƏ OLAN YAZIÇI MƏLƏKLƏRİ DÜNYA HƏYATINDA HEÇ KİM GÖRƏ BİLMİRSƏ, PEYĞƏMBƏRİMİZƏ (S.Ə.V.) TEZ-TEZ VƏHY GƏTİRƏN CƏBRAYIL ƏLEYHİSSALAM İNSANLARA GÖRÜNMƏDƏN GƏLİRSƏ, HZ. MEHDİNİN (Ə.S.) YANINDA OLACAQ CƏBRAYIL (Ə.S.), MİKAYIL (Ə.S.), İSRAFİL (Ə.S.) VƏ DİGƏR KÖMƏKÇİ 46.000 MƏLƏK DƏ GÖRÜNMƏYƏCƏK.

    İzlənmə sayı: 1768