Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


AXIRZAMAN »

  • Hz. Mehdinin (ə.s) çıxış zamanı


    Ənəs bin Malikdən rəvayət etdi. O dedi ki, Rəsulullah (s.ə.v) buyurdu: dünyanın ömrü axirət günlərindən yeddi gündür. Allah-Təala buyurdu ki, Rəbbin qatında bir gün sizin saydıqlarınızdan min il kimidir.

    Ənəs bin Malikdən rəvayət edildi ki, Rəsulullah (s.ə.v) buyurdu: kim bir din qardaşının Allah yolunda bir ehtiyacını ödəsə, Allah-Təala onun üçün gündüzlərini orucla, gecələrini də ibadətlə keçirmişcəsinə bu dünyanın yeddi min illik ömrünə bərabər savab yazar. (Kitab-ül Buran Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, 88)

    Rəsulullah (s.ə.v) keçmişlə, gələcəklə və axirət həyatı ilə bağlı məsələlər haqqında xəbər verərkən təşbehlərdən istifadə etmişdir. Burada dünyanın əsl yaşının 7 min il olduğu nəzərdə tutulmur (Allahualəm). 7 min illə əlaqədar rəvayətlər bir təqvim başlanğıcı kimi tarixdə əhəmiyyətli bir hadisəyə, məsələn, tufandan sonra insanların məskunlaşmasına və dünya həyatının aşkar bir vəchlə yenidən başlamasına aid ola bilər. Yəni o tarixdən etibarən tarix sanki yenidən başlamışdır, insanların sayı artmış, şəhərlər çoxalmışdır. Bəzi üləmalar həzrəti Nuh əleyhissalamdan sonrakı dövrü dünya tarixinin yenidən başlaması kimi qiymətləndirirlər. Xristianların miladi 1987-ci ildən əvvəl əhəmiyyətli bir hadisə olduğunu qəbul etdikləri kimi. Onlar bir tarix başlanğıcı meydana gətirib ondan əvvəl, ondan sonra deyərək bir zaman müəyyən etdikləri kimi, rəvayətdə də, müəyyən bir vaxtı təsbit etmək üçün təqvim başlanğıcı kimi 7 min il əvvəl və sonrakı bir zamana işarə edə bilər. İmam Rəbbani “Məktubat”da bu rəvayəti nəql etmişdir.

    Təqribən 124 min peyğəmbərimiz gəlib keçdi. (Mektubati Rabbani, 1/354)

    Hz. Adəmdən etibarən Rəsulullahımıza qədər 124 min peyğəmbər gəlib keçmişdir. Başqa bir rəvayətdə İmam Rəbbani həzrətləri belə buyurmuşdur:

    Belə aradan “1000 ilin” keçdiyi vaxt keçən ümmətlərdə Ulul-əzm bir peyğəmbərin gəldiyi vaxtdır. (Məktubati Rabbani, 1/495)

    Hər 100 ildə bir peyğəmbər, 1000 ildə də ülul-əzm bir peyğəmbər gəlmişdir. Hər 100 ildə bir peyğəmbər gəldiyini qəbul etsək, hz. Adəm əleyhissalamdan hz. Rəsulullaha qədər:

    124.000x 100= 12.400.000 (on iki milyon dörd yüz min il olmalıdır). Deməli, Peyğəmbərimiz (s.ə.v): “Dünyanın ömrü 7 min ildir” ,- deyərkən dünyanın əsl yaşını deyil, əhəmiyyətli bir hadisənin baslanğıcını nəzərdə tutmuşdur (Allahualəm).

    Əhməd ibn Hənbəl nəql etdi. Dünyadan beş min altı yüz il keçmişdir. (Kitabül-Burhan Fi Alamet-il Ahir zaman, 89 )

    Əvvəlki hədislərdə dünyanın ömrünün 7 min il olduğunu görmüşdük. Burada isə Peyğəmbərimizə qədər 5 min 600 il keçdiyi ifadə edilir. Bu rəvayətə görə, Muhəmməd ümmətinin ömrü hicri 1400-cü ilə qədərdir (7000-5600=1400. Allahualəm).

    Abdullahdan (ə.s) rəvayət edilmişdir: Rəsulullah (s.ə.v) buyurdu ki: Əhli-beytimdən adı adıma bənzər olan bir adam başa keçəcək… Dünyanın ancaq bir günlük ömrü qalsa belə, onun başa keçməsi üçün Allah o günü uzadar. (Sünen-i Tirmizi 4/92)

    Hz. Əlidən rəvayət edildiyinə görə, Rəsulullah (s.ə.v) belə buyurdu: Qiyamətin qopması üçün zamanda yalnız bir gündən başqa vaxt qalmasa, Allah (c.c) mənim əhli-beytimdən bir şəxsi göndərəcək. (Sünen-i Ebu Davud, 5/92)

    İbn Macə və Əbu Naim Əbu Hüreyrədən rəvayət etdilər. O dedi ki, Peyğəmbər (s.ə.v) buyurdu: Əgər dünyada bir gün qalsa, Allah o günü uzadar və əhli-beytimdən birini məlik edər. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Muntazar, 10 El-Kavlu-l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, 27 Ölüm-Kıyamet -Ahiret ve Ahir Zaman Alametleri, səh.437)

    Yuxarıdakı rəvayətlərdən anladığımız kimi, hicri 1400-cü il, eyni zamanda, hz. Mehdinin çıxış ilidir. Hicri 1400-cü ilə girməyə dünya günü olaraq 1 gün belə qalsa, Mehdinin vəzifəsini yerinə yetirməsi üçün qiyamət müəyyən bir zaman təxirə salınacaq (Allahualəm). İbn Abbasdan səhih nəql edilən belə bir rəvayət vardır. O dedi ki: Dünya yeddi gündür, hər bir gün min il kimidir və Rəsulullahda (s.ə.v) onun sonunda göndərildi.

    Dəkkak bin Zeydi Cühənidən rəvayət etdilər: Mən gördüyüm bir yuxunu Rəsulullaha (s.ə.v) izah etdim. Bu yuxuda Peyğəmbər (s.ə.v) yeddi pilləli bir minbərin ən üst pilləsində idi: O buyurdu ki, gördüyün yeddi pilləli minbər bu dünyanın ömrü olan yeddi min ildir. Mən də onun son minində olacağam. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, 89)

    Bu rəvayətlərdən də anladığımız kimi, ümmətin ömrü hicri 1400-cü ilə qədərdir. Hicri 1400-cü ildə (min illik) bir gün bitmiş olur. Halbuki, ümmət o bitmə günündə hələ də vəd edilən hz. Mehdini (ə.s) gözləyirdi. O zaman o (min illik) bir gün uzadılaraq, hz. Mehdinin (ə.s) vəzifəsini yerinə yetirməsi üçün uyğun hala gətiriləcək.

    İmam Rəbbani Mehdinin Peyğəmbərimizin (s.ə.v) vəfatından 1000 (min) il keçdikdən sonra ikinci min ildə gələcəyini bildirir.

    Ancaq gözlənilən odur ki, aradan min il keçdikdən sonra bu gizli dövlət təcid edilə (yenilənə). Ona bir üstünlük verilib suyu tapması, artırıla… Beləcə, kəmalatın əsli zühur edib onun zillətini örtə… Və uca bağlılığa dəyər verən Mehdi gəlsin. Allah ondan razı olsun. (Mektubati Rabbani, 1/569)

    Şəriətin təsdiq xüsusiyyətləri, millətin yenilənməsi ikinci mindədir. Bu iddianın doğruluğuna ədalətli şahid İsanın (ə.s), Mehdinin (ə.s) bu mində var olmalarıdır. (Mektubati Rəbbani 1/611)

    Rəsulullahın (s.ə.v) ümməti arasından çıxanlar çox kamildirlər. Yəni Rəsulullahın (s.ə.v) irtihali (vəfatı) üzərindən min il keçdikdən sonra istəsə, az olsunlar. Onların çox kamallı olmaları bunun üçündür: şəriətin möhkəmlənməsi çox mükəmməl şəkli ilə hasil olar. Aradan min il keçdikdən sonra Mehdinin gəlişi də bunun üçündür. Onun mübarək gəlişini hatəmür-rüsul Rəsulullah (s.ə.v) müjdələmişdir. İsa (ə.s) da aradan min il keçdikdən sonra nüzul edəcək. (Mektubati Rabbani 1/440)

    Peyğəmbərimizin (s.ə.v) vəfatından min il keçdikdən sonra ikinci min il başlayır. İmam Rəbbaninin yuxarıdakı izahlarına görə, ikinci min ildə hz. Mehdi (ə.s) gələcək. Bunun üçün ən uyğun zaman 1400-1600-cü illərdir. Bu illər ikinci minilliyin tam ortasıdır. 1400-cü ildən 1500-cü ilə qədər İslam əxlaqının hakimiyyəti, 1500-1600-cü illər arasında da pozulma və qiyamət gözləniləcək.

    Bu ümmətin ömrü min (1000) ili keçəcək, lakin min beş yüz (1500) ili aşmayacaq. (Kıyamet Alametleri, 299)

    Cəlaləddin Suyuti “El-Keşfu Fi Mücazeveti Hazin el-Ümmeti El Elfe Ellezi Dellet Aleyh el-Asar” adlı kitabında və Bədiüzzaman Səid Nursi ümmətin qalibanə ömrünün 1506-cı ilə qədər olacağını bildirirlər.

    “… Birinci cümlə, min beş yüz (1500) ilə axırzamanda bir taifeyi-mücahidin (din üçün çalışanların, cihad edənlərin) son zamanlarına; və ikinci cümlə, min beş yüz altı (1506) ilə qalibanə mücahidənin tarixinə…. işarə edir. (…) bu tarixə qədər (1506) zahir və aşkaranə, bəlkə qalibanə davam edəcəyinə rəmzə yaxın (işarə yolu ilə) eyham edir”. (Sikke-i Tasdik-i Gaybi, 46)

    İmam Suyuti (ə.s) daxil olmaqla, bir qisim üləma bu ümmətin ömrünün (hicri) 1500-cü illərə qədər davam edəcəyini, sonra da pozulmanın başlayacağını (Allahualəm) deyirlər. Səhih qaynaqlı hədislərə görə, hz. Mehdi (ə.s) zühur etdikdən sonra 40 il yaşayacaq. Hz. İsa (ə.s) haqqındakı hədislərdə də Onun yer üzündə qalma müddətinin 40-45 il olacağı bildirilir. Bunun bir qismini hz. Mehdi (ə.s) ilə hz. İsa (ə.s) birlikdə yaşayacaqlar, bu da təxminən 7-10 ildir. Bu məlumatlara görə, hz. Mehdi (ə.s) və hz. İsanın (ə.s) vəfatına qədər olan illər 1475-1480-ci illər olacaq. Bu tarixdən 1500-cü ilə qədər davam edən 20-25 illik bir müddət də vəziyyətin mühafizəsinə çalışılan bir dövr olacaq. Bu rəvayətdə də Mehdinin əsrin əvvəlində zühur edəcəyi bildirilir.

    Çünki onun (hz. Mehdinin (ə.s.)) zühuru əsrin əvvəlində olacaq. (Mektubatı Rəbbani )

    Yuxarıda izah edildiyi kimi, İmam Suyutinin rəvayətinə görə, Muhəmməd ümmətinin ömrü 1500 (min beş yüz) ili aşmayacaq. Hicri 1500-cü ilə çatmağa bir əsrin başı qalmışdır. O da hicri 1400-cü ildir.

    Aparılan hesablamalar onu göstərir ki, Mehdi ancaq hicri 14-cü əsrin əvvəllərində çıxacaq. Ümmətin ömrü hicri 1500 ilini aşmayacağına görə, Mehdi hicri 1400-cü ilin əvvəllərində gəlməlidir. (El-Kavlul Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar Kitab ul Burhan Fi Alamet-il Mehdiyy il Ahir Zaman Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, 494 Ramuz: El -Ahadis 508 (Ibni Mace-Tabaranai ‘nin Kebiri)

    İzlənmə sayı: 1881