Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


İZAHLI AYƏLƏR »

  • Ənfal surəsi, 29


    Ey iman gətirənlər! Əgər Allah’dan qorxsanız, O sizə haqla-nahaqı ayırd edən (bir nur) verər, günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf sahibidir! (Ənfal surəsi, 29)

    Allah Quranın bu ayəsində ancaq Ondan qorxub çəkinənlərə xüsusi anlayış verəcəyini bildirmişdir. Doğrunu səhvdən ayıran bu anlayış şübhəsiz ki, "ağıl"dır. Lakin Allah ağılı insanlara ancaq səmimi iman ilə birlikdə verir. Qurana görə ağıl insanlara çox üstün həyat tərzi, çox yüksək qavrayış və düşünmə qabiliyyəti bəxş edir. Bunun isə çox böyük nemət olduğu bildirilmişdir. Ağıl Allah’ın insanlar üçün təyin etdiyi və zaman keçdikcə insanı ən mükəmməl nəticələrə çatdıran vasitədir. İnsanın QURAN ƏXLAQInı yaşamasından və Allah qorxusunu hiss etməsindən qaynaqlanan üstünlükdür. Ağıllı insan qarşılaşdığı hadisələrdə bir çox insanın görə bilmədiyi detalları görə bilir, incə diaqnozlar qoya bilir, hadisələrdən ən doğru və ən hikmətli nəticələri çıxara bilir. Keçmişdəki təcrübələrini ən yaxşı şəkildə qiymətləndirərək, bunları ən lazımlı yerlərdə, ən ağıllı şəkildə istifadə edə bilir. Bütün bunlarla yanaşı ağıl insanın ruhunda gözəlliklərdən çox böyük zövq ala bilməsini təmin edən dərinlik meydana gətirir. Buna görə də bir sıra insanların adi qarşıladığı bir çox şeyin arxasında gizlənən gözəllikləri, ağıl sahibi insanlar dərhal görə bilirlər.

    Bunun tam əksi olaraq imanı yaşamayan insanlarda diqqəti cəlb edən xüsusiyyətlərdən biri ağılsızlıqdır. Bir insan QURAN ƏXLAQIndan uzaqlaşdıqda, ya da iman etdiyini söylədiyi halda, səmimiyyətsiz davrandıqda, doğrunu səhvdən ayırd edə bilmə xüsusiyyətindən məhrum qalır. Bunun ən əhəmiyyətli əlaməti isə insanların içərisində olduqları vəziyyəti görüb Qurana uyğun şəkildə diaqnoz edə bilməmələri və Quranı qavraya bilməmələridir. Unudulmamalıdır ki Rəbbimiz Özünə yönələn və səmimi olan hər insanı ağılsızlıqdan təmizləyə bilir və ona dünyada və axirətdə qurtuluşa çatmasını təmin edəcək şüur açıqlığı, ağıl və anlayış verə bilir…

    İzlənmə sayı: 1873