Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


İZAHLI AYƏLƏR »

  • Ali-İmran surəsi, 102


    Ey iman gətirənlər! Allah’dan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda ölün! (Ali-İmran surəsi, 102)

    Ayədə Allah qorxusunun əhəmiyyəti bildirilmişdir. QURAN ƏXLAQI Allah rizası və qorxusu üzərində qurulmuşdur. Allah’dan layiqincə qorxanlar və ancaq Allah’ın razılığını hədəf edənlər din əxlaqı ilə səmimi yaşaya bilərlər.

    Allah’dan layiqincə qorxmaq Quranda çox açıq və ətraflı izah edilmişdir.

    Möminin Allah qorxusu çox dərin və hörmət dolu qorxudur. Digər qorxular kimi insana sıxıntı və əzab verən qorxu deyil. Tam əksinə, insana qulluğunu və acizliyini xatırladan, onun ağlını və şüurunu açan, insanı üstün əxlaqi səviyyəyə çatdıran və Allah’a yaxınlaşdıran hörmət dolu qorxudur.

    Möminin axirət həsrətini artıran, ümidini və şövqünü alovlandıran, onu pis əməllərdən çəkindirib Allah’ın rizasına, rəhmətinə və cənnətinə yaxınlaşdıran, buna görə də çox böyük mənəvi həzz verən hissdir.

    Möminə Allah’ın hədlərini qorumaq, Allah’ın rizasını qazanmaq üçün dərin şüur, diqqət və dəqiqlik qazandırır.

    Mömin Allah’dan qorxarkən Allah’ın şəfqətini, mərhəmətini, bağışlayan olduğunu, Onun nemətlər bəxş edən, tövbələri qəbul edən olduğunu da unutmaz. Bu da hiss etdiyi dərin qorxu ilə birlikdə bir tərəfdən də daxilən çox güclü ümid bəsləməsinə səbəb olur. İçindəki Allah qorxusu Allah’ın bu isimləri üzərində çox dərin təfəkkür etməsinə, Allah’ın üstünlüyünü və böyüklüyünü daha yaxşı təqdir etməsinə, beləcə, Allah’a daha çox yaxınlaşmasına vəsilə olur. Allah’ın mərhəmətini, şəfqətini daha yaxşı dərk edir.

    Ayənin ardında Rəbbimiz qullarını həyatlarının son anına qədər müsəlman əxlaqına uyğun yaşamaları üçün xəbərdar edir. Ancaq Allah’dan qorxan, ancaq Allah’ı razı etməyə çalışan, həmişə vicdanla hərəkət edən, Quranda bildirilən gözəl əxlaqla yaşayan, daima Allah’ın hədlərini qoruyan və hər zaman Rəbbimizə üz tutan möminləri, Allah’ın izni ilə, heç bir şərait və ya hadisə həqiqi məqsədindən uzaqlaşdırmaz, məhşər günü məsuliyyətindən çıxa bilməyəcəkləri bir şeyə yönəltməz.

    İzlənmə sayı: 1863